Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6138/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs 8 saylı Notariat ofisi) «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(002)-1760/2021 saylı qərardadından ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs 8 saylı Notariat ofisi) «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Məmmədova (Mamedova) Cəmilə Bilal qızının ölüm faktının təsdiq olunması, X3 ilə X4 arasında (xalabacı uşağı) qohumluq münasibətlərinin olması faktının təsdiq olunması, Bakı şəhər İHBA Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 16 iyun 1994-cü il tarixində verilmiş qeydiyyat vərəqəsinin və yaşayış sahələrinin qeydiyyat və paylanma idarəsi tərəfindən verilmiş 228226 nömrəli orderin X2 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(002)- 1760/2021 saylı qərardadı ilə (hakim Gülnar Əhmədova) ərizə icraata qəbul edilmədən qaytarılmışdır. Həmin qərardaddan ərizəçinin nümayəndəsi kimi Nümayəndə şikayət vermiş, şikayət Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(002)- 1760/2021 saylı qərardadı ilə təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Nümayəndə Ərizəçi nümayəndəsi (vəkili) kimi şikayəti imzalamış, lakin şikayətə order əlavə etməmişdir. MPM-in 69.1-1-ci maddəsinin tələbinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 68.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndəsi və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Göründüyü kimi, Nümayəndə kimi yalnız vəkil orderi əlavə etməklə şikayəti imzalaya bilər (eyni zamanda, işdə nümayəndənin ərizəçinin yaxın qohumu olması ilə bağlı hər hansı sənəd yoxdur). Birinci instansiya məhkəməsi bu halı nəzərdən qaçırmış, şikayətin səlahiyyətli şəxs tərəfindən verilməsini yoxlamamışdır. Halbuki, şikayətin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Bununla yanaşı, şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış (qərardadan şikayət formasında verilməli olduğu halda, ərizə yazılmışdır), həmçinin yalnız bir cümlədə qərardadın əsassız olması göstərilmiş, şikayət ümumiyyətlə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən halı yoxlamamış, şikayəti qaytarmalı oduğu halda, ona 24 may 2021-ci il tarixli qərradadla mahiyyəti üzrə baxmış, şikayəti təmin etməyərək baxılması üçün göndərmişdir. Bu səbəbdən də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(002)-1760/2021 saylı qərardadı ləğv edilməklə şikayət qeyri-mümkün sayılmalı, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs 8 saylı Notariat ofisi) «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(002)-1760/2021 saylı qərardadından ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6138/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6138/2021
14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəy
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver