Məhkəmə qərarları › İş №2(002)-1393/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1393/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1393/2022 15.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə , İddiaçılar İddiaçı və X5, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər “X16” ASC-yə, “Sunrise” şirkətinə, Cavabdeh2, X12, X17, X13, X18, X4, X3, X6 və X9 qarşı ümumi yığıncaq protokollarının və mühasibat sənədlərinin təqdim edilməsi, ziyanın tutulması, müqavilənin və əqdin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X14, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər “X16” ASC-yə, “Sunrise” şirkətinə, Cavabdeh2, X12, X17, X13, X18, X4, X3, X6 və X9 qarşı ümumi yığıncaq protokollarının və mühasibat sənədlərinin təqdim edilməsi ziyanın tutulması, müqavilənin və əqdin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldıraraq müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlərdən “X16” ASC-nin nümayəndəsi, “Sunrise” şirkətinin nümayəndəsi, X20, X23, X21, X24, X10, X7, X11 və X15 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ərizə təqdim edərək mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.7-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı və X5, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər “X16” ASC-yə, “Sunrise” şirkətinə, Cavabdeh2, X12, X17, X13, X18, X4, X3, X6 və X9 qarşı ümumi yığıncaq protokollarının və mühasibat sənədlərinin təqdim edilməsi ziyanın tutulması, müqavilənin və əqdin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar