Məhkəmə qərarları › İş №2(002)-1610/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1610/2025

28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1610/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı , Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “xəstəliyə görə olan aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xəstəliyə görə olan aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1649/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 gələcəkdə çəkilməsi zəruri olan xərclərinə görə müəyyən edilmiş 50 (əlli) manat əlavə xərcin artırılaraq, Cavabdeh hər ay 200 (iki yüz) manat əlavə xərcin ödənilməsinə cəlb edilməsi ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla, yəni İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X10 doğulmuşdur. Bu faktı 01 fevral 2011-ci il tarixdə verilmiş AZ-İİ №611212 reyestr nömrəli doğum haquşdura şəhadətnamə təsdiq edir.Cavabdeh ilə ailə münasibətibətləri korlanmış və nəticədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qətnaməsi ilə nikahımız pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə, №170 nömrə ilə qeyd aparılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1649/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-1975/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit məbləğində alimentin tutularaq onun xeyrinə, yəni İddiaçı xeyrinə ödənilməsi, xx.xx.2010cu il təvəllüdlü X4 müalicə olunmasına çəkilmiş xərcin 1620 (min altı yüz iyirmi) manat məbləğində olan hissəsinin Cavabdeh tutularaq onun xeyrinə, yəni İddiaçı xeyrinə ödənilməsi, xx.xx.2010-cu il təvəllüdlü X4 müalicəsi üçün zəruri olan əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləğinin Cavabdeh tutularaq onun xeyrinə, yəni İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdehlə birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X10 böyrək xəstəliyindən əziyyət çəkir. O, mütamadi surətdə həkim nəzarətindədir. Aparılan müalicələrə cavab vermədiyi üçün ona onun, yəni anası İddiaçı böyrəyi köçürülmüşdür. X16 tərəfindən verilmiş Stasionar xəstənin tibb kartasından çıxarışın qısa epikrizində qeyd olunanlar təsdiq edir ki, onun tərəfindən İddiaçı tərəfindən oğlu-xx.xx.2010-cu il təvəllüdlü X7 xx.xx.2023-il tarixdə böyrək transplantasiyası həyata keçirilmişdir. USM sol böyrəyinin olmadığı (nefrektomiya) təsdiq edir. X15 Xəstəxana tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli Uroloji USM sol böyrəyinin olmadığı(nefrektomiya) təsdiq edir. Oğlu xx.xx.2010-cu il təvəllüdlü X8 böyrək transplantasiyası həyata keçirilmiş, daimi müayinələrdən keçir, analizlər verir. Mediland Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanın ümumi analizi və sidiyin ümumi analizina dair Labarator Nəticələr bu faktı təsdiq edir. Qeyd edir ki, o, yəni İddiaçı cavabdehlə birgə nikahdan olan oğlu xx.xx.2010-cu il təvəllüdlü X9 təkbaşına baxa bilmir. Onun müayinə xərcləri, analiz xərcləri kifayət qədər çoxdur. Böyrək transplantasiyası həyata kecirildikdən sonra halı tez-tez dəyişir, özünü pis hiss edir. Həkim onun nəzarət altında saxlanılmasının zəruri olduğunu bildirmisdir. Hazırda oğluna baxdığı üçün işləyə bilmir. Xərcləri təkbaşına qarşılamağı mümkün deyildir. Bu səbəbdən oğlu xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 7608 manat pul məbləğinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi ilə bağlı qətnamə çıxarılması zərurəti yaranmışdır. Cavabdeh illərdir ki, oğlu xx.xx.2010-cu il təvəllüdlü X13 ilə maraqlanmır, onun sağlamlıq vəziyyəti onun üçün maraqlı deyil. Uşaq ata qayğısından məhrum böyümüşdür. Hazırda sağlamlığının qorunması məqsədilə müvafiq tədbirlər görülməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Uşağının 15 yaşı təzə oldu. Övladı xəstədir deyə ona öz böyrəyini vermişdir. Uşağın anadangəlmə sidik kissəsi dəyişməlidir, bununla bağlı hər həftə həkim qəbulundadır. Uşağın əməliyyatı üçün 300000 manat lazımdır. Uşaqda 1 böyrəkdir, o da onun böyrəyidir. Aliment artımı üçün sonradan müraciət etmişdir.O, haqqında qərar çıxmışdır. Sonuncu dəfə aliment 160 manat idi. Əməliyyat pulunun bölünməsi barədə iddia tələbi hakim Kamran Əsədovdadır. Hələki həmin iş barədə qərar qəbul edilməyib. Hazırki iddia tələbi birgə nikahdan olan uşağın xəstəliyi ilə əlaqədar olaraq ödənilən əlavə xərcinin miqdarının artırılması ilə bağlıdır. Cavabdeh uşağın xəstəliyi ilə bağlı hər ay ödənişlər edir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında qeyd etdi ki, iddiaçı uşağın xəstəliyindən sui istifadə edir. Tərəflərin hazırda hakim Kamran Əsədovda əməliyyat xərcinin bölüşdürülməsi tələbi vardır. Gömrük xidmətindən verilmiş məlumatdan görünür ki, uşağın əməliyyatına çəkilmiş xərclər icbari tibbi sığorta hesabına edilmişdir. Həmçinin əlavə edir ki, uşağa çəkilmiş xərclərdən görünür ki, uşağın müalicəsinə hər ay təxmini doxsan neçə manat xərclənir, onun isə 50 manat məbləğində olanı cavabdeh tərəfindən ödənilir. Qalan məbləği isə iddiaçı özü də valideyn olduğundan uşağın müalicəsinə çəkilən xərclərin ödənilməsində iştirak etməlidir. Bu səbəbdən hesab edir ki, hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1649/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-1975/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, X18 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit məbləğində aliment tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi, xx.xx.2010-cu il təvəllüdlü X4 müalicə olunmasına çəkilmiş xərcin 1620 (min altı yüz iyirmi) manat məbləğində olan hissəsi Cavabdeh tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi, xx.xx.2010-cu il təvəllüdlü X4 müalicəsi üçün zəruri olan əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləği Cavabdeh tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seryalı 611212 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X12r. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 arasındakı nikah xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011ci il tarixdə xitam verilmiş və 170 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş Mediland hospitalın qəbzlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 müainə və müalicəsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində müxtəlif vaxtlardan ümumilikdə 2547,99 manat ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş Mediland hospitalın qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə 46,80 və 200.70 manat da ödənişlər olunmuşdur. Məhkəmə qətnaməsi ilə uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə təyin edilmiş xərcin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etmişdi. Cavabdeh tərəf isə iddia tələbinin rədd edilməsini xahiş edərək, tələb olunan məbləğin həm onun maddi vəziyyətinə mütənasib olmaması ilə, həmçinin müalicə xərclərinin müəyyən bir hissəsinin valideyn olaraq eyni zamanda iddiaçıdan da tutulmalı olması ilə əsaslandırmışdır. Məhkəmə iclasında izahatlara və mülki iş üzrə yazılı sübutlara əsasən müəyyən edildi ki, tərəflərin birgə nikahdan olan uşağı böyrək çatışmazlığından əziyyət çəkir, iddiaçı öz böyrəyini uşağa bağışlamışdır. Hazırda həmin böyrəkköçürmə əməliyyatının xərclərinin qarşı tərəfdən tutulmasına dair məhkəmənin icraatında başqa bir mülki iş də mövcuddur. İddia uşağın xəstəliyi ilə əlaqədar daimi olaraq həkim nəzarətində olmasına əsaslanaraq məhkəmə qətnaməsi ilə tutulan xəstəliyə görə əlavə xərcin məbləğnin artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, uşağı saxlamaq hər iki valideynin vəzifəsi olmasını və iddiaçı tərəfindən cavabdehin iddia ərizəsində tələb olunan məbləğdə əlavə xərcin ödənilməsi üçün maddi durumuna malik olmasını sübut edəcək kifayət qədər sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1649/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X4 müalicəsi üçün zəruri olan əlavə xərclərə görə hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən uşağın müalicəyə və müainəyə daim ehtiyacının olmasını, aylıq xərcin sabit olmamasını, həmçinin Mediland hospitalın xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qəbzlərini nəzərə alaraq orta aylı xərcin 100 manatdan bir az artıq olmasını nəzərə alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1649/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş xəstəliyə görə əlavə xərcin miqdarı artırılaraq xx.xx.2010cu il təvəllüdlü X4 müalicəsi üçün zəruri olan əlavə xərclərə görə hər ay 100(yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar