Məhkəmə qərarları › İş №2(002)-203/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-203/2022

17.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-203/2022 17.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qızına qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhər Qaradağ rayon Məhkəmsinin 29 noyabr 2019cu il tarixli, 2(002)-2631/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, 04 iyun 2010-cu il təvəllüdlü X2 tam yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində təyin edilmiş alimentin üçüncü qrup əlilliklə ilə bağlı ona verilən pensiyadan tutularaq Cavabdeh verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh ilə 04 avqust 2009-cu il tarixdə el adəti üzrə ailə qurmuşdur.Nikahlarını 24 iyun 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 04 iyun 2010-cu il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur.Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri yaxşı olsa da, daha sonra pisləşmişdir.Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(002)731/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, aralarında bağlanmış nikah pozulmuş, 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası X1 yanında saxlanılmış, 30 sentyabr 2019-cu il tarixdən başlayaraq 04.06.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün o, İddiaçı hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh qızma verilməsi qət edilmişdir.Onun əlilliyi ilə bağlı olaraq heç bir yerdə işləmir, hazırda üçüncü qrup əlilidir. Əlilliklə bağı olaraq ona ayda 110 manat məbləğində pensiya alır. Məhkəmə qətnaməsi ilə isə ona aylıq 160 manat məbləğində aliment kəsilmişdir, məbləğ onun pensiyasından çoxdur.O, əmək qabiliyyətli olmadığı üçün işləyəmir və həmin aliment məbləğini ödəyə bilmir. O, aylıq 110 manat məbləğində pensiya ilə həm dolanmalı, həm aliment verməlidir. Hazırki halda onun aylıq 160 manat məbləğində aliment ödəməyə imkanı çatmır. Mən övladına aliment verməkdən imtina etmir.O, alimentin azaldılması ilə bağlı Mediasiya Şurasına müraciət etmişdır. Cavabdeh Mediasiya Prossesinə gəlmədiyi üçün ona 21 oktyabr 2021 il tarixli, 2021- 004212 nömrəli X8 İştirak Edilməməsi arayış verilmişdir.Həmçinin uşağın saxlanması və onun mənafeyi hər şeydən üstün olmaqla əsas götürülmüş, hətta bu barədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ciirinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsiunun 27 iyul 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur:tərəflərin maddi və ailə vəziyyəti;diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi .Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il 2(002)-2631/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 160 manat məbləğində alimenti əlil olduğu və işləyə bilmədiyi üçün ödəyə bilmir. Hazırda həmin qətnamə əsassız olaraq onun borcunun yaranmasına səbəb olur. İddiaçı 14.12.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, xahiş etmişdir ki, mülki iş üzrə məhkəmə iclasları onun iştirakı olmadan keçirilsin və iddianı müdafiə edir və təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 16.12.2021-ci il tarixdə məhkəmənin ünvanına ərizə göndərərək, məhkəmədən hal-hazırda proseslərdə iştirak edə bilməmisini hörmətsizlik kimi dəyərləndirilməmisini xahiş edərək, bildirmişdir ki, onun ayağı dizdən sındığına görə proseslərə gələ bilmir və eyni zamanda əgər ayağı sınmış olmasaydı belə İddiaçı oğlu ilə üzləşməmək üçün proseslərə gəlməyəcəkdi, belə ki, onlar arasında olan əvvəlki işlərlə(nikahın pozulması və aliment, qızıl-zinyət tələbi ) əlaqədar proseslərdə İddiaçı oğlu ona nalayıq sözlər söyləmiş və təhqir etmişdir.Həmçinin qeyd etmişdir ki, İddiaçı gündə iki qutu siqarət çəkir və bu günə miniumum 4-5 manat, aya 120-150 manat olduğu halda öz övladına 160 manat aliment ödəyə bilmirmi? Beləliklə, alimentin azaldılması tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(002)- 2631/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı oğlu ilə Cavabdeh qızı arasında 24.06.2015-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət X5 bağlanmış və 1652 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 04.06.2010-cu il təvəllüdlü X3 anası Cavabdeh qızının yanında saxlanılması, 30 sentyabr 2019-cu il tarixdən 04.06.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı oğlundan hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş 02.07.2021-ci il tarixli arayışdasn görünür ki, İddiaçı oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 2 saylı Regional Ərazi filialından 3-cü qrup əliliyə görə 07.09.2020-ci il tarixdən 07.09.2025ci il tarixə sosial müavinət təyin edilmişdir.Hal-hazırda İddiaçı oğlu 110 manat sosial müavinət alır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş X15 Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarından görünür ki, İddiaçı oğlu üçüncü dərəcəli əlildir, əliliyin səbəbi ümumi xəstəlikdir, yüngül işlərdə işləyə bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 21.10.2021-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan “alimentin azaldılması barəsində” ilkin mediasiya sessiyası prosedurunu keçmişdirlər. Tərəflərin 1 övladının olması və azyaşlı uşağın cavabdehin yanında qalması, həmçinin onların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi -məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahdan doğulmuş uşaq cavabdehin himayəsindədir və onun iddiaçıdan hər bir uşağa görə 160 manat məbləğində aliment alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Həmin qərarın 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən azyaşlı uşağın saxlanması üçün hazırda iddiaçı tərəfindən bir uşağa görə hər ay ödənilən 160 manat aliment miqdarı hazırda uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Uşaqlara qulluq edən, onların sağlamlıq, təhsil, və məişət qayğılarını bilavasitə çəkən cavabdeh N.Əmiraslanovanın isə maddi cəhətdən imkanları məhduddur.Məhkəmə hesab edir ki, qanunvericilkidə alimentin tutulması üçün valideyinin işləməsi və ya kifayət qədər imkana malik olması məcburi şərt kimi müəyyən edilməmişdir. Həmçinin iddiaçı üçüncü qrup əlil olmasına baxmayaraq, yüngül işlərdə işləmə imkanı istisnadır,əmək qabiliyəti vardır. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini əsassız hesab edir və qeyd edir ki, iddia təmin edilməməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50(əlli)manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar