Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2140/2024 17.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «nikahın pozulması, uşağın onun himayəsinə verilməsi və aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «nikahın pozulması, uşağın onun himayəsinə verilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında xx.xx.2014-cü il tarixində Rusiya Federasiyası üzrə Saxa(Yakutiya) Respublikası Mirnıy rayonun “Svetlıy qəsəbəsi” X2 tərəfindən 7 nömrəli akt qeydi ilə bağlanmış nikah qeydinin pozulması, birgə nikahdan olan 14.08.2.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2014-cü il tarixində nikahı rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 14.08.2.2015-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdeh ilə nikaha daxil olduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və aralarında tez-tez mübahisələr baş vermişdir. Bu səbəbdən onlar hazırda faktiki olaraq ayrılmışdırlar. Onların münasibətlərinin yenidən bərpası qeyri mümkündür. Nikahları formal xarakter daşıyır. Hazırda cavabdeh də anlayır ki, onlar sadəcə kağız üzərində ailədir. Cavabdeh ayrılmaq onun qəti qərarıdır. Cavabdeh onları atıb Rusiya Federasiyasına getmiş, həmin vaxtdan heç bir maddi yardım göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Qeyd olunanlara əsasən mövcud iddia tələbini irəli sürülmüşdür. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə etdi ki, cavabdeh uşaqlarla maraqlanmır, maddi yardım göstərmir. Müvəqqəti alimentə dair qərardadla alimentin məbləği 220 manat müəyyən edilmişdir. Əslində cavabdeh heç həmin qərarı da icra etmir. Hazırki vəziyyətdə bir uşağın bira aya 220 manat ilə yaşaması qeyri-mümkündür.Ona görə hazırda iddia tələbinin alimentə dair hissədə tam təmin olunmasını xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş,qanunla müəyyən edilmiş qaydada tərcümə edilərək təsdiq edilmiş İ-CН seriyalı 668234 saylı nikahın bağlanması haqqında görünür ki, İddiaçı Cavabdeh oğlu arasında nikah xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Saxa(Yakutiya) Respublikasının Mirnıy rayonun “Svetlıy qəsəbəsi” X2 tərəfindən 7 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Salahova soyadı verilmişdir. İş materiallarında olan və qanunla müəyyən edilmiş qaydada tərcümə edilərək təsdiq edilmiş İİİ-CH seriyalı № 680088 saylı, İİİ-CH seriyalı № 617819 saylı və İİİ-CH seriyalı № 566975 saylı doğum haqqında şəhadətnamərinin surətlərindən görünür ki, 14.08.2.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 anası İddiaçı, atası Cavabdeh oğludur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı Bakı şəhəri ,Qaradağ rayonu ərazısındə qeydiyyatsız yaşayır. İş materiallarında olan arayışlardan görünür ki, 14.08.2.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X9 Bakı şıəhəri, Qaradağ rayonu Elma Rzayev adına 127 nömrəli məktəbdə təhsil alırlar. İş materiallarında olan Nefçala Rayon İcra Hakimiyəti Başçısının Xıllı qəsəbə nümayəndəliyindən məhkəməyə ünvanlanmış arayışdan görünür ki, X8 atasının verdiyi məlumata görə hal-hazırda ölkə hüdudlarından kənarda yaşayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)- 106/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilərək, 14.08.2.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay bir uşağa görə 220 manat olmaqla, üç uşağa görə cəmi 660 manat məbləğində müvəqqəti aliment məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edildiyi vaxtdan tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İşin məhkəmə iclasında iddiaçının izahatları ilə və iş materialları ilə müəyyən edilmiş hallarından görünür ki, tərəflər rəsmi nikaha daxil olmuş, onların üç yetkinlik yaşına çatmayan uşaqları var, hazırda tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. İddiaçı nikahın pozulmasını və birgə nikahdan olan yetkinlik yaşina çatmayan uşaqların onun himayəsində saxlanmasını, cavabdehdən onun xeyrinə aliment tutulmasını tələb edir. Cavabdehə isə iddia tələbinə münasibət bildirməmişdir. Hətta məhkəmə tərəfindən verilmiş 3 ay ərzində də tərəflər arasında barışıq əldə olunmamışdır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, uşağın əsaslı mənafeyini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, tərəflər arasında mövcud olan nikah pozulmalı, birgə nikahdan doğulan yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının himayəsində saxlanılmalı, cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşaq üçün 235 manat olmaqla, 705 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:-aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh oğlu arasında xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Saxa(Yakutiya) Respublikasının Mirnıy rayonun “Svetlıy qəsəbəsi” X2 tərəfindən 7 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalı və 14.08.2.2015-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X8 İddiaçı himayəsində və yanında saxlanılmaqla, 14.08.2.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay bir uşağa görə 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi təmin edildiyindən ödənilmiş 50(əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh oğlu arasında xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Saxa(Yakutiya) Respublikasının Mirnıy rayonun “Svetlıy qəsəbəsi” X2 tərəfindən 7 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. 14.08.2.2015-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X8 İddiaçı himayəsində və yanında saxlanılsın. 14.08.2.2015-ci il təvəllüdlü X3,xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh oğlundan İddiaçı xeyrinə hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi 705(yeddi yüz beş) manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutularkən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-106/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən müvəqqəti alimentin tutulması nəzərə alınsın. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Ödənilmiş 50(əlli) manat dövlət rüsumu Cavabdeh oğlundan İddiaçı xeyrin cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2140/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2140/2024
17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver