Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1455/2022 04.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması, yeni doğulmuş uşağa görə aliment və uşaq 3 yaşına çatanadək əlavə vəsaitin tutulması, doğuş xərcinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması, yeni doğulmuş uşağa görə aliment və uşaq 3 yaşına çatanadək əlavə vəsaitin tutulması, doğuş xərcinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən hər uşaq üçün 200 manat alimentin tutulması; xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması; əlavə olaraq 1.150 manat məbləğində doğuş xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09 mart 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Hazırda rəsmi nikahda olsalar da, artıq 1 ildən çoxdur ki, ayrı yaşayırlar. Təxminən 1 il əvvəl cavabdeh nikahlarının pozulması üçün məhkəməyə müraciət etmişdir. Lakin buna etiraz etdiyi üçün, həmçinin həmin vaxt hamilə vəziyyətdə olduğu üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-875/2021 saylı qərardadı ilə işə xitam verilmişdir. Həmin vaxtdan cavabdeh onun və uşaqların xərclərini çəkməkdən, onlara maddi yardım göstərməkdən imtina etmişdir. Onun tərəfindən aliment üçün müraciət olunmuş və Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2170/2021 saylı qətnaməsi ilə cavabdehdən qazancının və digər gəlirlərinin 1/4 hissəsinin tutulması qət edilmişdir. Qətnamə çıxarılan zaman hələ 1 övladları var idi. Məhkəmənin nəzərinə çatdırır ki, 29 noyabr 2021-ci il tarixdə ikinci övladı Sunay doğulmuşdur. 2 azyaşlı körpə ilə işləmək mümkünsüzdür. Bu səbəbdən, cavabdeh tərəfindən ikinci uşağa görə də aliment tutulması zərurəti yaranmışdır. Digər tərəfdən birinci uşağa görə aliment məsələsinə baxılan zaman cavabdeh polis orqanlarında işləyirdi və aylıq gəliri 1.500-1.800 manat civarında idi. Buna görə alimentin məbləği cavabdehin qazancına münasibətdə müəyyən olunmuşdu. Cavabdeh isə artıq bir neçə aydır ki, aliment ödəməmək üçün işdən çıxıb, yəni kifayət qədər gəliri olsa da, rəsmi aldığı əmək haqqı yoxdur. Belə olan halda, hər iki uşaq üçün sabit pul məbləğində alimentin müəyyən olunması daha məqsədəuyğundur. Eyni zamanda, ikinci övladlarının dünyaya gəlməsi ilə onun tərəfindən çəkilən tibbi xidmət xərclərinin bir hissəsinin cavabdeh tərəfindən qarşılanmasını xahiş etsə də, ona heç bir maddi kömək etməmişdir. Cavabdeh ikinci övladlarının doğulması ilə bağlı istənilən növ xərcləri ödəməkdən imtina edir. O, heç yerdə işləmir, maddi gəliri yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, iddiaçıya hər uşağa görə 200 manat aliment ödəməyə razıdır. Lakin xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin və 1.150 manat doğuş xərcinin ondan tutulması hissəsində iddianı qəbul etmir. Bu səbəbdən məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2170/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, aliment tutulmasının 30 iyun 2021-ci il tarixdən hesablanması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. 09 mart 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 290303 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Əzimova Şakir qızı arasında nikah 09 mart 2019-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin rəsmi nikahdan xx.xx.2021-ci il tarixdə X5 adlı daha bir övladları doğulmuşdur. Təqdim olunmuş əmək kitabçasından görünür ki, cavabdeh əvvəllər rəsmi olaraq işləyərək əmək haqqı alsa da, hazırda rəsmi şəkildə işləmir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin rəsmi nigahdan doğulmuş 1 uşaqlarının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 oktyabr 2022-ci il tarixli, 002721 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Cavabdeh iddianı alimentin artırılması və digər uşağa görə aliment tutulmasına – yəni, hər uşağa görə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasına dair hissədə etiraf edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hissədə iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 50 manat sabit pul məbləğində alimentin tutulmasına dair hissədə də iddia əsaslıdır və təmin edilməlidir. Çünki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, 1.150 manat məbləğində doğuş xərclərinin cavabdehdən tutulmasına dair hissədə iddia qismən təmin edilməlidir. Çünki, bu qəbildən olan xərclərin yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Bunu iddiaçı tərəf də anlayır və təsadüfi deyildir ki, iddia ərizəsində məhkəməyə müraciət etməmişdən öncə cavabdehdən çəkilən tibbi xidmət xərclərinin bir hissəsinin qarşılanmasını xahiş etmişdir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin təqdim olunması üçün iddiaçı tərəfindən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin ediməli, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2170/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalı; xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində, xx.xx.2021ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalı; qətnamə xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində, xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmasına dair hissədə dərhal icra edilməli; 1.150 manat doğum xərcinin yarısı - 575 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş 33 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Cavabdeh 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2170/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutulsun. xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində, xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə «xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində, xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulması»na dair hissədə dərhal icra edilsin. 1.150 manat doğum xərcinin yarısı - 575 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 33 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1455/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1455/2022
04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver