Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1732/2021 09.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-569/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları 08.09.2010-cu il təvəllüdlü X2 və 05.12.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında 21.01.2020-ci il tarixdən təyin edilmiş alimentin tutulması qaydasının dəyişdirilməklə 21.01.2020-ci il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-569/2020 saylı, 12.03.2020-ci il tarixli qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında 30 avqust 2010-ci il tarixdə bağlanmış nikahın pozulması, 05.12.2011-ci il təvəllüdlü X3 və 08.09.2010-cu il təvəllüdlü X2 iddiaçı X1 himayəsində və yanında saxlanılması, Cavabdeh 05.12.2011-ci il təvəllüdlü X3 və 08.09.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, alimentin 21.01.2020-cu il tarixdən tutulması qət edilmişdir. Bundan sonra, icra sənədi 06.04.2020-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Rəis müavini vəzifəsini icra edən icra məmuru Əvəz Bədəlovun ona ünvanladığı 18.11.2020-ci il tarixli, M-570/4 saylı məktubdan görünür ki, icra tədbirləri nəticəsində cavabdehin “xxxx” MMC-də işlədiyi müəyyən edilmiş və tələb 11.11.2020-ci ildə borclunun əmək haqqına yönəldilmiş, görülmüş tədbirlər nəticəsində 110 manat alimentin ödənilməsi təmin edilmişdir. Əslində cavabdehin rəsmi olaraq aldığı əmək haqqı dəfələrlə az göstərilmişdir. Nəticədə iki azyaşlı qız uşağının saxlanması üçün hər ay cəmi 100 manat aliment tutulur. Bu hal absurddur və azyaşlı uşaqların maraqlarına, mənafelərinə ziddir. Cavabdeh birgə nikah dövründə evə ayda 1000 manatdan yuxarı pul gətirirdi, həmin pulun təqribən yarısı uşaqlara xərclənirdi. Hətta qətnamədən sonra cavabdeh bir neçə ay ərzində ona 150 manat aliment ödəmişdir. Lakin hazırda guya əmək haqqının az olmasını bəhanə gətirərək uşaqların təminatı üçün ciddi problem yaradır. Özü işləmir və hazırda təkbaşına uşaqların təminatını ödəyə bilmir. Cavabdehin isə rəsmi iş yerindən başqa gəlirləri də var. Cavabdehin ödədiyi 100 manat aliment uşaqların müayinə xərclərinə belə kifayət etmir. Bir daha qeyd edir ki, təyin edilmiş aliment məbləği ilə uşaqların getdikcə artan ehtiyaclarını, habelə müayinə xərclərini təkbaşına ödəyə bilmir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ona Ceyhun adlı şəxslə xəyanət etdiyinə görə ayrılmışlar, ailənin dağılmasında təqsirkar iddiaçıdır. O, “xxxx” MMC-də kompyuter operatoru vəzifəsində işləyir və aylıq əmək haqqı cəmi 280 manatdır, başqa hər hansı gəliri və qazancı yoxdur. Uşaqlara görə aylıq qazancının 1/3 hissəsindən əlavə hər hansı məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur, hazırda qeyri-rəsmi ailə qurmuşdur. Aliment təyin ediləndən sonra həqiqətən bir neçə ay 150 manat aliment ödəmişdir, lakin sonradan yalnız icra qaydasında ondan aylıq qazancının 1/3 hissəsi qədər aliment tutulur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(002)-569/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, X6 ilə Cavabdeh arasında 30 avqust 2010-ci il tarixdə bağlanmış nikahın pozulması, 05.12.2011-ci il təvəllüdlü X3 və 08.09.2010-cu il təvəllüdlü X2 iddiaçı X1 himayəsində və yanında saxlanılması, Cavabdeh 05.12.2011-ci il təvəllüdlü X3 və 08.09.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, alimentin 21.01.2020-cu il tarixdən tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 536346 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08.09.2010-cu il tarixdə Masallı rayonu Qızılağac kəndində anadan olmuşdur, Məmmədova Aişənin atası Cavabdeh, anası X5r. İş materiallarında olan AZ-İİ seriyalı, 802616 ssaylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05.12.2011-ci il tarixdə Abşeron rayonunda anadan olmuşdur, Məmmədova Lalənin atası Cavabdeh, anası X5r. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 255 saylı, 05.05.2021-ci il tarixli arayışdan görünür ki, Qəribova X7 qəsəbəsi, 2-ci massiv, ev 11 ünvanında yaşayır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh “xxxx” MMC-də operator vəzifəsində işləyir və aylıq əmək haqqı 280 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 (iki) uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan məbləğdə maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyəti, iddiaçının işləməməsi, əmək qabiliyyətli cavabdehin peşəsi, aylıq qazancının 1/3 hissəsinin məbləği, uşaqların əvvəlki təminatının səviyyəsi, tərəflərin izahatlarında göstərdiyi hallar (o cümlədən bir neçə ay ərzində cavabdeh tərəfindən alimentin 150 manat həddində ödənilməsi) nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, hazırki iddia ərizəsinin verildiyi tarixdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 25 (iyirmi beş) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16.05.2021-ci il tarixindən başlayaraq 08.09.2010-cu il təvəllüdlü X2 və 05.12.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 25 (iyirmi beş) manat, iki uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1732/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1732/2021
09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver