Məhkəmə qərarları › İş №2(002)-1760/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1760/2021

20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəy
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1760/2021 20.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçi maraqlı şəxs 8 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 8 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədova (Мамедова) Cəmilə Bilal qızının ölüm faktının təsdiq olunması, X2 ilə X3 arasında (xala- bacı uşağı) qohumluq münassibətlərinin olması faktının təsdiq olunması ,Bakı şəhər icra hakimiyyəti başçısının aparatı, texniki inventarlaşdırmavə mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 16.06.1994-cü il tarixində verilmiş qeydiyyat vərəqəsinin və yaşayış sahələrinin qeydiyyat və paylanma idarəsi tərəfindən verilmiş 228226 nömrəli orderin X1 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələblərindən biri ölüm faktının müəyyən edilməsi, digəri qohumluq faktının müəyyən edilməsi, digəri isə sənədin şəxsə məxsus olması tələbinə aiddir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi iddia tələblərinin predmeti qismində bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı iddia tələbləri çıxış edir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə iddia ərizəsi ilə bağlı tələblərə riayət olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs 8 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar