Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1867/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Novruzov Maarif Vidadi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat kontoruna və Gəncə şəhəri Nizami rayon Qeydiyyat idarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X8 1965-ci ildə ölməsi faktının, həmin şəxsin Ərizəçi atası X4 ilə qohumluq münasibətində olması, X12 öldükdən sonra Gəncə şəhəri, Ozon küçəsi,140 saylı ünvanda yerləşən fərdi yaşayış evinə görə miras mülkü ərizəçinin atası X2 qəbul etməsi, X14 öldükdən sonra isə mirasın onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, ünvan 2 saylı ünvanda yerləşən A,Б,B,Г literli fərdi yaşayış evlərindən biri atası X2 ana nənəsi mərhum X1, digərləri qohumları X10, X9 və X8 adlarına olmuşdur. Tağıyev Tağının adına olan 140 saylı mülk də Leyla Məmmədovaya məxsus olmuşdur. Tağı Tağıyev subay olmuş və 1965-ci ildə vəfat etmişdir. Lakin onun ölümü haqqında şəhadətnaməni tapmaq mümkün olmamış, Nizami rayon Qeydiyyat idarəsi isə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Tağı Tağıyev X14un xalası oğlu olmuşdur. Tağı Tağıyevin ölümündən sonra Leyla Məmmədova onun evini Sakit Məmmədova vermiş, Sakit Məmmədov ailəsi ilə həmin mülkdə yaşamaqla mirası qəbul edərək idarə etmişdir. X14 xx.xx.1989-cu ildə vəfat edəndə mirası yalnız o və anası X5 qəbul etmişlər. Anası isə xx.xx.2007-ci ildə vəfat etmişdir. O, xx.xx.1959-cu ildə həmin evdə anadan olmuşdur, hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hazırda o, vərəsə kimi vərəsəlik şəhadətnaməsi almaq üçün 1 saylı Notariat kontoruna müraciət etmiş, lakin imtina edilmişdir. X3 1965-ci ildə ölməsi faktının, həmin şəxsin onun atası X4 ilə qohumluq münasibətində olması, X12 öldükdən sonra Gəncə şəhəri, Ozon küçəsi,140 saylı ünvanda yerləşən fərdi yaşayış evinə görə miras mülkü onun atası X2 qəbul etməsi, X14 öldükdən sonra isə mirasın onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nizami rayon Qeydiyyat şöbəsindən məhkəmənin ünvanına məktub göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Maraqlı şəxs Gəncə şəhər 1 Saylı Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki icraat qaydasında baxılan işlər üzrə ərizəçi tərəfindən istinad olunan hallar bilavasitə sübutemə yükü ilə bağlıdır. Xüsusi icraat qaydasında baxılan işlər üzrə müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunması həmin işlər üzrə ərizəçiyə təklif edilir. Ərizəçi tərəfindən təqdim olunan sübutların mövcudluğu və onlara istinad olunması məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Baxılan işlər üzrə müəyyənləşdirilməsi xahiş edilən faktı ərizəçinin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini, istinad etdiyi halları əsaslandırmalı və onları sübut etməlidir. Hakimə bütövlükdə baxılan iş üzrə müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunması ərizəçinin vəzifəsidir. Bir qayda olaraq, işdə iştirak edən şəxslər özü üçün əlverişli olan halları sübut etməlidir. Ərizəçi iş üzrə müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutları tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun ərizəsi elə həmin səbəbdən rədd edilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, ərizəçi iş üzrə müəyyənləşdirilməsi xahiş edilən faktları təsdiq edəcək heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün Ərizəçi ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat kontoruna və Gəncə şəhəri Nizami rayon Qeydiyyat idarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1867/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1867/2020
29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəy
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver