Məhkəmə qərarları › İş №2(002)-1861/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1861/2022

08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1861/2022 08.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı Cavabdeh qızına qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qızına qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan olan 20.11.2007-ci il təvəllüdlü X2 və 04.08.2010-cu il təvəllüdlü X1 onun yanında saxlanılması və həmin uşaqların saxlanılması ilə bağlı aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, aşağıdakıların qeyd olunmasını zəruri hesab edirəm. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) rəsmi olaraq Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə geri qaytarılır. Beləliklə, hesab edirəm ki, İddiaçı Cavabdeh qızına qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 152.4, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qızına qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada veriliyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar