Məhkəmə qərarları › İş №2(002)-1538/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1538/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1538/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(002)-2350/2021 saylı Qətnaməsi ilə Cavabdeh tutularaq mənə yəni İddiaçı ödənilməsi qət edilmiş 50 manat sabit pul məbləğində alimentin artırılaraq 200 manat (400 x 0.50) sabit pul məbləğində tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Cavabdeh ilə anası Qənbərova (Rzayeva) Xəyalə Bəhlul qızı evlənərək nikahlarını 17 Fevral 2003-cü il tarixdə Füzuli Rayon Qeydiyyat Şöbəsində 68 saylı X3 Akt qeydi ilə rəsmi olaraq qeydə aldırımışlar. Birgə nikahlarından onunla birlikdə 4 oğlan uşaqları anadan olmuşdur. Onlardan 1). xx.xx.2003-cü il təvəllüdlü İddiaçı olmaqla, 2). xx.xx.2005-ci il təvəllüdlü X4; 3). xx.xx.2006-cı il təvəllüdlü X9; 4). xx.xx.2019-cu il təvəllüdlü X10: O, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və xx.xx.2005-ci il təvəllüdlü X4 hər ikisi xərçəng xəstəsiydilər. Onlar daim tibbi müalicə və müayinələrdən keçdiyinə görə onlara maddi dəstək lazımdır. Atası Cavabdeh 2020-ci ildən anası ilə dalaşıb evdən çıxıb getmiş, getdikdən sonra isə onlara baxmırdı. Qardaşı xx.xx.2005-ci il təvəllüdlü X4 xərçəng xəstəsi olduğuna görə o, 26 mart 2024-cü ildə xərçəng xəstəliyindən vəfat etmişdir. O, də 1-ci qrup gözdən əlildir. Anası da onun qəyyumu təyin olunmuşdur.Anası Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə müraciət etdi. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 109/2021 saylı Qətnaməsi ilə onların arasındakı nikah pozulmuş, uşaqlar anasının himayəsində saxlanılaraq hər uşaq üçün hər ay 50 manat sabit, X7 qazancının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutularaq anasına ödənilməsi qət edilmişdir. Anası Qənbərova (Rzayeva) Xəyalə Bəhlul qızı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 109/2021 saylı Qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər uşağa görə 235 manat olmaqla 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2573/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2006-cı il təvəllüdlü X5 18 yaşı tamam olduğuna görə iddia həmin hissədə təmin edilməmiş, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün isə hər ay 235 manat aliment müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, əvvəllər məhkəmə qətnaməsi ilə əlli manat aliment tutulurdu, hazırda heç olmasa 80 manat məbləğində aliment artırılsın. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, aliment ödəyir, onun özünün maddi təminatı üçü kifayət qədər vəsaiti qalmır. O, evdən ər şeyi qarşı tərəfə saxlayıb çıxmışdır. Məhkəmə tərflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2350/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixindən başlayaraq İddiaçı əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin övladının olması və onun əmək qabiliyyətinin olmadığı dövr ərzində cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Belə ki, məhkəmə qətnaməsi ilə iddiaçının əmək qabiliyyətinin olmadığı dövr ərzində cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə təyin edilmiş aliment məbləğinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etmişdi. Cavabdeh isə iddia tələbinin rədd edilməsini xahiş edərək, tələb olunan məbləğin onun maddi vəziyyətinə mütənasib olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında izahatlara və mülki iş üzrə yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı yetkinlik yaşına çatmışdır, lakin xərçəng xəstəsi olmaqla sağlamlıq imkanı məhdud olduğundan və əmək qabiliyyəti olmadığından, maddi yardıma ehtiyacı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2350/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq İddiaçı əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 80(səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2350/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2003-cü il təvəllüdlü İddiaçı əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 80(səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar