Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2139/2021 24.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «aliment » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «aliment » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2003-cü ildə doğulmuş İddiaçı2 ali təhsil aldığı müddətdə 200 manat və 05.05.2005-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat olmaqla, cəmi 375 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 oktyabr 2003-cü il tarixdə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Cavabdehlə birgə nikahdan iki uşaqları var.İddiaçı2 xx.xx.2003-cü il və X4 05.05.2005-ci il. Hal-hazırda uşaqlar onun himayəsində yaşamaqla cavabdeh könüllü olaraq heç bir maddi yardım göstərmir. O, isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Belə ki, böyük qızı yetkinlik yaşına çatsa da hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X3 incəsənət müəllimliyi ixtisası üzrə 3-cü kursunda ödənişli əsasla təhsil alır. Bundan əlavə qızının məktəbə gedib-gəlməsi də əlavə xərclər tələb edir. O, tək çətinlik çəkirəm. Cavabdeh isə buna əhəmiyət belə vermək istəmir, və qızının heç bir xərcini ödəmək fikirində deyildir. Cavabdeh isə fərdi əməklə məqul olur və müəyyən gəlirə malikdir. Bundan Əlavə 05.05.2005-ci il təvəllüdlü X4 da təhsil alır və gələcəyi üçün təhsilli bir Azərbaycan vətəndaşı olması üçün onun da, təhsillə məşqul olması üçün müəyyən maddiyyat gərəkdir. Hazırda alimentin məbləği artmasına baxmayaraq onlar alimentin artırılması üçün məhkəməyə müraciət etməmişlər. Lakin, hazırda uşağlarının təhsili üçün, onlara layiqli həyat səviyyəsinin təqdim edilməsi üçün mütləq təhsil lazımdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin azaldılmasına dair iddia tələbinə dəqiqləşdirilməsi barəsində ərizə təqdim edərək, Qaradağ rayon məhkəməsinin 04 mart 2016-ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin miqdarı artırılaraq, 05.05.2005-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı1 xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2011-cü il tarixli 2(002)-1856/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25 oktyabr 2011-ci il tarixdən başlayaraq, xx.xx.2003-cü ildə doğulmuş İddiaçı2 və 05.05.2005-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 04 mart 2016-cü il tarixli 2(002)-868/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək xx xxxx 2003-cü il təvəllüdlü İddiaçı2 və 05 may 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 04 fevral 2016-cı il tarixdən başlayaraq Cavabdeh Ağabala oğlundan hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) miqdarında aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ 400901 seriyalı doğum haqqında şəhadətnamənin surətindən və AZE seriyalı 12589772 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 adlı bir yetkinlik yaşına çatmış, 05.05.2005-ci ildə təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflərin (Cavabdeh və İddiaçı1) bir yetkinlik yaşına çatmayan övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-cu il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (alimentin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (alimentin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimentin artırılması tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə həmçinin hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmalarına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, alimentin miqdarı artırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qaradağ Rayon Məhkəməsinin 04 mart 2016-cü il tarixli 2(002)-868/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, 05.05.2005-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 175(yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 04 mart 2016-cü il tarixli 2(002)-868/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. 05.05.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 175(yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2139/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2139/2021
24.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver