Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1654/2022 13.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 oğlunun katibliyi, İlk iddia tələbi üzrə İddiaçı vəkili və nümayəndəsi, İlk iddia tələbi üzrə cavabdeh Cavabdeh vəkili və nümayəndəsinin iştirakı ilə, İlk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbi üzrə Cavabdeh qarşı «aliment» tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı "nikahın pozulması və uşaqların iddiaçı(atanın) yanında və himayəsində saxlanılması" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edib,Cavabdeh 04 mart 2012-ci il təvəllüdlü X2 və 16 iyun 2016-cı il təvəllüdlü X1 üçün hər ay aylıq əmək haqqının(bütün gəlirlərinin) 1/3 məbləğində alimentin və 8 aylıq dövr üçün alimentin tutulması,uşaqların sağlamlığı,təhsili üçün çəkilən xərclərdə iştirakə cəlb edilməsi və mediasiya prosesində ödənilən 50 manat rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun, Cavabdeh ilə nikahından 12 noyabr 2008-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 889 saylı akt qeydi ilə qeydiyyata alınmış və bu barədə onlara AZ-İ № 440687 saylı nikah haqqında Şəhadətnamə verilmişdir.Cavabdeh ilə 14 iyun 2009-cu ildə evlənmişdir. Onların birgə nikahından 04 mart 2012-ci il təvəllüdlü X5 və 16 iyun 2016-cı il təvəllüdlü X6 doğulmuşlar.O ümumi təsərrüfatın idarə edilməsində cavabdehlə birlikdə iştirak etmişdir.Müəyyən səbəblərdən cavabdehin təkid və tələblərindən sonra onlar 2018-ci ilin fevral ayında Bakı şəhəri Badamdar qəsəbəsi, Neftçilər döngəsi, 3 saylı evə kirayə köçdük. Artıq 4 ildir ki, həmin ünvanda kirayədə qalırlar. Cavabdeh 20 avqust 2021-ci il tarixdə heç bir səbəb göstərmədən özünə aid əşyaları götürüb evdən getmişdir.Həmin vaxtdan o, uşaqların dolanışığı ilə maraqlanmır, maddi yardım göstərmir, bir valideyn kimi uşaqların sağlamlığı, təhsili və tərbiyəsi ilə məşğul olmur. Dəfələrlə ondan uşaqların maddi cəhətdən təmin olunmasını tələb etsə də, heç bir köməklik göstərməmişdir. Bütün bunlardan sonra o mübahisələrin mediasiya qaydasında həll edilməsi üçün cavabdehə öz təkliflərini bildirdi.Lakin o,bundan imtina etdi. Ona görə də o “aliment və əvvəlki dövr üçün alimentin tutulması, digər çəkiləcək xərclərdə iştiraka cəlb etmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Azərbaycan Respublikası DNŞ “SOKAR” NQ TT-də iş icraçısı vəzifəsində işləyir və aylıq əmək haqqı 2500-3000 manat civarındadır. Qeyd etdiyi kimi, o Cavabdeh evdən getdikdən sonra uşaqların saxlanması üçün maddi yardım göstərməsini xahiş etsə də, o, heç bir yardım etməmişdir. Cavabdeh bir valideyn kimi uşaqlara qayğı göstərməli və onların alimentlə təmin olunması üçün tədbir görməli idi.Onun cavabdehdən əvvəlki dövr üçün aliment tələb etmək hüququ vardır.Həmin dövrdə uşaqlar onun valideynlərinin göstərdiyi yardım və vəsaitlə dolanmışlar.Hətta, cavabdeh mediasiya prosesinin başlanmasına dair təkliflər verilən müddətdə də aliment ödənilməsinə münasibət bildirməmişdir,Ona görə də Cavabdeh ötən 8 ay müddətində qanunla müəyyən edimiş qaydada aliment tutulmalıdır. O, Cavabdeh ilə ailə münasibətlərində yaranmış mübahisələrin mediasiya qaydasında həll olunması üçün Bakı 2 saylı MT-na müraciət etmişdir. Bununla bağlı mediator təyin edilmiş və mediasiya prosesinin tətbiqi barədə 08 fevral 2022-ci il tarixli protokol tərtib edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə arasında bağlanmış 12 noyabr 2008-ci il tarixli nikah qeydinin pozulması,04 mart 2012-ci ildə doğulmuş X2 və 16 iyun 2016-cı ildə doğulmuş X3 onun yanında və himayəsində saxlanılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia tələbi üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək,iddia tələbində qeyd edilmiş uşğaın onun yanında saxlanması hissəsinin çıxarılmasını, uşağın anasının himayəsində qalmasına etirazının olmadığını, qalan hissədə iddia tələbini müdafiə etdiyini bildirdi. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, İddiaçı aliment tələbinə dair məhkəmədə iddia qaldırmış və hazırda mülki iş Sizin icraatnızdadır. İddia tələbi ilə razı deyil və qəbul etmir. Bildirir ki, o İddiaçı ilə 12 noyabr 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşağı doğulmuşdur. 04 mart 2012-ci il təvəllüdlü X5xx.xx.2016-cı il təvəllüdlü X6 İddiaçı ilə nikaha daxil olandan sonra bir müddət münasibəti normal olsa da sonradan xasiyyəti uyğun gəlmədiyinə görə münasibətləri pozulmuş və hazırda faktiki olaraq ayrılmışlar.Onların birgə yaşamağı qeyri mümkündür, nikahı formal xarakter daşıyır. Cavabdeh ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırsa da o uşaqlarını tələb edir və uşaqların onun himayəsinə verilməsini istəyir. İddiaçı iddia ərizəsində onun uşaqlarla maraqlanmadığını və heç bir maddi yardım etməməyini qeyd etsə də bu tamamilə yalandır. O bir ata kimi uşaqları ilə ünsiyyətdə olub, onların təlim tərbiyəsinə iştirak etmək istəsə də cavabdeh buna imkan vermir və hər cəhdlə onun uşaqlarla ünsiyətdə olmağına maneçelik törədir. Bundan başqa o evdən çıxarkən onların 20000 (iyirmi min) manat pulu olmuş, cavabdeh həmin pulu götürmüş və verməkdən imtina etmişdir. O özü arxayın idi ki, evdə övladlarının təminatı üçün kifayət qədər pul vardır. Cavabdeh həmin puldan istifadə edərək evin və uşaqların maddi təminatını təmin etmişdir. Həmçinin cavadehdən pulun qalan hissəsini tələb etsə də müxtəlif bəhanələr gətirərək gah uşaqlara üçün xərclədiyini, gah da anasına verdiyini bildirmişdir. Əgər həqiqətən də onun pula ehtiyacı olsaydı bu vaxta kimi ondan aliment tələb edərdi. Həmçinin o övladlarına özü baxmaq istəyir və ona görə də nikah pozulandan sonra uşaqların onun himayəsinə verilməsini istıyir. Qeyd olunan halların nəzərə alınaraq, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilk iddia tələbi üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qismən qəbul edərək,ailələrin barışması üçün müəyyən cəhdlər edilsə də,heç bir nəticə vermədiyini,cavabdehin artıq barışmaq istəmədiyini desə də,gəlmədiyini,alimentin mediasiyaya müraciət edildiyi vaxtdan yəni fevraldan tutulmasını istədiyini, əlavə uşağın xərclərinin olduğunu, bununla bağlı bütün sübutların təqdim ediliyini bildirərək, bu halların nəzərə alınaraq, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İlk iddia tələbi üzrə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, izahatında nikahın pozulmasına razı olduğunu, ərizə təqdim edərək uşaqların analarının himayəsində qalmasını istədiyini, boşanmağa razı olduğunu və hər uşağa 250 manat aliment təyin olunmasını istədiyini, işlədiyini rəsmi aylıq əməh haqqı aldığını bildirərək, bu halların nəzərə alınaraq, ilk iddianın qimsən təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZ-İ 440687 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, Cavabdeh və X4 arasında nikah xx.xx.2008-ci il tarixdə 889 nömrəli akt qeydi ilə tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Hüsenov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 878611 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İİİ 793055 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahdan 2 uşağı anadan olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Tərəflərin hər ikisi nikahın pozulmasına razıdırlar.Həmçinin qarşılıqlı iddiaçı uşaqların anasının yanında qalmasına razı olduğunu bildirdi. Bu halda, məhkəmə iddiaçı ilə cavabdehin birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah pozulmalı, birgə nikahdan olan övladları 04 mart 2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 anası İddiaçı himayəsində və yanında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan olan övladı ilk iddiaçının himayəsində saxlanıldığından, habelə ilk iddia tələbi üzrə cavabdehin rəsmi işyeri və qazanca malik olması halı işin mübhaisəsiz halı olduğundan,ailə qanunvericiliyinin tələbinə əsasən iki uşağa görə valideynin qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalı olduğu qeyd eidldiyindən, ilk iddia tələbi alimentin tutulması hissəsində alimentin aylıq qazancın 1/3 hissəsi miqdarındatutulması hissəsində təmin eidlməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə cavabdehin alimentin sabit pul məbləğində müəyyən eidlməsi halı ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehin rəsmi iş yeri və aylıq qazanca malik olması halı işin mübahisəsiz halı olduğundan,habelə ilk iddiaçının alimnetin təyin eidlməsi ilə bağlı iddia tələbi məhz alimnetin qazancın hisəsi miqdarında müəyyən eidlməsindən ibarət olduğundan, ilk iddia üzrə cavabdehin etirazının qeyd edilən əsasının nəzərə alınması məqsədəuyğun deyildir. Həmçinin, ilk iddiaçı iddia ərizəsində uşaqların sağlamlığı, təhsili üçün xərclərdə iştiraka cəlb edilməsini qeyd etsə də, həmin xərclərin zəruri olması ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, uşaqların aylıq əlavə təhsil, sağlamlıq xərclərinin çəkilməsinin zəruri olması halının müəyyən eidlməsi mümkün olmamışdır.ona görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə ilk iddia tələbi təmin eidlməməlidir. Həmçinin, məhkəmə əvvəlki 8 aylıq dövr üçün alimnetin tutulması hissəsiilə bağlı hesab edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən aliment məhkəməyə mürcaiət edildiyi vaxtdan tutulduğundan,Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbləri aşkar edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə valideynin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimnet tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilməli, İlk iddia üzə Cavabdeh 16 iyun 2016-cı il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin üçdə biri (1/3 hissəsi) miqdarında aliment tutularaq ilk İddiaçı xeyrinə ödənilməli, İlk iddia tələbi qalan hissədə təmin edilməli,qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008ci il tarixdə Qaradağ rayonu Qeydiyyat Şöbəsində 889 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, 16 iyun 2016-cı il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilk İddiaçı himayəsində və yanında saxlanılmalı, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərholunanlara əsasənvə AzərbaycanRespublikası MülkiProsessualMəcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinirəhbərtutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Qaradağ rayonu Qeydiyyat Şöbəsində 889 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. 16 iyun 2016-cı il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilk İddiaçı himayəsində və yanında saxlanılsın. İlk iddia üzə Cavabdeh 16 iyun 2016-cı il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin üçdə biri (1/3 hissəsi) miqdarında aliment tutularaq ilk İddiaçı xeyrinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Aliment xx.xx.2022-cu il tarixdən tutulsun. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1654/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1654/2022
13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver