Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1958/2022 23.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Kreditor MMC-in cavabdeh Borclu qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Kreditor MMC-in cavabdeh Borclu qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci ildə doğulmuş Borclu 1730 manat məbləğində əsas borc,müqavilə üzrə hesablanmış 500 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun,cəmi 2330 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-in hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. AZEMİS X1 məlumatlardan məlum olur ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Binəqədi rayonu, X3 küçəsi, 3123-cü Məhəllə,ev 397,399,401, mənzil 72-dir, buna dair şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2021ci ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır İddia ərziəsinin məzmunundan görünür ki, hazırki mülki iş üzrə iddia ərizəsində cavabdeh Borclu rəsmi qeydiyyat ünvanı kimi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 5 ev 135 qeyd edilsə də, AZEMİS X2 əldə edilmiş məlumatda cavabdehin rəsmi qeydiyyat ünvanı Binəqədi rayonu, X3 küçəsi, 3123-cü Məhəllə,ev 397,399,401, mənzil 72 kimi qeyd edilmişdir (şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2021-ci il ) Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ona əlavə eidlmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı iddia tələbi ilə həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Kreditor MMC-in cavabdeh Borclu qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1958/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1958/2022
23.06.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver