Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1923/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mustafayeva (Məmmədova) Rəna Rasim qızına qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mustafayeva (Məmmədova) Rəna Rasim qızına qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki yetkinlik yaşına çatmamış uşağın-xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 məhkəmə tərəfindən müəyyən olunmuş əmək haqqından 1/3 hissəsi dəyişdirilərək iki uşağın saxlanması ondan hər ay cəmi 150 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1967/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək İddiaçı və Mustafayeva (Məmmədova) Rəna Rasim qızı arasında nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 anaları Mustafayeva (Məmmədova) Rəna Rasim qızının yanında qalmaları, İddiaçı gəlirlərinin üçdə bir hissəsi hər ay qətnamə çıxan gündən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutularaq Mustafayeva (Məmmədova) Rəna Rasim qızına ödənilməsi qət edilmişdir. O vaxtdan indiyə kimi iki uşağın saxlanmasına o hər ay aliment pulu ödəmişdir. Hazırda heç yerdə işləmir. Gəliri də yoxdur. O, “X2 LTD” şirkətinin AR-dəki filialında xx xxxx 2016-cı il tarixdən dəzgah operatoru vəzifəsində işləmişdir. xx xxxx 2020-ci il tarixdə müqavilənin bitdiyinə görə onu işdən azad etmişlər. 1 saylı Bakı Dost Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli **********7 nömrəli arayışına əsasən İddiaçı hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İki uşağa görə cəmi 150 manat ödəyə bilər. AR Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, iki yetkinlik yaşına çatmamış uşağın-xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008ci il təvəllüdlü X1 məhkəmə tərəfindən müəyyən olunmuş əmək haqqından 1/3 hissəsi dəyişdirilərək iki uşağın saxlanması ondan hər ay bir uşağa görə 75 manat, iki uşağa görə cəmi 150 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda işsizdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizənin nəzərə alınmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Mustafayeva (Məmmədova) Rəna Rasim qızı məhkəmə hazırlıq iclasında (xx xxxxxxxx 2020-ci il tarixdə) məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul edir. İddianın təmin edilməsinə etirazı yoxdur. Baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan və həmçinin, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 101504 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X7 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2011-ci ilin mart ayının 17də 33 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 1 saylı Bakı Dost Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, İddiaçı hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-1967/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək İddiaçı və Mustafayeva (Məmmədova) Rəna Rasim qızı arasında nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 anaları Mustafayeva (Məmmədova) Rəna Rasim qızının yanında qalmaları, İddiaçı gəlirlərinin üçdə bir hissəsi hər ay qətnamə çıxan gündən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutularaq Mustafayeva (Məmmədova) Rəna Rasim qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı məhkəmə qətnaməsi ilə təyin edilən alimentin miqdarının dəyişməsini, qazancın müəyyən hissəsində deyil, sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul edir. Bunu öz ərizəsi ilə təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən, cavabdeh tərəfindən imzalanmış iddianın etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1967/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı tutularaq Mustafayeva (Məmmədova) Rəna Rasim qızına ödənilən alimentin miqdarı dəyişdirilərək, İddiaçı hər ay bir uşağa görə 75 manat, iki uşağa görə cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Mustafayeva (Məmmədova) Rəna Rasim qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1967/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı tutularaq Mustafayeva (Məmmədova) Rəna Rasim qızına ödənilən alimentin miqdarı dəyişdirilərək İddiaçı hər ay bir uşağa görə 75 (yetmiş beş) manat, iki uşağa görə cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Mustafayeva (Məmmədova) Rəna Rasim qızına ödənilsin. Ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1923/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1923/2020
09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver