Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1804/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il X2 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 940 manat sabit pul məbləğində alimentin və 60 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11 iyun 2005-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 adlı 4 uşaqları var. Hazırda cavabdehlə ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Səbəb cavabdehin ailənin qayğısına qalmamasıdır. Uşaqlar böyüyür, qayğıları artır. O, işləmir, uşaqlara qulluq edir. Cavabdeh daş karxanasında işləyir, hər gün 50 manata qədər pul qazanır. Qazancından evə çox cüzi pul xərcləyir. Uşaqları keyfiyyətli yeməklə az təmin olunur, istədiklərini yeyə bilmir, geyinə bilmirlər. Bunlar cavabdehi heç qayğılandırmır. Odur ki, cavabdehdən sabit pul məbləğində aliment tələb etmək qərarına gəlmişdir. Cavabdehin qazancı, gəliri qeyri-müntəzəm, dəyişən olduğundan hesab edir ki, cavabdehdən aliment sabit pul məbləğində, hər uşağa görə 235 manat həddində tutulmalıdır. O, məhkəməyə iddia ərizəsi verməmişdən öncə Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasına gəlməmişdir. O, 60 manat mediasiya xərci ödəmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, övladlarının qayğısına qalır və bütün tələbatlarını imkan daxilində qarşılayır. Aliment o valideyndən tutulmalıdır ki, övladlarına baxmasın. O isə öz övladlarına baxır. Bu səbəbdən, iddianı qəti şəkildə qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 158797 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 360 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağasənova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 adlı 4 yetkinlik yaşına çatmamış uşaqları var. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01037 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 14:30- 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat məbləğində kargüzarlıq xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İşin faktiki hallarından görünür ki, cavabdeh övladlarının saxlanılması üçün kifayət qədər vəsait sərf etmir. Bu səbəbdən, iddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan bir müddət sonra uşaqlardan biri yetkinlik yaşına çatmışdır, həmin dövr bir aylıq dövrü tam şəkildə əhatə etmədiyindən həmin hal nəzərə alınmalıdır. Eləcə də, iddiaçı alimentin 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu əsas götürülməklə tutulmasını tələb etsə də, cavabdehin həmin həddə aliment ödəmək imkanına malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə aliment təyin edərkən, uşaqların mənafeyini, eləcə də, cavabdehin maddi vəziyyətini nəzərə almalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il X2 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 95 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 99 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci cavabdeh İddiaçı aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il X2 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutulsun. xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 95 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 99 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1804/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1804/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver