Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1569/2023 20.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Ryon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X2, xx.xx.2010-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X1 və xx.xx.2018-ci ildə doğulmuş X5 onun yanında və himayəsində qalmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 125 manat olmaqla, cəmi 4 uşağa görə 500 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, uşaqların onun yanında qalma hissəsində iddia tələbini azaltmış, yalnız aliment hissəsində iddia tələbinə münasibət bildiririlməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 09 avqust 2014cü il tarixdən etibarən ər-arvad kimi birgə yaşayır. Onların dörd uşaqları dünyaya gəlmişdir. xx.xx.2008-ci ildə X7, xx.xx.2010-cu ildə X9, xx.xx.2012-ci ildə X6, xx.xx.2018-ci ildə X10. Cavabdehlə aralarında olan narazılığa görə münasibətləri pozulmuşdur. Cavabdeh uşaqları və onunla maraqlanmır. Hal-hazırda cavabdeh könüllü olaraq heç bir maddi yardım göstərmir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də məcbur qalıb uşaqları üçün aliment tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini qismən müdafiə edərək, hər uşağa görə 100 manat aliment tutulmasını, qalan hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı ızının izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 177944 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2012-cı il tarixdə Bakı şəhərində X6 adlı uşaqları anadan olmuşdur. iş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 177946 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində X7 adlı uşaqları anadan olmuşdur. iş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 177945 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu il tarixdə Bakı şəhərində X9 adlı uşaqları anadan olmuşdur. iş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV № 357140 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhərində X10 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan tərəflərin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/14/2023-00259 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Barat qızı mövcud iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə mübahisənin mediasiyada həlli ilə bağlı Bakı 14 saylı Mediasiya təşkilatına müraciət etmiş, o İSM-də iştirak etsə də Cavabdeh Əliisa oğlu gəlməmiş, 50 manat İMS, 5 manat isə poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İstinad edilən maddi normalara görə tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləği cavabdehin maddi vəziyyəti və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla, hər ay bir uşağa görə 100 manat müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsə də, cavabdehin ödəmə qabiliyyəti və uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin öhdəliyi olması nəzərə alınmaıdır. Digər tərəfdən tərəflərin rəsmi nikahda olmamaları cavabdehin həmin öhdəliyi yerinə yetirmək vəzifəsindən azad etmir. Məhkəmə, AM-nin 100.2-ci maddəsinə əsaslanmaqla hesab edir ki, aliment iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediasiya vərci və 5 manat məbləğində poçt xərci ödənilmiş, lakin iddiaçı həmin məbləği tələb etmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 68 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsini və MPM-in 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X2, xx.xx.2010-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X1 və xx.xx.2018-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə dörd uşağa görə 400 ( dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. İddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində mediasiya vərci və 5 manat məbləğində poçt xərci iddiaçının özünə aid edilsin. Cavabdeh 68 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1569/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1569/2023
20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver