Məhkəmə qərarları › İş №2(002)-1737/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1737/2022

25.05.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1737/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM : Kreditor MMC Borclu qarşı məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizədə Borclu ünvanı ünvan 1dilmiş şəxsiyyət vəsiqəsinin surətindən (AZE No ********) borclunun ünvanının ünvan 2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.2.3-cü maddəsinə əsasən, ərizədə borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə, məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən edir ki, ərizənin əsaslandığı tələbi təsdiq edən sənəd (maliyyə arayışı) ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Kreditor MMC-nə izah olunsun ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar