Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-15/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı «müqavilələrin ləğvi, texnikaların saz vəziyyətə gətirilməsi və pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı «müqavilələrin ləğvi, texnikaların saz vəziyyətə gətirilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1930 manat əsas borcun, 2605 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4565 manat pulun Cavabdeh tutularaq İddiaçı “xxxx” ASC-yə ödənilməsi, xx xxxxxxxx 2012-ci il tarixli 1144-L/12 nömrəli müqaviləsi ləğv edilərək lizinq obyekti olan 1 ədəd AG-14-4 markalı kotanın saz vəziyyətə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 1144-L/12 saylı lizinq müqaviləsinin surətindən görünür ki, Cavabdeh lizinqə götürdüyü ümumi dəyəri 2600 manat olan 1 ədəd AG-14-4 markalı kotanı üçün 260 manat ilkin ödəniş etmiş, qalan 2340 manat məbləğinə 2340 manat məbləğində ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh 260 manat ilkin ödəniş etmişdir. Qalan 2340 manata ödəniş qrafiki tərtib edilmişdir. Cəmi 410 manat ödəniş edilmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə pretenziyalar cavabsız qalmışdır. AR MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-404/2018 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək cavabdehdən xx.xx.2012-ci il tarixli 1144-L/12 saylı lizinq müqaviləsi üzrə 1930 manat əsas borc və 2605 manat cərimə, cəmi 4565 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-404/2018 saylı qiyabi qətnaməsinin ləğv edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnaməni ləğv edib, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)- 2123/2020 saylı qərardadına əsasən ərizə təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-404/2018 saylı qiyabi qətnaməsinin ləğv edilmiş, işə mahiyyəi üzrə baxılması təzələnmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və maliyyə arayışı verərək, 890 manat əsas borcun, 2605 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3525 manat məbləğində vəsaitin Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı ASC və Cavabdeh arasında bağlanmış İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 1144-L/12 saylı lizinq müqaviləsinin surətindən görünür ki, Cavabdeh lizinqə götürdüyü ümumi dəyəri 2600 manat olan 1 ədəd AG-14-4 markalı kotanı üçün 260 manat ilkin ödəniş etmiş, qalan 2340 manat məbləğinə 2340 manat məbləğində ödəniş qrafiki tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2012ci il tarixli 1144-L/12 saylı lizinq müqaviləsinə 1 nömrəli əlavədən-ödəniş qrafikindən görünür ki, Cavabdeh 2012-ci lin 4-cü rübü üçün 350 manat, 2013-cü ilin 1,2,3,4-cü rübləri üçün 300 manat, 2014-cü ilin 1,2,3-cü rübləri üçün 275 manat, 265 manat, 250 manat, cəmi 2340 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdehnın 890 manat əsas borcu, 2605 manat cərimə borcu, cəmi 3525 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci və 748-1.12.4-cü maddələrinə əsasən lizinq verənin izinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsəpul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh borclu olduğu məbləği iddiaçıya ödəməyə öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə öhdəliyinə əməl etməyərək borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuşolur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, 890 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 990 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 890 (səkkiz yüz doxsan) manat əsas borc, 100 (yüz) manat cərimə borcu, cəmi 990 (doqquz yüz doxsan) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-15/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-15/2021
27.01.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver