Məhkəmə qərarları › İş №2(002)-1523/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1523/2022

06.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1523/2022 06.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı aliment tələbinə dair ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.1.1 və 150.1.2-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.1 və 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Ərizənin məzmunundan aydın olur ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələbinə riayət olunmadan tərtib edilmişdir. Belə ki, ərizədə iddiaçı və cavabdeh haqqında məlumatlar (ad, soyad, ata adı, qeydiyyat ünvanı, faktiki yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsi FİN nömrəsi, əlaqə vasitələri, şəxsiyyətin eyniləşdirilməsinə imkan verən digər məlumatlar) qeyd edilməmiş, cavabdehə qarşı yönələn tələb, tələbin əsaslandığı hallar və həmin halları təsdiq edən sübutların siyahısı əlavə edilməmişdir. Həmçinin, hazırki mülki iş üzrə iddia tələbinin predmetii məhz alimentin təyin edilməsi ilə bağlı olmaqla, tərəflərin birgə nikahdan olan övladının saxlanma qaydasının müəyyən edilməsinə dair ailə münasibətlərindən irəli gələn mübahisə təşkil edir. Mediasiya haqqında qanunvericiliyin tələbinə əsasən uşağın saxlanma qaydasının müəyyən edilməsinə dair ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər ilkin mediasiya sessiyasında iştirak etməli, mediasiya prosesinin nəticəsinə dair müvafiq arayışı (mediasiya sessiyasında iştirak edilməməsinə dair və ya ilkin medasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayış) və ya müvafiq protokolu (yekunda barışıq sazişi bağlanmaması və ya mediator tərəfindən mediasiya prosesinin həyata keçirilməsindən imtina edilməsi ilə bağlı medasiya prosesinə xitam verilməsinə dair protokol) əldə etdikdən sonra məhkəməyə müraciət etməli, habelə həmin arayış və ya protokol iddia ərizəsinə əlavə edilməlidir. Hazırki halda isə iş materiallarından görünür ki, hazırki mülki iş üzrə tərəflərin uşağın saxlanma qaydasının müəyyən edilməsinə diar ailə mübahisəsinin həll edilməsi ilə bağlı ilkin medasiya sessiyasında iştirak etməsinin nəticəsinə dair müvafiq arayış və ya müvafiq protokol iş materiallarına əlavə edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən hallar əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi qanunvericiliklə müəyyən eidlmiş forma və məzmun tələbinə riayət edilmədən tərtib edildiyindən və ərizəyə tərələrin ilkin mediasiya sessiyasında iştirak nəticəsinə dair sənəd əlavə eidlmədiyindən iddia ərizəsi ona əlavə eidlmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur;114.1.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar