Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-165/2020 16.01.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini 3 şəxs qismində cəlb etməklə bağışlamadan imtina edilməklə bağışlanma müqaviləsinin ləğv edilməsi, mənzilə verilmiş çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı bağışlamadan imtina edilməklə bağışlanma müqaviləsinin ləğv edilməsi, mənzilə verilmiş çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Firudinbəyov Allah verdi Yəhya oğlu arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsinə dair 03 saylı Bakı “ASAN Xidmət” mərkəzini Notariat ofisində daşınmaz əmlakın bağışlamadan imtina edilməklə 27 oktyabr 2018-ci il tarixli bağışlanma müqaviləsi ləğv edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfində Cavabdeh1 adına Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Cavabdeh1 onun oğludur. O, oğlu ilə razılaşmışdı ki, o mülkiyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsini ona bağışlasın, o özü də xəstə və qoca olduğundan oğlu isə bir övlad kimi ona baxsın. O, bir ana olaraq cavabdeh inanaraq 27 oktyabr 2018-ci il tarixdə öz mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzili 2 otağı olan (5 və 6 saylı) 33.18 kv.m sahəsini notariat qaydasında oğluna bağışlamışdır. Bundan sonra cavabdeh xx.xx.2018-ci il tarixdə həmin evə dair öz adına çıxarış almaqla ev onun mülkiyyətində olan sahəsi cavabdehin mülkiyyətinə keçmişdir. Lakin evi mülkiyyətinə keçəndən bir az sonra oğlu ona vəd etdiyi kimi ona baxmamış dəfələrlə gələrək onun evdən çıxmağını tələb edərək evi satacağını bildirmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək ona baxmasını tələb etmiş, əks təqdirdə isə bağışladığı mənzili ona qaytarmasını bildirmişdir. Cavabdeh isə onun dediklərinə məhəl qoymayaraq ona baxmamış, müxtəlif bəhanələrlə evi qaytarmaqdan da imtina etmişdir. Cavabdehin əsas məqsədi bağışlanma müqaviləsinin bağlanmasından daha artıq müddətin keçməsinə, bundan sonra da onun iddia vermək üçün müddətin keçməsinə nail olmaqdır. Hazırda mənzildə o yaşayır və evin bütün xərcləri onun tərəfindən ödənilir. Belə ki, Cavabdeh1 mənzili öz adına rəsmiləşdirəndən sonra həmin mənzildə bir gündə olsun yaşamamış, mənzilə dair heç bir kommunal xərclər ödəməmiş, bağışladığı mənzilə etinasızlıq göstərmişdir. O, heç bir yerdə işləmir, özü təqaüdçüdür ,pensiya pulunu alıb evin kommunal xərclərini ödəyir. Evi bağışlayarkən cavabdehin ona qarşı bir övlad kimi münasibətinin yaxşı olmasını güman etsə də, əksinə oğlu onun daha da ağır vəziyyətə düşməyinə şərait yaradır. Bundan başqa oğlu evi bağışlanarkən bildirmişdir ki, o mənzilə olan istifadə hüququndan tam istifadə edərək həmin mənzildə yaşamağı üçün bütün şəraitini təmin edəcəkdir. Lakin Cavabdeh1 bu vədinə də əməl etməyərək nəinki onun yaşamağı üçün şəraiti təmin etməmiş, hətta onun evdən çıxartmaq niyyətindədir. Cavabdeh ona bildirir ki, evdən çıxsın. Cavabdeh evi satır, iddiaçı da getsin kirayədə yaşasın. İddiaçı məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yanlışlıqla cavabdeh qismində göstərilmiş 03 Saylı Bakı “Asan Xidmət” mərkəzinin Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı şəhər Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, onun 82 yaşı var, evinin iki otağını ona görə oğluna bağışladı ki, oğlu bir övlad kimi ona baxsın, oğlu nəinki ona baxmır, hətta hədə qorxu gəlir, onun yeganə yaşayış yeri olan evini satmaq istəyir, onu evdən çıxarmaq istəyir. Dəfələrlə onu evdən çıxmasını tələb edib. Bir oğul kimi, övlad kimi, öhdəliklərini kobud qaydada pozub. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə məhkəmə ünvanlanmış teleqramda iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında dindirilmiş şahid X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki , iddiaçı onun anası, cavabdeh isə onun qardaşıdır. Hazırda o, anası ilə birlikdə yaşayır. Anası mübahisəli mənzilin iki otağını qardaşına bağışlamış və bu barədə çıxarış alınmışdır. Lakin bağışlama müqaviləsi imzalandıqdan sonra, cavabdeh dəfələrlə zəng edərək onu və anasını hədələyir, evdən çıxmalarını tələb edərək, evi satmaq istədiyini bildirir. Cavabdehin zəngləri anasına həddindən artıq pis təsir edərək onu narahat edir. Hətta onun zəngləri ilə bağlı polisə də şikayət etmişlər. Cavabdeh nəinki bir övlad kimi yaşlı anasına qarşı olan öhdəliklərini yerinə yetirmir, hətta 82 yaşlı anasını yeganə yaşayış yeri olan evindən çıxmasını tələb edərək hədə-qorxu gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi— 96.83 kv.m, yardımçı sahəsi 28.8 kv.m. olan 5 (beş) otaqlı mənzilin (2 otaq (5 və 6 nömrəli) y/s 33.18 kv/m) oğlu Cavabdeh1 bağışlamışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1-in Cavabdeh1 2 otaq (5 və 6 nömrəli) y/s- 33.18 kv.m və X1 3 otaq (7,8 və 9 nömrəli) y/s-34.85 kv.m paylarının hüquqi sahibləridirlər. Bu daşınmaz əmlakın dövlət reyestrində 2207 nömrəli reyestr kitabının 205219 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bağışlanma müqaviləsi əsasında mülkiyyətində olan daşınmaz əmlakı (mənzilin 2 otağı) cavabdehə (oğluna) bağışlamış, həmin müqavilə əsasında cavabdehin mülkiyyət hüququna dair çıxarış alınmışdır. Hal-hazırda iddiaçı cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçı barəsində kobudcasına pozması əsası ilə bağışlamaqdan imtina etdiyini və bağışlama müqaviləsinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun XXXX-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir: 1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya 3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. Məhkəmə hesab edir ki, iddianın əsaslığını müəyyən etmək üçün iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində yuxarıda qeyd olunan şərtlərin hansının mövcud olması yoxlanılmalıdır. Azərbaycan Respublikası Kostitusiyasının 34-cü maddəsinin V bəndində qeyd edilmişdir ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 82 yaşı olmaqla, cavabdehin anasıdır. Cavabdeh yaşlı anasının qarşısında övlad kimi ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini nəinki yerinə yetirmir, hətta yaşlı anasını onun yaşadığı evdən çıxmasını tələb edərək, onu çətin vəziyyətə salaraq ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının bağışlamadan imtinası qəbul edilməklə, bağışlama müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh Firudinbəyov Allah verdi Yəhya oğlu arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli bağışlanma müqaviləsi ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarış ləğv edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsinə İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Firudinbəyov Allah verdi Yəhya oğlu arasında bağlanmış Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsinə dair 27 oktyabr 2018-ci il tarixli bağışlanma müqaviləsi ləğv edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfində Cavabdeh1 adına Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarış ləğv edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 28 saylı mənzilin 2 otağı olan (5 və 6 saylı) 33,18 kv.m sahəsinə İddiaçı mülkiyyət hüququ bərpa edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-165/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-165/2020
16.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver