Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1891/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək Cavabdeh sabit məbləğ olaraq hər ay 200 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxxxx 2015ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan iki uşaqları anadan olubdur: xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6. Qaradağ Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Azyaşlı uşaqlar onun himayəsində saxlanılmışdır. Kiçik qızı Vəliyeva Ayanın 3 yaşı tamam olmamışdır. Qeyd edim ki, işsizəm və kirayədə qalıram. İşləmədiyi üçün azyaşlı uşaqların təminatını ödəyə bilmir. Himayəsində azyaşlı uşaqların olması ilə bağlı işləmək imkanına malik olmadığından uşaq üç yaşına çatanadək ona cavabdeh tərəfindən aliment ödənilməlidir. Azyaşlı uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların onun üzərinə düşməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Cavabdehin isə maddi vəziyyəti kifayət qədər yaxşıdır. Qaradağ rayonu, Gəmiqayırma zavodunda nəqliyyat idarəsinin rəisi vəzifəsində işləyir. 1500 manat əmək haqqı alır və eyni zamanda digər qazanc mənbələri vardır. Bu baxımdan cavabdeh uşağın 3 yaşı tamam olanadək hər ay sabit pul məbləğində 200 manat ödəmək iqtidarındadır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək Cavabdeh sabit məbləğ olaraq hər ay 50 manat məbləğində aliment tutulmasını xahiş etmişdir.Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, tələb edilən məbləğlə razı deyil. Hər ay 462 manat aliment ödəyir. Himayəsində yaşlı valideynləri var. Cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdi. Verdiyi izahatında bildirdi ki,hər ay 500 manata yaxın aliment tutulur. Hazırda uşaq üç yaşı olanadək 50 manat aliment tutulmasına razıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-781/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə X4 arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 485 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 cavabdeh X1 yanında və himayəsində saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh X1 xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi miqdarında aliment aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 349906 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin avqust ayının 30-da 193 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar, cavabdehin izahatı ilə müəyyən edildi ki, tərəflərin iki nəfər yetkinlik yaşına çatmamış uşağı var, uşağın biri 3 yaşına çatmışdır. İddiaçı cavabdehdən onun xeyrinə bir uşaq üçün 3 yaşına çatanadək 200 manat aliment təyin edilməsini tələb edir.Cavabdeh iddianı qismən qəbul edərək uşaq üç yaşı olanadək 50 manat aliment tutulmasına razı olduğunu bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnu təsbit edən 85.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək Cavabdeh hər ay 100 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (yüz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1891/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1891/2020
08.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver