Məhkəmə qərarları › İş №2(002)-1717/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1717/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1717/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “aliment ” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından olan 23.02.2004-cü il təvəllüdlü X3 və 03.02.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər uşağa görə hər ay 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 29.05.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər, Birgə nikahdan olan və onun yaninda və himayəsində qalan 23.02.2004-cü il təvəllüdlü X6, 03.02.2014-cü il təvəllüdlü X8, 25.07.2008-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-77/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş, X6 və X8 anaları- İddiaçı yanında qalması, X1 atası Cavabdeh yanında qalması qət edilmişdir. Nikah pozularkən cavabdeh, ona yanında qalan uşaqların saxlanması üçün maddi köməklik edəcəyinə dair söz vermişdir, buna görə də o aliment tələbi ilə məhkəməyə müraciət etməmişdir.Amma hazırda cavabdeh uşaqların saxlanması üçün heç bir yardım etmir və özü də heç bir yerdə işləmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. AR Ailə Məcəlləsinə əsasən iddia təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,birgə nikahdan olan və onun yaninda və himayəsində olan 25.07.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 29.05.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdular. İddia ərizəsində də, qeyd edildiyi kimi birgə nikahdan üç övladları dünyaya gəlmişdi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(002)-77/2020 nömrəli qətnaməsi ilə, İddiaçı ilə aralarında olan nikahın pozulması, 23.02.2004-cü il təvəllüdlü X3 və 03.02.2014-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında, 25.07.2008-ci il təvəllüdlü X1 onun yanımda qalması qət edilmişdir. İddiaçı ilə aralarında olan razılığa əsasən bir-birindən aliment tələb etməmişdilər. Əgər, İddiaçı ondan yanında qalan uşaqlarının saxlanması üçün, aliment tələb edirsə, onda o, da oğlu Nəriman Şıxəliyevin saxlanması üçün İddiaçı aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddianı qəbul etmir və rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında ilkin iddianı qəbul etmədiyini bildirərək, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi.Əlavə olaraq,bildirdiki, halhazırda işləmir,birgə nikah dövründə açdığı baytarlıq aptekini də iddiaçı işlədir və ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tam təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(002)-77/2020 nömrəli qətnaməsini surətindən də görünür ki,İddiaçı Cavabdeh qarşı nikahın pozulması iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 29.05.2004-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 247 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, 23.02.2004-cü il təvəllüdlü X6 və 03.02.2014-cü il təvəllüdlü X8 anaları İddiaçı yanında, 25.07.2008-ci il təvəllüdlü X5 atası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ 574146 nömrəli və AZ-İİİ seriyalı 274016 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 23.02.2004-cü il təvəllüdlü X6, 03.02.2014-cü il təvəllüdlü X8 və 25.07.2008-ci il təvəllüdlü X5 adlı 3(üç) yetkinlik yaşına çatmamış uşaqları var. İşin məhkəmə iclasında tərəflərin izahatları ilə və iş materialları ilə müəyyən edilmiş hallarından görünür ki, işin mübahisəsiz halları: tərəflərin rəsmi olaraq boşanmış olması, onların üç azyaşlı uşaqların olması, 23.02.2004-cü il təvəllüdlü X6 və 03.02.2014-cü il təvəllüdlü X8 anaları İddiaçı və 25.07.2008-ci il təvəllüdlü X1 isə atası Cavabdeh yanında qalmasıdır.İşin mübahisəli halı: tərəflərin bir-birinə olan sabit pul məbləğində olan aliment tələbidir. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Aliment , boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşaqların əsaslı mənafeyini, valideynlərin uşaqlara münasibətdə hüquq və vəzifələrinin bərabərliyi prinsipini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi tam təmin edilməli, hazırki iş üzrə tərəflərin birgə nikahından olan, analarının yanında və himayəsində olan 23.02.2004-cü il təvəllüdlü X3 və 03.02.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə hər uşağa görə hər ay 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment, 25.07.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh xeyrinə hər ay 175 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməli, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi tam təmin edilməli, hazırki iş üzrə tərəflərin birgə nikahından olan 23.02.2004-cü il təvəllüdlü X3 və 03.02.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 06.05.2021-ci il tarixindən başlayaraq qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə bir uşağa görə hər ay 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment, 25.07.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh xeyrinə 02.06.2021-ci il tarixindən başlayaraq hər ay 175 manat aliment tutulmalıdır. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilsin. 23.02.2004-cü il təvəllüdlü X3 və 03.02.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 06.05.2021-ci il tarixindən başlayaraq qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə bir uşağa görə hər ay 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli)manat sabit pul məbləğində aliment tutulsun. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh xeyrinə 25.07.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 02.06.2021-ci il tarixindən başlayaraq hər ay 175(yüz yetmiş beş) manat aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar