Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1457/2021 19.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 30.12.2012-ci il təvəllüdlü X3 və 11.03.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, cavabdehlə 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuşdur. Birgə münasibətdən 30.12.2012-ci il təvəllüdlü X5 və 11.03.2015-ci il təvəllüdlü X7 adında iki uşaqları doğulmuşdur. Aralarında olan münasibətlər pozulduqdan sonra uşaqlar cavabdehin yanında qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-785/2020 saylı 04.03.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı 30.12.2012-ci il təvəllüdlü X3 və 11.03.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə prosesindən onun xəbəri olmamışdır. Hal-hazırda o, rəsmi qaydada işləyir və aylıq maaşı 250 manat təşkil edir, bundan əlavə bəzən usta kimi işləməklə aylıq qazancı maksimum 400-500 manat təşkil edir. Ona görə də ondan tutulan alimenti ödəməyə maddi imkanı yoxdur. İndiyə kimi müxtəlif aylarda 150, 200, ən çoxu 300 manat ödəyə bilmişdir. Uşağın tələbatlarını qarşılamaq hər iki valideynin öhdəliyində olmalıdır. Hazırda valideynlərinin yanında yaşayır, öz valideynlərini saxlamağa da maddi imkanı çatmır. Bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həm özünün maddi vəziyyətini, həm uşaqların tələbatlarını nəzərə alaraq hər uşağa aylıq ən çoxu 150 manat ödəyə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, belə ki, 30.12.2012-ci il təvəllüdlü X3 və 11.03.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq onun xeyrinə ödənilməsinə razıdır. Əslində uşaqların xərcləri həddən artıq çoxdur, əlavə hazırlıqlara görə də xərc çəkməli olur, özü işləsə də uşaqlara görə çəkdiyi xərclərin bir hissəsini valideynləri ödəyir, çünki iddiaçı faktiki olaraq heç bir ayda 340 manat alimenti tam ödəməmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı, 627484 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11.03.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hüseynli Fatimənin atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-T seriyalı, 036946 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30.12.2012-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Hüseynli Məhərrəmin atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsunin 2(002)-785/2020 saylı 04.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 30.12.2012-ci il təvəllüdlü X3 və 11.03.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “X6 X12 Dekorasyon Turizm Sanayi Ticaret Limited Şirketi”-nin Bakı Filialı tərəfindən verilmiş 05.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin şirkətdə usta vəzifəsində çalışır və aylıq əmək haqqı 250 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat təşkil edir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2-16 saylı Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı və mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, hər iki valideynin əmək qabiliyyətli olmaqla işləməsi, tərəflərin aylıq alimentin məbləğinin hər uşağa münasibətdə 150 manat müəyyən edilməsinə qarşılıqlı razılığı nəzərə alınaraq, iddia qismən təmin edilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən 30.12.2012-ci il təvəllüdlü X3 və 11.03.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-785/2020 saylı 04.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən 30.12.2012-ci il təvəllüdlü X3 və 11.03.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1457/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1457/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver