Məhkəmə qərarları › İş №2(002)-1913/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1913/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1913/2021 29.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarda alimentin tutulması, həmçinin övladı X1 3 yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Zehralı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 19 oktyabr 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Bakı şəhər Qaradağ Rayon Məhkəmsinin 04 fevral 2021-ci il tarixli, 2(002)-345/2021 saylı qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuşdur. Birgə nikahdan 03 aprel 2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda övladı onunla yaşayır. Cavabdeh azyaşlı övladına heç bir maddi yardım göstərmədiyinə görə onun ehtiyaclarını təkbaşına ödəmək məcburiyətində qalmışdır. Bu isə onun üçün çətindir. Uşaq böyüdükcə onun tələbatı da artır. Cavabdehdən övladının saxlanması üçün hər ay qazancının və(və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarda, həmçinin özünün işləmədiyi üçün övladı X1 3 yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır.. İddiaçı 24.06.2021-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək, himayəsində azyaşlı uşağı olduğuna görə mülki iş üzrə məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahış etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, 950 manat əmək haqqı aldığını, iddianı qismən qəbul etdiyini bildirərək, hər ay bir uşaq üçün əmək haqqının ¼ hissəsində və uşaq 3 yaşına çatana qədər 50 manat sabit pul məbləğində əlavə aliment tutulmasına razı olduğunu qəbul etmişdir. Əlavə olaraq qeyd etdi ki, hər ay təxminən 800 manat əmək haqqı alır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli 2(002)-345/20201 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 19 oktyabr 2017-ci il tarixdə 3 saylı Bakı ASAN XİDMƏT Mərkəzi Qeydiyyat şöbəsində 3601 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 375724 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 23.04.2021-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 104 saylı akt qeydi ilə pozulmuşdur.Nikah pozulduqdan sonra arvada Soltanova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İV seriyalı 567584 nömrəli doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan 03 aprel 2021-ci il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə iclasında təqdim edilmiş sübutlar, cavabdehin izahatı ilə müəyyən edildi ki, tərəflər əvvəllər rəsmi nikahda olmuşdular, hal-hazırda tərəflər arasındakı nikah pozulmuşdur, birgə nikahdan bir yetkinlik yaşına çatmamış uşaqları var və cavabdeh iddiaçının iddia tələbini qismən qəbul edir, hər ay bir uşaq üçün əmək haqqının ¼ hissəsində və uşaq 3 yaşına çatana qədər 50 manat sabit pul məbləğində əlavə aliment tutulmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1 və 76.1.1. maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə- qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarda aliment tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini təsbit edən 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin hallarını, uşağın əsaslı mənafeyini, valideynlərin uşaqlara münasibətdə hüquq və vəzifələrinin bərabərliyi prinsipini nəzərə alaraq hesab edir ki cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə- qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarda, uşaq 3 yaşına çatana qədər 60 manat sabit pul məbləğində əlavə aliment təyin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Qeyd edilənləri, uşağın əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01.06.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görəqazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarda, 03 aprel 2021-ci il təvəllüdlü X1 3(üç) yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 60 manat sabit pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01.06.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görə-qazancın (başqa gəlirlərin) ¼ (dörddə bir)hissəsi miqdarda, 03 aprel 2021-ci il təvəllüdlü X1 3(üç) yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 60(altmış) manat sabit pul məbləği İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar