Məhkəmə qərarları › İş №2(002)-1550/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1550/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1550/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı X4, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X10 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı X10 iddia tələbini onunla əsaslandırımışdır ki, o, Cavabdeh ilə 26 sentyabr 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuş, 27 sentyabr 2018-ci ildə X5, 13 yanvar 2021-ci ildə X8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 27 sentyabr 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında, uşaq azyaşlı olduğuna görə isə əlavə olaraq 70 manat, o hamilə olduğuna görə isə 30 manat alimentin tutulması qət edilmişdir. Hazırda ikinci uşağı dünyaya gəlməklə, cavabdeh heç ona bir maddi yardım göstərmir. O, isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Həmçinin uşaqlar körpə olmaqla, özü işləyə bilmir. Bu səbəbdən cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını istəyir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(002)-1882/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh, 27 sentyabr 2018-ci ildə doğulmuş X1 və 13 yanvar 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 175 manat, iki uşağa görə görə 350 manat sabit pul məbləğində alimentin tutulması, 27 sentyabr 2018-ci ildə doğulmuş X1 və 13 yanvar 2021-ci ildə doğulmuş X2 üç yaşına çatanadək əlavə olaraq 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1882/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26.09.2017-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 3356 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 27.09.2018-ci il təvəllüdlü X5 cavabdeh İddiaçı yanında və himayəsində saxlanılmış, 27.09.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19.08.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment tutulması, 19.08.2020-ci il tarixdən başlayaraq, 27.09.2018-ci il təvəllüdlü X1 üç yaşına çatanadək 70 manat, İddiaçı hamilə olduğu dövrdə əlavə olaraq 30 manat aliment tutularaq, Cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, onların bu nikahdan 2 uşaqlarının olması, həmin uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarında olan 5 saylı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, AZ-lV seriyalı, 572053 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 13 yanvar 2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X6r. İş materiallarında olan 5 saylı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2018-ci il tarixli, AZ-lV seriyalı, 186286 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 27 sentyabr 2018ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə X6r. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, AZ-l seriyalı, 375606 saylı nikahın pozulması haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, bu barədə 20 noyabr 2020-ci il tarixdə 244 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X3 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 84.1.1-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər arvada maddi cəhətdən kömək etməlidir. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, iddiaçı X4 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 27 sentyabr 2018-ci il təvəllüdlü X1 və 13 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment, həmçinin 13 yanvar 2021-ci il təvəllüdlü X2 üç yaşına çatana kimi hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X7 ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh işləyir və onun alimentin tutulmasını mümkün edə biləcək qazanci vardır. Belə olan halda uşaqların saxlanılması ilə bağlı aliment ondan iddiaçının tələb etdiyi qayda ilə deyil, cavabdehin qazanc və gəlirlərinin müəyyən hissəsi miqdarında tutulmalıdır. Digər tərəfdən cavabdeh zəruri vəsaitə malik olsa da, birgə nikahdan olan uşaqların üç yaşına çatana kimi əlavə olaraq 70 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və ailə vəziyyəti baxımından ədalətli hesab olunur. Bundan əlavə, 27 sentyabr 2018-ci il təvəllüdlü X1 üç yaşına çatana kimi əlavə olaraq 70 manat sabit pul məbləğində alimentin tutulması əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və birgə nikahdan olan digər uşağın üç yaşına çatana kimi əlavə olaraq 70 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edildiyindən, məhkəmə həmin uşağın üç yaşına çatanadək müəyyən edilmiş alimentin artırılmasını qanunauyğun hesab etmir və alimentin əvvəlki qətnamə ilə tutulması qənaətinə gəlir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq, aliment 26 aprel 2021-ci il tarixdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X4 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 27 sentyabr 2018-ci il təvəllüdlü X1 və 13 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment, eləcə də 13 yanvar 2021ci il təvəllüdlü X2 üç yaşına çatana kimi saxlaması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X7 ödənilsin. Alimentin tutulması 26 aprel 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar