Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-164/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 Heydər qızının, İddiaçı2 vəkili və nümayəndələri Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi X10 iştirakları ilə İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 Heydər qızının və İddiaçı2, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürülmə, cavabdeh tərəfindən mənzildən istifadə etməklərinə müdaxilələrə son qoyulması” tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər ilkin iddia üzrə iddiaçılar ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 Heydər qızına və İddiaçı2, X14 və X4 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 Heydər qızı və İddiaçı2 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürülmə, cavabdeh tərəfindən mənzildən istifadə etməklərinə müdaxilələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və digər ailə üzvlərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, mənzil 2yə köçürülməkləri, cavabdeh tərəfindən mənzildə yaşamaqları bağlı edilən müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 Heydər qızı və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadıqları mənzil qohumları X17 oğlunun adına olsa da həmin mənzili 2011-ci ildə almaqla, qarşılıqlı razılığa əsasən ailə üzvləri ilə birlikdə ora pasport qeydiyyatına düşməklə, mübahisəli ünvanda birlikdə yaşamışlar. xx xxxxxxxx 2019-cu il tarixdə X9 vəfat etmiş, Cavabdeh Əsgər oğlu mənzildə müvəqqəti olmamağından istifadə edərək giriş qapısının açarını dəyişməklə oraya kirayənişin buraxmışdır. Onları də mənzilə buraxmır ki, mənzil onundur. Dəfələrlə bildirmişlər ki, mənzilin ona heç bir aidiyyatı yoxdur, onların orada yaşamaqlarına müdaxilə eləməsin, bunun heç bir xeyri olmamışdır. Ona görə də cavabdehin hərəkətlərini qanunsuz hesab etdiklərindən məhkəməyə müraciət etməli olmuşlar. AR MM-ə əsasən iddia təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 Heydər qızına və İddiaçı2, X14 və X4 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, mənzil 2yə qeydiyyatda olan İddiaçı1, İddiaçı3 Heydər qızı, İddiaçı2, X14 və X3 həmin evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən istifadə etməyimizə müdaxilələrə son qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiada qeyd edilənlərin heç biri həqiqətə uyğun deyildir. Düzgün Yazılmamışdır. X18 2000-ci ilin noyabrında özünə məxsus evi sataraq, dekabr ayında mübahisəli mənzili almışdır. xx xxxxxx 2001-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlər vaxtilə formal olaraq, mənzilə qeydiyyata düşmüş, daha sonra sözlərinə əməl etməyərək, qeydiyyatdan çıxmamışlar. Onlar heç vaxt həmin evdə yaşamayıblar. Cavabdeh X18un və həyat yoldaşı mərhum X6 ölən günlərinədək qulluqlarında durmuş, tez-tez onlarla maraqlanmışdır. X5 bütün dəfn xərclərini Cavabdeh çəkmiş, mərhumun qəbir daşını düzəltdirmişdir. Bunu qonşular tərəfindən təsdiqlənmiş müvafiq akt da, sübut edir. mərhum X1 Babayevin anası X7 əmisi olmuşdur. Mürvət Rəsulov xx xxx 2019-cu il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisində bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. X9 xx xxxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 8 nömrəli evin 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adma dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzildə cavabdehlərin qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını pozur. O, hazırda cavabdehlərin əvəzinə artıq məbləğdə kommunal xidməti haqları ödəyir. Həmçinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə kənar şəxslərin qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquq və mənafeyinə toxunur. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 Heydər qızının, İddiaçı2 vəkili və nümayəndələri Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi X16 məhkəmə iclasında ilkin iddianı rədd edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdehlər X14 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia tam təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron qaydada Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, 2 saylı mənzili Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, mənzil 2-də İddiaçı1, İddiaçı3 Heydər qızı, İddiaçı2, X14 və X8 qeydiyyatdadırlar. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 bütün əmlakını xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh vəsiyyət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ İİ seriyalı 031329 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 150 saylı Mənzil Kommunal İstismar sahəsində X11, X2, İskəndərova Rövzə Ziqandziyevna imzalanmış aktın məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, 2 saylı mənzilində yaşamış X5 və həyat yoldaşı X6 ölən günlərinədək qulluğunda durmuş, tez-tez onlarla maraqlanmış, X5 bütün dəfn xərclərini təşkil etmiş, və həmin mənzildə ailəsi ilə yaşamaqdadır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, 2 saylı mənzili X9 tərəfindən Cavabdeh vəsiyyət edilmiş və hal hazırda həmin mübahisəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Tərəflər arasında mübahisəli hal: ilkin iddia üzrə iddiaçılar həmin mənzildə 2011-ci ildən qeydiyyatda olmalarını əsas gətirərək, həmin mənzilə köçürülmələrini tələb edir, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlərin istifadə hüquqlarının olmamasının müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, ilkin iddia rədd ediməli, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında mövcud mübahisəli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra (2011-ci il) yarandığından, mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, mübahisəli evin mülkiyyət hüququ əsasında Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məxsus olmasını, həmçinin tərəflər arasında və ya mübahisəli evin keçmiş mülkiyyətçisi ilə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 Heydər qızı, İddiaçı2, X14 və X8 arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməli, İddiaçı1, İddiaçı3 Heydər qızı, İddiaçı2, X14 və X3 mübahisəli mənzilə istifadə hüquqları yaranmaması nəzərə alınaraq, onların həmin mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia təmin edilərək, İddiaçı1, İddiaçı3 Heydər qızı, İddiaçı2, X14 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, 2 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı1, İddiaçı3 Heydər qızı, İddiaçı2, X14 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, 2 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. İddiaçı1, İddiaçı3 Heydər qızı, İddiaçı2, X14 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov küçəsi, ev 8, 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-164/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-164/2021
01.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver