Məhkəmə qərarları › İş №2(002)-191/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-191/2023

05.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-191/2023 05.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, onunla Cavabdeh 2010-cu ildə faktiki nikaha daxil olaraq ər-arvad kimi yaşamış, nikahları xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X11 adında iki uşaqları doğulmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-015/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 onun yanında saxlanılması qət edilmişdir. Həmin vaxt aliment təyin edilməmişdir, belə ki, uşaqları ilə birgə dövlət tərəfindən məcburi köçkün kimi ona verilmiş mənzildə yaşamışdır. Lakin sonradan cavabdeh onu uşaqlarla birlikdə mənzildən çıxarmış və daimi yaşayış yerindən məhrum etmiş, özü isə ikinci dəfə ailə qurmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədir, təkbaşına uşaqların ehtiyaclarını və yaşayış xərclərini ödəyə bilmir, cavabdeh isə uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Cavabdeh qazancını az göstərməklə, iki yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 200 manat aliment ödəyəcəyini bildirməklə, uşaqların saxlanılmasından yayınmaq istəyir. Hazırda iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, hazırda iddia tələbinə qismən etiraz edir. Belə ki, məcburi köçkündür, ikinci dəfə ailə qurmuşdur və həmin mənzildə yaşayır, ikinci nikahdan da bir uşağı vardır, fəhlə işləməklə 380 manat qazancı olur, iddiaçı da işləyir, bu səbəbdən ondan hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 cavabdehin izahatına uyğun izahat verdi və iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 430144 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması 26 avqust 2022-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 988835 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 988927 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 498692 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 812816 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X3r. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi üzrə qəlibçi vəzifəsində işləyir və aylıq əmək haqqı 380 manat təşkil edir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi üzrə "xxxx" MMC-də satış üzrə agent vəzifəsində işləyir və aylıq əmək haqqı 487,16 manat təşkil edir. İş materiallarında olan Qaradağ rayon 2 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1092 saylı arayışdan görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür və Qaradağ rayonu, “Lökbatan-2” yaşayış kompleksində bina 35, mənzil 44-də qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır. Ailə üzvləri X11 və X7r. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-015/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Çəmənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmiş 21 sentyabr 2012-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-42/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-3341/2022 saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 16(103)-148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-42/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 (iki) uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, cavabdehin aylıq qazancının 1/3 hissəsinin iki uşağın maddi təminatı baxımından azlığı, eyni zamanda iddiaçının aylıq qazanca malik olması və aylıq qazancının həcmi, həmçinin iddiaçı tərəfin uşaqlarla birgə yaşayış yerindən məhrum olması ilə bağlı izahatlarda qeyd olunan hallar, tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmaqla eyni həcmdə təyin edilmiş alimentə dair 16(002)-42/2022 saylı, 29 noyabr 2022ci il tarixli qərardad Bakı Apellyasiya Məhkəməsinin 16(103)-148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 02 noyabr 2022-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar