Məhkəmə qərarları › İş №2(002)-2141/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2141/2021

12.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2141/2021 12.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.04.2013-cü il təvəllüdlü X4 və 01.03.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 fevral 2012ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan doğulmuş 19.04.2013-cü il təvəllüdlü X7 və 01.03.2019-cu il təvəllüdlü X5 adlı iki uşaqları var. Cavabdeh uşaqların qayğısına qalmır, ailəyə maddi cəhətdən köməklik etmir, hal-hazırda onun heç bir maddi gəliri yoxdur. Uşaqlarının qayğısına qala bilmir, onları saxlamağa çətinlik çəkir. Ona görə də, uşaqların saxlanılması üçün aliment tutulmasını istəyir. İddiaçı X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsini özü tərtib etməmişdir. İddia ərizəsinin tərtib olunması üçün müraciət etdiyi şəxs iddia ərizəsinin tərtibində səhvə yol vermişdir. Belə ki, o, əslində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulan aliment məbləğinin kifayət qədər olmadığını bildirməklə, alimentin miqdarının artırılmasını xahiş etmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hazırda o, hazırda iddiaçıya tələb etdiyi məbləğdə alimenti ödəmək imkanına qadir deyildir. Bu ondan irəli gəlir ki, önün iddiaçıya ödənilməmiş aliment borcu vardır. Lakin o, həmin borc məbləği tam olaraq ödənildikdən sonra göstərilən qayda ilə alimenti ödəməyə razıdır. Bu səbəbdən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(002)-447/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 25 fevral 2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 156 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 19.04.2013-cü il təvəllüdlü X7 və 01.03.2019-cu il təvəllüdlü X5 İddiaçı yanında və himayəsində saxlanılmış, 19.04.2013-cü il təvəllüdlü X4 və 01.03.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin 09.12.2020-ci il tarixdən tutulması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Lakin, aliment miqdarına dəyişiklik edilərkən, cavabdehin real maddi imkanları nəzərə alınmalı və ədalətsizliyə yol verilməməlidir. Məhkəməyə təqdim olunmuş 09 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Füzuli rayonu Aybasanlı kənd Uşaq Musiqi Məktəbində tar ixtisası üzrə müəllim kimi çalışır və aylıq əmək haqqı 260 manat təşkil edir. Məhkəməyə təqdim olunmuş 09 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 600 manat təşkil edir. Göründüyü kimi, cavabdehdən tutulan aliment məbləği əmək haqqının 1/3 miqdarında - 280 manat təşkil edir. Hər uşağa düşən aliment miqdarı 140 manat təşkil edir. Cavabdehin əmək haqqı aliment miqdarının iddiaçı tələb edən miqdaradək artırılmasına imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin ediməli, 19.04.2013-cü il təvəllüdlü X4 və 01.03.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(002)-447/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh iddiaçı X1 xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında, həmçinin hər ay hər uşağa görə 35 manat, cəmi 70 manat sabit pul məbləğində aliment tutulmalıdır. İşə baxılması ilə əlaqədar 30 (otuz) manat məhkəmə məsrəfi Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək iqtidarında olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir və uşaqların maddi qayğılarının həll edilməsinin yalnız bir valideynin üzərinə qoyulması ədalətsizdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası qismən təmin edilsin. 19.04.2013-cü il təvəllüdlü X4 və 01.03.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(002)-447/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh iddiaçı X1 xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında, həmçinin hər ay hər uşağa görə 35 manat, cəmi 70 manat sabit pul məbləğində aliment tutulsun. İşə baxılması ilə əlaqədar 30 (otuz) manat məhkəmə məsrəfi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar