Məhkəmə qərarları › İş №2(002)-153/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-153/2024

19.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-153/2024 19.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X2, Cavabdeh1 Təmir Tikintinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İB və Cavabdeh1 Təmir-Tikinti İdarəsinə qarşı “zərərli iş şəraitinə görə əmək haqqına əlavənin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı məxsus xx.xx.1998-ci il tarixli ИТ-İ ******* №-li əmək kitabçasından görünür ki, xx.xx.2014-cü il tarixli 143K №-li əmr ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 1 saylı təmir quraşdırma sahəsinə 4-cü dərəcə betonçu peşəsinə keçirilib; xx.xx.2015-cil il 30K №-li əmr ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 1 saylı TQS-nə 5-ci dər. X7raşdırıcısı peşəsinə keçirilib.

2. Cavabdeh1 İB Təmir-Tikinti İdarəsinin 201-Ü №-li xx.xx.2016-cı il tarixli əmrinə əsasən Şirkətin idarəetmə strukturuna daxil olan qurumlarında əmək normalarının, onların təşkilati strukturununun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiya” (Komissiya) SOCAR-ın Mərkəzi Attestassiya Komissiyasının 20 may 2016-cı il tarixli 31 nömrəli protokolunu rəhbər tutaraq 27 may 2016-cı il tarixli ********************X00038 nömrəli Qərarı ilə təsdiq edilmiş Cavabdeh1 İB-in 31 may tarixli SOCAR**********40070517X00058 nömrəli məktubu ilə 2016-cı ilin birinci rübündə müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin siyahısı”-da göstərilən peşə və vəzifələrdə işləyən işçilərin aylıq (tarif) vəzifə maaşlarında zərərli əməyə görə müvafiq artım əmsallarının tətbiq edilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdən Təmir- Tikinti İdarəsinin aşağıda qeyd edilən peşələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşarına zərərli əmək şəraitində işə görə göstərilmiş miqdarlarda əlavə artım əmsalı tətbiq edilmiş və həmin siyahıda X7raşdırılması peşəsi göstərilməmişdir.

3. İddiaçı zərərli iş şəraitinə görə əmək haqqına əlavənin ödənilməsi ilə bağlı ərizəsinə Cavabdeh1 Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, onun TTİ-ndə XBKQ-sı peşəsində işlədiyi müddət ərzində ARDNŞin 14 sentyabr 2012-ci il tarixli 126 saylı əmri ilə təsdiq edilmiş "ARDNŞ-in strukturuna daxil olan müəssisə və təşkilatlarında iş yerlərinin (2012-2016) illərə uyğun olaraq Cavabdeh1 Təmir-Tikinti İdarəsi üzrə iş yerlərində istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin müəyyən edilməsi üçün aparılmış instrumental ölçmə işləri nəticəsində xarici boru kəməri quraşdırıcısı peşəsi zərərli iş kimi qiymətləndirilmiş və həmin peşədə işləyən işçilərə (onada) 4% əlavə ödəniş təyin olunmuşdur. Lakin sonra 2016-cı ildə SOCAR-ın iş yerlərinin ekspertizası şöbəsi tərəfindən aparılan ölçmələr idarəetmə strukturuna daxil olan qurumlarda əmək normalarının, onların təşkilati strukturunun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiya" SOCAR-ın Mərkəzi Attestasiya Komissiyasının 20 may 2016-cı il tarixli 31 nömrəli protokolunu rəhbər tutaraq və Komissiyanın Əsasnaməsini və SOCAR 27 may 2016-cı il tarixli ********************X000038 nömrəli qərarına əsasən Sizin peşənizin zərərli peşə olmadığından ödənilən 4% məbləğ ləğv edilmişdir. Bunun üçün də ona əlavə ödənişin verilməsi barədə heç bir əsas yoxdur.

4. Azəriqaz Təmir-Tikinti İdarəsinin 07 sentyabr 2020-ci il tarixli “İş yerlərinin attestasiyasının nəticələri” haqqında protokolundan görünür ki, SOCAR-ın xx.xx.2016-ci il tarixli SOCAR**********70010020A00106 nömrəli əmri ilə təsdiq edilmiş "SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının keçirilməsi qrafikinǝ (2016-2020)" uyğun olaraq, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə və Nazirlər Kabinetinin "İş yerlərinin attestassiyasının keçirilməsi Qaydaları" haqqında xx.xx.2000-ci il tarixli 38 saylı qərarına əsaslanaraq, 2020-cı ilin mart ayında Əmək şəraiti normalarının işlənməsi İdarəsinin əməkdaşları tərəfindən İdarəmizin bütün struktur bölmələrində müayinə və laborator ölçmələr aparılmışdır, nəticədə 246 (iki yüz qırx altı) iş yeri attestasiya olunmuş və bunlardan 62 (altmış iki) iş yerində istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin normadan artıq olduğu müəyyən edilmişdir. X7raşdırılması peşəsi burada qeyd olunmamışdır.

5. Cavabdeh1 Təmir-Tikinti İB-in xx.xx.2024-cü il tarixli 14-2-2-2/2-9/2024 saylı arayışından görünür ki, İddiaçı "Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsində işlədiyi dövr ərzində xx.xx.2012-ci il tarixdən 2016-cı il iyun ayınadək işlədiyi peşə üzrə (betonçu və X7raşdırıcısı) "İş yerlərinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli"ndə istehsalat mühitinin amillərinin nəticəsinə əsasən, tarif maaşına 1,04 artım əmsalı (zərərlilik əmsalı) tətbiq edilmişdir. Lakin, 2016 və 2020-ci illərdə SOCAR-ın Baş ofisi tərəfindən təyin edilmiş qrafik üzrə SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh1 Təmir-tikinti İdarəsinin struktur bölmələrində keçirilən "İş yerlərinin attestasiyası"nda İddiaçı işlədiyi peşə (X7raşdırıcısı peşəsi) üzrə "İş yerlərinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli"ndə istehsalat mühitinin amillərinin nəticəsinə əsasən tarif maaşına 1,04 artım əmsalının (zərərlilik əmsalı) tətbiqi xx.xx.2016-cı il tarixdən dayandırılmışdır.

5. Cavabdeh1 Təmir-Tikintinin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli 14-2-2-2/3-1K-264/2023 №-li əmrinə əsasən “ARDNŞ-in Cavabdeh1 İB-in Təmir-tikinti İdarəsinin 1 saylı təmir-quraşdırma sahəsi” bölməsində “X7raşdırıcısı” vəzifəsində İddiaçı Maxsud oğlu ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-in 75. “2d” –bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023 tarixdən xitam verilməsi, işçisinin xx.xx.2012 tarixdən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 16.96 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İddia tələbi

6. İddiaçı cavabdehlər Cavabdeh1 İB və Cavabdeh1 İB Təmir-Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz İB Təmir-Tikinti İdarəsinin 1 saylı Təmir Quraşdırma Sahəsində yerinə yetirdiyi X7raşdırılması (XBKQ-sı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə zərərli iş olduğundan verilmiş 4 faiz əlavə ödənişin xx.xx.2016-xx.xx.2023-cü illər üçün hesablanıb aldığı əmək haqqına əlavə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o xx.xx.1958-ci ildə anadan olmuşdur. xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış və HT-1-2463600 əmək kitabçası vardır. xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. 1994-2012-ci illərdə SOCAR, Azərbaycan Respubikası Dövlət Neft Şirkəti sistemində qüllə quraşdırışı peşəsində çalışmışdır. Köçürmə yolu ilə əmək fəaliyyətini X3 davam etdirmişdir. 18 il neft şirkətində 4 ildə Azəriqaz İstehsalat birliyində çalışdığı müddətdə zərərli iş şəraitinə görə əmək haqqına 4 (dörd) faiz əlavə ödənişi almışdır. Təqribən 22 il eyni vəzifədə işlədiyi zərərli iş şəraitinə görə ödənilən 4 faiz əlavə Azəriqaz İstehsalat birliyində 2016-cı ilin may ayından dayandırılmışdır. Bunun heç bir əsası yoxdur. Belə ki, işlədiyi X7raşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçilərin siyahısında göstərilmişdir. Güzəştrlə şərtlərlə əmək pensiyası alsa da iş fəaliyyətini dayandırmamışdır. xx.xx.2023-cü ildə 65 yaşının tamam olması ilə əlaqədar əmək pensiyası yenidən hesablanmış və aylıq 610 manat 19 qəpik olduğu xx.xx.2023-cü il tarixdə bildirilmişdir. Hesablanmış pensiyanın aylıq məbləği azdır. Bunun da səbəbi yuxarıda qeyd etdiyi 4 faiz əlavənin hesablanıb nəzərə alınmamadıdır. X4 birliyinin təmir tikinti idarəsinin 1 saylı Təmir Quraşdırma sahəsinin X7raşdırıcısı (XBKQ) peşəsi 2016-cı ilə qədər zərərli iş kimi qiymətləndirilmiş və buna görədə 4 % əlavə ödəniş təyin edilmişdir. Bu barədə ARDNŞ-in 14 sentyabr 2012-ci il tarixli 126 saylı əmri vardır. Qeyd edilən əmr Azərbaycan Respubiksı Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının tələbinə uyğundur. Lakn 2016-cı ildə SOCAR-ın iş yerlərinin ekspertiza şöbəsi tərəfindən aparılan ölçmələr nəticəsində "Şirkətin idarəetmə strukturasına daxil olan qurumlarda əmək normalarının, onların təşkilatı strukturasının və gəlir və xərclər smetasının müəyyən edilmjəsi üzrə daimi fəaliyyət gtöstərən Komissiya" SOCAR-ın X1 xx.xx.2016-cı il tarixli 31 nömrəli protokolunu rəhbər tutaraq və komissiyanın əsasnaməsini və SOCAR 27 may 2016-cı il tarixli qərarına əsasən çalışdığım peşənin zərərli peşə olması təsdiqləınməmiş və əlavə 4 % məbləğin ödənilməsi ləğv edilmişdir. Halbuki eyni təşkilata, yəni SOCAR-a tabe olmalarına baxmayaraq digər müəssisələr də zərərli işə görə 4% əlavə verildiyi halda. Azəriqaz İstehsalat birliyində bu əlavə verilmir. Hesab edirəm ki, bu Təmir Tikinti İdarəsinin 1 saylı təmir Quraşdırma sahəsinin öz təşəbbüsüdür. Azərbaycan Respublikasının Nazirlər Kabintinin qərarı qüvvədə olduğu halda hər hansı komissiyanın və ya müəssisənin onu dəyişdirmək və ya ləğv etmək hüququ varmı? Bu qanunsuz əməliin nəticəsində işləməyiǝ baxmayaraq iyun 2016-cı-xx.xx.2023-cü illər ərzində zərərli işə görə 4 faiz əlavəni ala bilməmişdir. Nəticədə onun əmək haqqı sosial sığorta hesabına köçürülmüş məbləğ pensiya kapitalının məbləği, digər eyni işçiyə nisbətən az olmuşdur. Nəticədə təyin edilmiş aylıq pensiyanın məbləği aşağı olmuşdur. Belə qanunsuz yanaşma əmək və sosial təminat kimi Konstitutsiya hüquqlarını pozmuş, ailəsinin maddi vəziyyətini ağırlaşdırmışdır. Halbuki Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin əsas ali məqsədidir. Zərərli iş kimi X7raşdırıcısı peşəsini yerinə yetirərkən quraşdırıcı işi ilə birlikdə eyni zamanda ilməsi və ya tekalajin işləri də görülür. Bu zaman iri həcmli boruların qaynaq edilməsi üçün saxlanılması, yüklənməsi və boşaldılması insan həyatı üçün hər an təhlükə mənbəyidir. Bu barədə Azəriqaz İstehsalat birliyinin Təmir-Tikinti İdarəsinin rəhbərliyinə yazılı və şifahi şəkildə müraciət etsə də peşənin ağırlığını əyani göstərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı nəzərə alınmamışdır. İddia tələbinə etiraz

8. Cavabdeh1 İB iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 Təmir-tikinti İdarəsinin xx.xx.2012-ci il tarixli, 134k nömrəli əmr ilə işə qəbul eilmiş və xx.xx.2012-xx.xx.2015-ci il tarixlərində 4-cü dərəcəli betonçu, xx.xx.2015-xx.xx.2016-ci il tarixlərində 5-ci dərəcəli X7raşdırıcısı, xx.xx.2016-xx.xx.2023-cü il tarixlərində (işdən azad olunanadǝk) 6-cı dərəcəli X7raşdırıcısı peşəsində işləmiş və İdarənin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-264/2023 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2 maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları" haqqında xx.xx.2000-ci il tarixli,38 nömrəli qərarına əsaslanaraq, SOCAR-ın Baş ofisi tərəfindən təyin edilmiş qrafik üzrə SOCAR-in Əmək şəraiti normalarının işlənməsi İdarəsinin əməkdaşları tərəfindən TTİ-nin struktur bölmələrində növbəti dəfə - 2016-cı il iyun ayında "İş yerlərinin attestasiyası" keçirilənədək İddiaçı işlədiyi peşə üzrə "İş yerlərinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli"ndə istehsalat mühitinin amillərinin nəticəsinə əsasən tarif maaşına 1,04 artım əmsalı (zərərlilik əmsalı) tətbiq edilmişdir. Lakin, 2016 ve 2020-ci ildə SOCAR-ın Baş ofisi tərəfindən təyin edilmiş qrafik üzrə SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi İdarəsinin əməkdaşları tərəfindən TTİnin struktur bölmələrində keçirilən "İş yerlərinin attestasiyası"nda İddiaçı işlədiyi peşə (X7raşdırıcısı peşəsi) üzrə "İş yerlərinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli"ndə istehsalat mühitinin amillərinin nəticəsinə əsasən tarif maaşına 1,04 artım əmsalının (zərərlilik əmsalı) tətbiqi xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

9. Etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159.1, 296 Mülki Prosessual Məcəlləsinin 4.1, 24, 77.1-ci maddələrinə istinad edilmişdir.

10. Bununla yanaşı, Cavabdeh1 İB iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddiaçı A.Süleymanov "əmək hüquqlarının mübahisələndirmə" hərəkətlərini gecikdirərək qanunla müəyyən edilmiş prosessual pozuntuya yol vermiş məhkəməyə müraciət müddətini də buraxmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-264/2023 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2 maddəsinə əsasən əmək müqaviləsinə xitam verilsədə o 2016-2023-ci illər üzrə əmək mübahisəsini məhkəmədə mübahisələndirmişdir. Həmin tarixdə də amrlə tanış olaraq müvafiq qaydada imza qeydi etmişdir. Həmçinin işdən azad olunma ilə bağlı bütün sənədləşmələr imza qeydi apararaq əmək kitabçasının surətini də təhvil almışdır. Lakin sonradan bu və ya digər formada əmək hüquqlarının pozulması barədə mübahisəsi yaransa da qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda onun mübahisə predmetinin araşdırılmasından əvvəl iddia tələbinin qaldırılması mümkünlüyü araşdırılmalı və hüquqi qiymət verilməlidir. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.

12. Məhkəmənin tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək müəssisədə onun ərizəsi ilə xarici boru kəmərlərini quraşdırıcısı vəzifəsinə keçirdiklərini, bundan sonra onun əmək haqqına əlavə olaraq verdikləri 4%-in ödənilməsini dayandırdıqlarını, halbuki, onunla eyni işi görən başqa şəxslərə bu əlavənin ödənilməsinin davam etdirildiyini, onun əməyinin tozlu şəraitdə icra edildiyini, zərərli iş sayıldığını, betonşu peşəsi ilə eyni işi gördüyünü, əmək haqqına əlavənin dayandırılmasına narazılığını rəsmi qaydada müəssisə rəhbərliyinə etdiyini, attestasiyanın nəticələrindən X10 Xidmətinə müraciət edildiyini, lakin bu müraciətin nəticəsiz qaldığını, həmin müraciətini sübut edə biləcək sənədləri məhkəməyə təqdim etmədiyini, iş yerlərinin attestasiyası qərar və protokolu inzibati qaydada mübahisələndirmədiyini, 2016-cı ildən əlavə ödənişlərin dayandırıldığını, dəfələrlə müdiriyyətə müraciət etsə də nəticəsinin olmadığını, məhkəməyə heç vaxt müraciət etmədiyini bildirmiş, 2016-2023-cü illər üçün əmək haqqına 4% əlavənin ödənilməsini xahiş etmişdir.

14. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək iddiaçının 1975-ci ildən əmək fəaliyyətinə başladığını, 2016-cı ilə qədər betonçu, 2016-cı ildən 2023-cü ilə qədər xarici borucu kəmərlərinin quraşdırıcısı peşəsində işlədiyini, 2016-cı ilə qədər əmək haqqına 4 faizə əlavə ödənildiyini, amma 2016-cı ildən sonra Socarın əmri ilə əmək haqqına 4 faiz əlavənin hesablanmadığını, iddiaçının illərlə zərərli iş yerində işlədiyini, 1 iyun 2023-cü ildə iddiaçının 65 yaşına çatdığına görə pensiyasının yenidən hesablandığını, iddiaçının hazırda yaşa görə pensiya aldığını, iddiaçının işlədiyi işin zərərli olmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının olduğunu, NK Qərarının hər hansı müəssisənin qərarından üstün hüquqi qüvvəyə malik olduğunu düşündüyünü bildirmiş, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Cavabdeh1 nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etirazın məzmununa uyğun izahat verdi və bildirdi ki, əmək haqqına əlavə müəyyən edən iş yerlərinin zərərli olması barədə attestasiyanın iş yerlərinin özü tərəfindən həyata keçirilir, bununla bağlı müvafiq Nazirlər Kabinetinin müvafiq qərarlarının ovardır. İddiaçı müəssisənin attestasiya nəticələrini mübahisələndirilməmişdir. Əgər iddiaçının bununla bağı X10 Xidmətinə şikayəti olardısa Xidmətin əməkdaşları müəssisəyə gələrək rəsmi araşdırılma aparar bə bu araşdırmanın nəticələri rəsmiləşdirilərdi. Cavabdeh müəssisədə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət etməsi barədə hər hansısa sənəd yoxdur, iddiaçı özü də bununla bağlı sübut təqdim etməmişdir. Müəssisənin özünün iş yerlərinin attestasiyası ilə bağlı laboratoriyalarının olduğunu, həmin attestasiyada neytral orqan kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, müvafiq mütəxəssislərin iştirak etdiyini, göstərilənlərdən əlavə iddiaçının iddia müddətini ötürdüyünü, 2016 və 2020-ci illərdə iş yerlərinin attestasiyasının keçirildiyini bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdeh1 Təmir Tikintinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, iddiaçı 2012-ci ildən betonçu işlədiyini, 2016-cı ildən xarici borcu kəmərlərinin quraşdırıcısı vəzifəsi ləğv edildiyini, iddiaçının əvvəllər beton quraşdırdığını, lakin hal-hazırda xarici boruçu vəzifəsinin olmadığını, betonçu və X7raşdırıcısı vəzifələrinin fərqli peşələr olduğunu, iddiaçının peşəsinin zərərli peşəyə aid olmadığını bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

17. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

18. 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi..

19. 154-cü maddəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

20. 159-cu maddəsinə əsasən, xüsusi şəraitdə tətbiq edilən əmək haqqı. 1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 2. Bu Məcəllənin 91-ci, 92ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.

21. 296-cı maddısinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

22. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

23. 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" xx.xx.2002-ci il tarixli, 137 nömrəli Qərarının:

26. 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin: əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin aşağı səviyyəsində -1,04; orta səbiyyəsdində -1,08; yuxarı səviyyəsində -1,12. Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində -1,16; orta səbiyyəsində -1,20; yuxarı səviyyəsində -1,24.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi” Qaydalarının:

27. 1.2-ci bəndinə əsasən, müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.

28. 1.3-ci bəndinə əsasən iş yerlərinin attestasiyasının normativ əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsi və qanunvericiliyə uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar, əməyin təhlükəsizlik standartları sistemi (ƏTSS), sanitar qaydaları, normaları və gigiyena normativləri təşkil edir.

29. 1.4-ci bəndinə əsasən bu qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur: qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması;

30. 1.5-ci bəndinə əsasən, attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur.

31. 1.6-ci bəndinə əsasən, təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda dövlət sanitariya nəzarəti orqanlarının, X10 Xidmətinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir.

32. 1.7-ci bəndinə əsasən, işəgötürən dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə iş yerlərinin attestasiyasının aparılması nəticələrinə dair bu Qaydaların 4.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş sənədlərin surətinin 10 (on) iş günü müddətində məlumat üçün X10 Xidmətinə təqdim olunmasını təmin etməlidir.

33. 2.1-ci bəndinə əsasən, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına hazırlıq bütün iş yerlərinin siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin təhlükəli və zərərli amillərinin, onların parametrlərinin faktiki dəyərləndirilməsi məqsədi ilə aşkara çıxarılmasından ibarətdir.

34. 2.2-ci bəndinə əsasən, əmək şəraiti üzrə iş yerləri attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə müəssisədə əmr verilir, ona müvafiq olaraq müəssisədə, lazım gəldikdə onun struktur bölmələrində, attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının sədri komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşməni aparan, onların saxlanılmasına və tərtib edilməsinə cavabdeh şəxs təyin olunur, eyni zamanda əmək şəraiti üzrə iş yerləri attestasiyasına aid işlərin qrafiki və müddəti müəyyən olunur. Müəssisənin attestasiya komissiyasının tərkibinə həmkarlar ittifaqları təşkilatının nümayəndələri, müəssisənin əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislər daxil edilir.

35. 3.4.5-ci bəndinə əsasən, iş yerində təhlükəli və zərərli istehsalat amillərinin olmadığı halda və yaxud onların faktiki göstəricilərinin optimal və yol verilən miqdarlara uyğun olması, eyni zamanda işçilərin zədə təhlükəsizliyi və fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərin yerinə yetirmədiyi halda, hesab edilir ki, iş yerlərində əmək şəraiti gigiyenik tələblərə və təhlükəsizlik tələblərinə uyğundur.

36. 3.5-ci bəndinə əsasən, istehsalat amilləri dərəcələrinin instrumental ölçülmələri, əmək prosesinin ağırlığı və gərginliyinin müəyyən edilməsi, iş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatının qiymətləndirilməsi müvafiq protokolla rəsmiləşdirilir. Protokolların formaları bu və ya başqa amil göstəriciləri dərəcələrinin ölçülməsinin aparılması qaydasını təyin edən normativ sənədlərlə müəyyən olunur.

37. 5.4-ci bəndinə əsasən, iş yerlərinin attestasiya nəticələri haqqında məlumat müəssisənin işçilərinə çatdırılır.

38. 5.6-ci bəndinə əsasən, əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə dövlət nəzarətini X10 Xidməti həyata keçirir.

39. 5.7-ci bəndinə əsasən, əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının keçirilməsi üçün müəssisənin rəhbərliyi məsuliyyət daşıyır. Azərbacyan Respublikası ƏƏSMN Kollegiyasının xx.xx.2002-ci il tarixli 15-4 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nın:

40. 1-ci bəndinə əsasən, bu metodika “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən hazırlanıb, ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinin qiymətləndirilməsi, bu əmək şəraitli iş yerlərində çalışan işçilərin tarif (vəzifə) maaşlarına minimum artım əmsalının müəyyən edilməsi məqsədi ilə tətbiq edilir.

41. 2-ci bəndinə əsasən, əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”ndakı Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi əsasında doldurulmuş “ İş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəl”i əsasında müəyyən olunur ( əlavə 1).

42. 3-ci bəndinə əsasən, istehsalat mühiti amillərinin zərərliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə qüvvədə olan “X8”nda göstərilən meyarlar üzrə təyin olunur. İş yerində TBH və SBH artması əməyin mühafizəsi qaydalarının və normalarının pozulması hesab olunur, bu halda X6 və əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi şəxslərin, həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətlərindən istifadəsi istisna edilmir. İş yerlərində TBH-dən və SBH-dən artıq zərərli amillərin müasir texnikasının digər vasitələrin və metodların tətbiqi ilə aradan qaldırılması mümkün olduqda tarif (vəzifə) maaşlarına artım əmsalının müəyyən edilməsi yol verilməzdir. İş yerlərində istehsalat amillərinin təhlükəli və zərərli parametrlərinin ölçülməsinin aparılması üçün lazımi texniki vasitələrin və normativ məlumat bazanın olmadığı hallarda aidiyyəti təşkilatların mütəxəssisləri iş yerlərinin attestasiyası işinə cəlb edilirlər.

43. 4-ci bəndinə əsasən, hər bir amil üzrə balların kəmiyyəti iş yerində Əmək şəraitinin qiymətləndirilməsi cədvəlində qeyd olunur. Bununla yanaşı mövcud amilin əmək şəraitinin vəziyyətinə təsirinin qiymətləndirilməsi üçün iş vaxtı (növbəsi) ərzində onun təsirinin müddəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

44. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

45. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

46. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

47. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

49. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

50. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

53. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ərizəsi əsasında Cavabdeh1 Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli əmr ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən o, “betonçu” peşəsindən 1 saylı TQS-ə “5-ci dərəcəli X7raşdırılması” peşəsinə keçirilmişdir. Tərəflər arasında əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

54. İddiaçının əmək haqqına Cavabdeh1 İB Təmir-Tikinti İdarəsi tərəfindən 2016-cı ilə qədər işlədiyi peşənin zərərli olması ilə bağlı 4% əlavə ödənilmiş, həmin ildə SOCAR-ın Mərkəzi Attestassiya Komissiyasının xx.xx.2016-cı il tarixli 31 nömrəli protokolu, Komissiyanın Əsasnaməsi və SOCAR xx.xx.2016-cı il tarixli ********************X000038 nömrəli qərarına əsasən (sonradan Azəriqaz İB Təmir-Tikinti İdarəsinin xx.xx.2020-ci il tarixli “İş yerlərinin attestasiyasının nəticələri” haqqında protokoluna əsasən) onun işlədiyi peşə zərərli peşə olmadığından ödənilən 4% məbləğ ləğv edilmişdir.

55. İddiaçı hazırkı tələbi irəli sürərək xx.xx.2016-xx.xx.2023-ci ilədək zərərli iş şəraitinə görə əmək haqqına əlavə ödənilən 4% məbləğin ödənilməsini xahiş edir və cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

56. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehlər tərəfindən verilmiş ərizəyə münasibət bildirərək qeyd edir ki, iddiaçıya əmək haqqına əlavələirin dayandırılması 2016-cı ildə keçirilən ilk attestasiya zamanı məlum olmuşdur. Bununla yanaşı, iddiaçı müəssisə rəhbərliyinə müraciətinə istinad edir. İş materiallarından görünür ki, zərəli iş şəraitinə görə əmək haqqına əlavə ödənilən 4% məbləğin ödənilməsi barədə işəgötürənə müvafiq ərəzi ilə müraciət etmiş, cavadeh tərəfindən xx.xx.2018-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilə bilməyəcəyi ona bildirilmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulması ona ən gec 2018-ci il tarixdən məlum olmuşdur.

57. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü və 6-cı bəndlərinin tələblərindən göründüyü kimi, işçi pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün bir illik müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. İş materiallarından görünür ki, hazırkı mülki iş üzrə zərəli iş şəraitinə görə əmək haqqına əlavə ödənilən 4% məbləğin ödənilməsi ilə bağlı işçinin müraciətinə xx.xx.2018-ci il müddətində rəsmi cavab veriləsə də, iddiaçı zərəli iş şəraitinə görə əmək haqqına əlavə ödənilən 4% məbləğin ödənilməsi ilə məhkəməyə heç bir müraciət etməmişdir. Bundan başqa, məhkəmədə icraatı zamanı iddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmiş və buraxılmış müddətin bərpasına əsas ola biləcək obyektiv halların mövcudluğunu sübut etməmişdir.

58. Bundan əlavə məhkəmə qeyd edir ki, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı AR Nazirlər Kabinetinin «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» Qərarı ilə təsdiq edilib. Əmək şəraitinin ağır və zərərliliyinin müəyyən edilməsi isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası» əsasında keçirilir. Əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş «İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları»ndakı Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi əsasında doldurulmuş İş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəli əsasında müəyyən olunur.

59. Müəssisələr, təşkilatlar metodikaya əsasən iş yerlərinin attestasiyasının nəticələrini nəzərə alaraq, əmək şəraitinə görə işçilərə artım əmsalının miqdarını göstərməklə, onların təyin oluna bilən konkret işlərin və iş yerlərin siyahısını işləyib hazırlayır. Ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşların artım əmsalının miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı halda isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar İttifaqı təşkilatı arasında razılaşmaqla müəyyən edilir.

60. Yuxarıda qeyd edilən «İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları»nın tələblərinə görə, attestasiyanın keçirilmə müddəri 5 ildə bir dəfədən az olmayaraq müəssisənin özü tərəfindən müəyyən olunur. Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini müəssisənin laboratoriyası həyata keçirir və attestasiyanın nəticələri X10 Xidmətinə təqdim edilməlidir.

61. Həmin Qaydalarda həmçinin göstərilir ki, müəssisənin attestasiya komissiyasının tərkibinə həmkarlar ittifaqları təşkilatının nümayəndələri, müəssisənin əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislər daxil edilir.

62. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Cavabdeh1 İB Təmir-Tikinti İdarəsi tərəfindən 2016 və 2020-ci illərdə qanunvericiliyin qeyd edilən tələblərinə uyğun attestasiya keçirilmiş və iddiaçının işlədiyi peşə “X7raşdırıcısı” zərərli peşələr siyahısına aid edilməmişdir.

63. İddiaçı tərəfindən attestasiyanın göstərilən nəticələri (həm 2026, həm 2020-ci il üzrə)at inzibati qaydada mübahisələndirilməmiş, bununla bağlı inzibati icraat aparılmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir, həmin attestasiya nəticələrinə dair qərarlar qüvvədədir.

64. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi peşə müvafiq attestasiya nəticələrinə əsasən zərərli iş kimi qiymətləndirilən peşələrin siyahısına daxil edilmədiyindən onun əmək haqqına əmək qanunvericiliyinin tələbinə əsasən əlavələrin hesablanması üçün əsaslar yoxdur. Odur ki məhkəmə hesab edir ki, iddia Cavabdeh1nə münasibətdə təmin edilməməlidir.

65. Göstərilənlərədən əlavə, məhkəmə iddianın Cavabdeh1 Təmir-Tikinti İdarəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2024-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.

66. Cavabdeh1 Təmir-Tikinti İdarəsi hüquqi şəxsin struktur bölməsi olduğundan məhkəmə hesab edir ki, ona münasibətdə iddia tələbi yuxarıda adı çəkilən Plenum Qərarına əsasən rədd edilməlidir. Nəticə

67. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

68. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh1 Təmir-Tikinti İdarəsinə qarşı, Azəriqaz İB Təmir-Tikinti İdarəsinin 1 saylı Təmir Quraşdırma Sahəsində yerinə yetirdiyi X7raşdırılması (XBKQ-sı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə zərərli iş olduğundan verilmiş 4 faiz əlavə ödənişin xx.xx.2016-xx.xx.2023-cü illər üçün hesablanıb aldığı əmək haqqına əlavə olunması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar