Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1598/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.08.2007-ci il təvəllüdlü X1 və 06.11.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər birinin saxlanması üçün ondan 175 manat, ümumilikdə 350 manat məbləğində aliment tutularaq cavabdeh Hacıyeva Çimnaz Zahid qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-696/2017 saylı 11.01.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, iki azyaşlı övladları anaları- Hacıyeva Çimnaz Zahid qızının himayəsinə verilmiş və İddiaçı uşaqların saxlanması üçün stabil olaraq,200 manat məbləğində alimentin tutulması qət edilmişdir.O,həmin zaman “xxxx” MMC-də çalışdığından aylıq əmək haqqı yüksək idi. 17 fevral 2021-ci il tarixli RR-0123/k saylı əmr ilə o tutduğu vəzifədən azad edilmiş və hazırda heç bir yerdə işləmir və həmçinin ikinci dəfə ailə qurmuş və həmin nikahdan da bir övladı var. Məlum vəsaiti ödəməkdə çətinlik çəkir və bu zaman digər ailəsinin xərclərini çatdıra bilmir. AR Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-696/2017 saylı 11.01.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək Cavabdeh ilə İddiaçı arasında 18.04.2006-ci ildə Nərimanov rayon VVAQ şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 201 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 05.12.2016-cı il tarixdən başlayaraq 25.08.2007-ci il təvəllüdlü X1 və 06.11.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 200(iki yüz) olmaqla cəmi 400(dörd yüz)manat sabit pul məbləğində aliment tutularaq Hacıyeva Çimnaz Zahid qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “xxxx” MMC-nin 17 fevral 2021-ci il tarixli RR-0123/k saylı əmrinin məzmunundan görünür ki, İddiaçı 17 fevral 2021-ci ildə vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 20.04.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək Müqaviləsi bildirişi” alt sistemində İddiaçı adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən,cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı hazırda işsizdir. İddiaçı ikinci dəfə evlənmişdir,həmin nikahdan da bir uşağı var. Məhkəmə qeyd edir ki, qeyd edilən hallar nəzərə alınmaqla, iddia təmin edilməli, alimentin miqdarı azaldılmaqla, uşaqlar üçün Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün müəyyən edilmiş yaşayış minimumu həddində təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-696/2017 saylı 11.01.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, 25.08.2007-ci il təvəllüdlü X1 və 06.11.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində aliment tutularaq cavabdeh Hacıyeva Çimnaz Zahid qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25.08.2007-ci il təvəllüdlü X1 və 06.11.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-696/2017 saylı 11.01.2017-ci il qətnaməsi ilə tutulan alimentin miqdarı azaldılsın. 25.08.2007-ci il təvəllüdlü X1 və 06.11.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 175(yüz yetmiş beş)manat olmaqla, ümumilikdə 350(üç yüz əlli) manat məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1598/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1598/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver