Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-151/2025 11.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir) “əmək haqqı, əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024 il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2024 il tarixdə Cavabdeh MMC-də (işəgötürən) aparıcı mütəxəssis işləyir və 350 manat əmək haqqı alır.
2. Cavabdeh MMC üzrə xx.xx.2024-cü il tarixli 5№-li əmrdən çıxarışa əsasən, Cavabdeh bölməsində “aparıcı mütəxəssis” vəzifəsində işləyən İddiaçı Əyyub qızı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-in 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilmiş, işçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-44279/2024 nömrəli məktubuna əsasən, dövlət reyestr məlumatlarına əsasən bildirirlər ki, Cavabdeh MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
4. xx.xx.2023-cü il tarixdə vergi uçotuna alınması və hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-85058/2024 saylı məktubuna əsasən, Cavabdeh MMC-in (VÖEN: **********) Əlavə dəyər vergisinin bəyannaməsində xidməti fəaliyyətini dayandırması göstərilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xİdməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-K-41448/2024 nömrəli məktubuna əsasən, müraciət ilə əlaqədar izahatının alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə ünvanına (AZ1110, ünvan 17-5/2-K-20823/2024 saylı xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuşdunr. Tərəfindən müvafiq izahat təqdim edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin ünvanlarına (AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 2 Bakı şəhəri, Ağşəhər, 2-ci Fəvvarələr, AZ1100, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 79, mənzil 30) 3-17-5/2-20830/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla (SS895323439AZ, SS895323425AZ, SS895323411AZ) müraciət olunaraq ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Tərəfindən təqdim edilmiş izahatda onun xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyin bildirmişdir. Bununla bağlı izahatda şahid qismində adını qeyd etdiyi X1 tərəfindən izahat təqdim edilmişdir. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən işə başlama tarixi xx.xx.2024-cü il tarixi qeyd edilərək elektron sistemə xx.xx.2024-cü il tarixində daxil edilmiş X1 ilə "xxxx" MMC arasında bağlanmış Əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixində, onunla eyni tarixlərdə bağlanmış əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə qüvvədən salındığı müəyyən edilmişdir. Bu səbəbdən şahidin izahatını sübut kimi qiymətləndirmək mümkün olmamışdır. Tərəfindən "xxxx" MMC-da xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işləməyi təsdiq edən hər hansı başqa sübut təqdim edilərsə müraciətinə yenidən baxılacaqdır. "xxxx" MMC tərəfindən X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən onun Cəmiyyətlə arasında bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqı 350 manat (üç yüz əlli manat) müəyyən edilməklə "aparıcı mütəxəssis" vəzifəsinə qəbul edildiyi, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində qanunvericiliyin tələbləri pozularaq işdənçıxma ərizə olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verildiyi məlum olmuşdur. Təqdim edilmiş məktubda "xxxx" MMC-nin 2024-cü ilin İ rübündə fəaliyyətinin olmadığı, bu səbəbdən ona işəgötürən tərəfindən 2000 manat (iki min manat) məbləğində əmək haqqının nağd şəkildə ödənildiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən işlədiyi aylar üzrə əmək haqqını və son haqq-hesabını qanunvericiliyin tələblərinə uyğun hesablanıb ödənilməsinə münasibət bildirmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli MN0023320 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 5 nömrəli əmrin ləğv edilməsinin təmin edilməsi və nəticəsi barədə məlumat verilməsi məqsədilə "xxxx" MMC-yə tərəfindən müvafiq məktub ünvanlanmışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410- İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
6. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də (işəgötürən) aparıcı mütəxəssis işləyir və 350 manat əmək haqqı alır. İddia tələbi
7. İddiaçı Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki əmək fəaliyyətinə başladığı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş və məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh MMC-dən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixindən başlayaraq məhkəmə qətnaməsi icra olunanadək ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyəti ödənişinin və məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh MMC-dən tutulub ona verilməsi və onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin rəhbəri ilə əmək müqaviləsi bağlayıb adıçəkilən cəmiyyətdə aparıçı mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır. Cavabdehin rəhbəri ilə olan razılığıa əsasən aylıq əmək haqqı 1000 manat təyin edilmişdir. Lakin cavabdeh ona razılaşdığı əmək haqqını verməmiş, bu azmış kimi xx.xx.2024-cü il tarixdə məlumatı və razılığı olmadan birtərəfli qaydada onunla əmək müqaviləsini pozmuşdur. Daha sonra ona məlum olmuşdur ki, cavabdeh onu xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2024-cü il tarixdən işə qəbul haqqında portala məlumat daxil etmişdir. İşə bərpa olunmağı və işlədiyi aylara görə əmək haqqının tam olaraq verilməsinə dair müraciətlərini cavabdeh cəmiyyətin rəhbəri dinləmiş və qısa müddətdə həll edəcəyini bildirsə də, sonda verdiyi vədlərini yerinə yetirməyərək əmək hüquqlarını bərpa etməmişdir. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Adıçəkilən dövlət qurumu şikayətini araşdırmış, əmək qanunvericiliyini pozduğuna görə cavabdeh barəsində inzibati xəta haqqında prorokol tərtib etmiş, həmçinin onunla olan əmək müqaviləsinin pozulmasına dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və onu işə bərpa olunmağı cavabdehdən tələb olunmuşdur. Bubdan sonra "xxxx" MMC onu işə bərpa etmişdir, lakin bu barədə ona məlumat verməmişdir. İşə bərpa olunmağı portaldan ona məlum olmuşdur. Cavabdeh "xxxx" MMC Əmək müqaviləsinin bağlanması, daha sonra onu birtərəfli qaydada pozması barədə ona hər hansı sənəd təqdim etməmişdir. Qeyd etdiyi məlumatların çox hisssini X2 Xidmətinin Bakı şəhər İdarəsində və onlar tərəfindən ona göndərilmiş cavab məktubundan əldə etmişdir. İdarənin məktubunun məzmunundan görünür ki, cavabdehin onlara təqdim etdiyi sorğuya cavab məktubunda cavabdeh aylıq əmək haqqının 1000 manat olmasını təsdiq etmişdir. Əmək haqqının 1000 manat məbləğində olması cavabdehin rəhbəri ilə apardığı vatsap yazışmaları, habelə bank kartına edilmiş pul köçürməsi ilə sübuta yetir. Hal-hazırkı dövrədək cavabdeh tərəfindən formal olaraq işə bərpa olunsa da, faktiki olaraq işlə təmin edilməmiş, həmçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməmişdir. Odur ki, belə hesab edir, məcburi boşdayanmaya görə aylıq 1000 manat olan əmək haqqının "xxxx" MMC-dən tutulub ona verilməsinə dair məhkəmə qətnamə qəbul etməlidir. Məhkəməyə qədər mediasiya proseduru çərçivəsində mübahisəni həll etmək mümkün olmamış, cavabdehin nümayəndəsi mediator tərəfindən keçirilən ilkin mediasiya sessiyasına gəlməmişdir.
10. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı hazırlıq iclasında iddianı müdafiə edərək öz izahatında portalda adı işçi kimi qeyd edilib, sistemdə adı qeyd edilsə də, işləmir, əmək haqqı verilmir. Əvvəl şirkətdə faktiki işləyirdi, maaşı şəxsi bank kartına yüklənirdi. Əmək kitabçası cavabdehdədir. 15 yanvar 2024-cü ildə əmək müqaviləsi bağlanıb, şirkət yanvar-mart ayları aralığında işləmiş, o vaxt ona 2000 manat ödəniş edilib. Hazırda əmək müqaviləsi də yoxdur. Cavabdeh şəxsiyyət vəsiqəsindən istifadə edir, heç bir yerdə işə düzələ bilmir. Maaşı 350 manat deyil, 1000 manatdır. 350 manat əmək haqqını imzalamamışdır. Şirkət hazırda fəaliyyət göstərmir. Şirkətdə aparıcı mütəxəssis işləyirdi. Şirkətin ofisi Ağ şəhərdə yerləşirdi. Ancaq mart ayında onun işdən çıxma ərizəsi və ya razılığı olmadan onu işdən çıxartdı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinə müraciət etdi. Onlar isə ona dedilər ki, onlar yeni qanuna əsasən 2025-ci ilin 1 yanvarına qədər yaranan mübahisələr üzrə yerində araşdırıb baxa bilmərlər. Ancaq o oraya müraciət etdikdən sonra cavabdeh onu işə bərpa etməsə də onunla müddətsiz əmək müqaviləsi imzaladı. Burada da onun məlumatı və ya razılığı olmadı. Yanvar, fevral və mart aylarının maaşını almışdır. Digər aylarının maaşını ala bilməmişdir. Sənədləri və əmək kitabçası cavabdehdədir. Cavabdeh şirkət vergi ödəməmək üçün fəaliyyətini qanuniləşdirmədiyini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Tərəflərə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məluma verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı ve dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada teqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin hamin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi.. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 154-cü maddəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 131-ci maddəsinin 1-ci hissəsinə görə, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 143-cü maddəsinin 1- hissəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında” Əsasnamənin: 3.1.1-ci bəndinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrindəndir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. b) Əsaslandırma
19. İddia qismən əsaslıdır.
20. İşin halları bundan ibarətdir ki, tərəflər arasında birinci əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış, işçinin əmək haqqının məbləği 350 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə həmin müqaviləyə xitam verilmişdir.
21. Tərəflər arasında ikinci əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də (işəgötürən) aparıcı mütəxəssis işləyir və 350 manat əmək haqqı alır.
22. İddiaçının tələbi 3 hissədən ibarətdir: 1) xx.xx.2023-cü il tarixindən başlayaraq məhkəmə qətnaməsi icra olunanadək ödənilməmiş əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyəti ödənişinin ödənilməsi 2) məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi 3) onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçının (əmək müqaviləsi üzrə işçi) bildirdiklərinə əsasən, o, cavabdeh MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işləmiş, əmək haqqı məbləği rəsmi olaraq 350 manat müəyyən edilsə də, faktiki olaraq 1000 manat müəyyən edilmiş, yanvar və fevral aylarının əmək haqqı işəgötürən müəssisənin rəhbəri tərəfindən onun debet kartına göndərilmiş, mart ayının əmək haqqı 1000 manat isə ödənilməmişdir.
24. İddiaçı tərəfindən "xxxx" MMC-da xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işləməyi, eyni zamanda əmək haqqının 1000 (min) manat təşkil etməsini təsdiq edən, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
25. Məhkəmə onu da qeyd edir ki, məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi qəbzlərdən görünür ki, onun aylıq əmək haqqından artıq məbləğ (rəsmi olaraq 350 manat) ona yanvar, fevral və mart aylarında göndərilmişdir.
26. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsi üzrə - “ARG KARGO" MMC və İddiaçı tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən işçinin işlədiyi aylar üzrə əmək haqqını və son haqq-hesabını qanunvericiliyin tələblərinə uyğun hesablanıb ödənilməməsini müəyyən etmək mümkün olmamış, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa, tərəflər arasında ikinci əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır.
27. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də (işəgötürən) aparıcı mütəxəssis işləyir və 350 manat əmək haqqı alır.
28. İddiaçı ikinci əmək müqaviləsinin formal bağlandığını, müəssisənin ofisinin olmadığını, özünün bir gün belə işə getmədiyini və əmək müqaviləsinin onun razılığı olmadan qanunsuz bağlandığını qeyd etdiyindən məhkəmə hesab edir ki, ikinci əmək müqaviləsinin bağlanmasında hazırkı qətnamə icra olunana qədər əmək haqqının və istifadə edilməmiş əmək haqqının ödənilməsi barədə iddiaçının tələbləri əsassızdır.
29. Tələbin məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələbin maddi hüquqi əsası qismində Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edə bilər. Həmin maddənin tələbinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
30. Hazırkı halda, işçi işə bərpa olunmaq deyil, əksinə əmək müqavilə bildirişinin elektron sistemdən silinməsi iddiası irəli sürmüşdür. Odur ki, həmin hissədə də iddia tələbini məhkəmə əsassız hesab edir.
31. İddianın xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır.
32. Belə ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış, cavabdehin sahibkarlıq və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətində olmasına baxmayaraq, uçot-baza məlumatlarına əsasən Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir.
33. Göründüyü kimi, iddiaçının xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanmasında iştirakının, həmin müqavilənin bağlanmasına razılığında əksini tapan iradə ifadəsinin mövcud olmaması, əmək müqavilə bildirişinin elektron sistemə cavabdeh tərəfindən birtərəfli qaydada yerləşdirilməsi müəyyən edilmiş, iddiaçı bu barədə iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır.
34. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir.
35. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi hər hansı əqdin, o cümlədən əmək müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
36. Belə ki, Mülki Məcəllənin 337.1, 337.3 və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
37. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
38. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, əmək müqaviləsi tərəfin aldadılması nəticəsində bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Aldatma halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.3-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir.
39. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüqunu müdafiə etmək məqsədi ilə iddia qismən təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə cavabdeh "ARG” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilməli və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron sistemində daxil edilməsi X2 Xidmətinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
40. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "ARG Kargo” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin və həmin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova