Məhkəmə qərarları › İş №2(002)-1592/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1592/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1592/2021 25.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı üç yaşına çatmamış uşağa görə aliment tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı üç yaşına çatmamış uşağa görə aliment tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan olan 28 may 2020-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək ona qulluğa görə hər ay cavabdehdən onun xeyrinə 100 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, onunla Cavabdeh 20 may 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 28.05.2020-ci il təvəllüdlü X6 adında bir uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1538/2020 saylı, 08.12.2020-ci il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında 20.05.2019-cu il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanmış və 152 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 28.05.2020-ci il təvəllüdlü X3 anası X1 yanında qalmasının müəyyən edilməsi, uşağa görə hər ay 170 manat alimentin tutulması qət edilmişdir. Uşaq bir yaşında olmaqla azyaşlı olduğundan ana qayğısına və qulluğuna ehtiyacı vardır. Bu səbəbdən özü işləyə bilmir. Cavabdeh tərəfindən ödənilən aliment isə uşağın təminatının ödənməsinə kifayət etmir. Həmçinin uşağın lazımi müalicəsi üçün yazılmış dərmanları ala bilmir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Cavabdeh onun qardaşı olmaqla hazırda hərbi xidmətdədir, onun aylıq qazancı orta hesabla 550 manat təşkil edir. Qardaşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1538/2020 saylı, 08.12.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimenti ödəyir. Lakin hərbi xidmətdə olduğundan və bank öhdəlikləri də olduğundan 28 may 2020-ci il təvəllüdlü uşağın 3 (üç) yaşına çatanadək saxlanması üçün əlavə 100 manat ödəməyə maddi imkanı çatmır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, 452944 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28.05.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Müzəffərov Nihatın atası Cavabdeh, anası X2r. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1538/2020 saylı, 08.12.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında 20.05.2019-cu il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanmış və 152 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 28.05.2020-ci il təvəllüdlü X3 anası X1 yanında qalmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək hər ay 170 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” alt sisteminə əsasən İddiaçı əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan resept blankından görünür ki, X5 17.05.2021-ci il tarixdə dərman resepti yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X9 rayon şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və 23.10.2020-ci il tarixdə aidiyyatı hərbi hissəyə təvil verilmişdir. İş materiallarında olan Kapital Bank ASC-nin Xaçmaz Filialı tərəfindən verilmiş 222 saylı, 17.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 17.05.2021-ci il tarixinə kredit üzrə borcu 3199,91 manat təşkil edir. Həmçinin müştərinin 17 may 2021-ci il tarixinə 7,02 manat aylıq ödəniş məbləği 25 gün gecikmədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, azyaşlı uşağın yaşı, mənafeyi, səhhəti, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, 2021-ci il üçün yaşayış minimumu normaları, iddiaçının azyaşlı uşağa qulluqla bağlı hazırda qazanca malik olmaması, eyni zamanda cavabdehin hərbi xidmətdə olması, bank öhdəlikləri, habelə onun aylıq qazancı barədə konkret sübutların təqdim edilməməsi nəzərə alınaraq, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 28.05.2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək uşağa qulluğa görə hər ay 25 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 aprel 2021-ci il tarixindən başlayaraq Cavabdeh 28.05.2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək uşağa qulluğa görə hər ay 25 (iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar