Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2162/2021 16.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh Rasım qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)- 1555/2020 sayh qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq 31 dekabr 2015-ci il tarixdə doğulmuş X2 və 24 noyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər uşağa görə 80 manat, iki uşağa görə 160 manat sabit pul məbləğində tutulan alimenti ləğv edərək əmək haqqımdan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlə 12 may 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keşməklə evlənmişlər.Birgə nikahdan iki uşaqları var. 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011-ci il təvəllüdlü X3.Cavabdehlə aralarında bağlanmış nikah Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)- 1555/2020 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra uşaqların anaların himayəsində saxlanılması, onun həy ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə qəbul edilən zaman o, "xxxx" MMC-də fəhlə işləyirdim və aylıq əmək haqqı 376 manat təşkil etmişdir. Məhkəmə alimenti müəyyən edərkən aldığı əmək haqqı məbləğinin uşaqların yaşayış minumumdan az olduğunu əsas gətirərək əmək haqqımın 1/3 hissəsindən əlavə hər uşağa 80 manat olmaqla 160 manat sabit pul məbləğində aliment müəyyən etmişdir. Hazırda mən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir-Tikinti İdarəsində işləyirəm və aylıq əmək haqqım 1000 manat təşkil edir. Həmin məbləğin 1/3 hissəsi 330 manat təşkil edir. Göründüyü kimi hazırda onun əmək haqqından tutulan məbləğ uşaqların yaşayış minumumuna uyğundur və ondan alimentə görə əlavə tutulan 160 manat pul isə onun yaşayış minumuma təsir edir.Cavabdehin ona xəyanət etməsi səsəbindən ailə münasibətlərimiz pozulmuşdur. Onların gələcəkdə barışmağımaları mümkün deyildir.O, ailə qurmağa hazırlaşır. Məhkəmənin qət etdiyi məbləğdə aliment ödəməsi onun gələcəkdə ailə qurmağına təsir edəcəkdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında(16.08.2021ci il tarixli məhkəmə baxış iclasında) iddia ərizəsinə dəqiqləşdirmə verərək, Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)-1555/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasını və miqdarını dəyişərək 31 dekabr 2015-ci il tarixdə doğulmuş X6 oğlunun və 24 noyabr 2011-ci il tarixdə doğulmuş X5 qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlə 12 may 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər.Birgə nikahdan iki uşaqları var. 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011-ci il təvəllüdlü X3.Cavabdehlə aralarında bağlanmış nikah Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)-1555/2020 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra uşaqların anaların himayəsində saxlanılması, onun həy ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə qəbul edilən zaman o, "xxxx" MMC-də fəhlə işləyirdim və aylıq əmək haqqı 376 manat təşkil etmişdir. Məhkəmə alimenti müəyyən edərkən aldığı əmək haqqı məbləğinin uşaqların yaşayış minumumdan az olduğunu əsas gətirərək əmək haqqımın 1/3 hissəsindən əlavə hər uşağa 80 manat olmaqla 160 manat sabit pul məbləğində aliment müəyyən etmişdir Sonradan o, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir- Tikinti İdarəsində işləyirdi və aylıq əmək haqqı 1000 manat təşkil edirdi. Həmin məbləğin 1/3 hissəsi 330 manat təşkil edirdi. Lakin 11 avqust 2021 -ci il tarixdən o, işdən azad edilmişdir. O, hazırda rəsmi qaydada heç bir yerdə işləmədiyindən odan aliment Respublikası üzrə orta aylıq əmək haqqının 1/3 hissəsi ilə hesablanacadır. Hazırda Respublika üzrə orta aylıq əmək haqqı 727 manat təşkil edir. Həmin məbləğin 1/3 hissəsi 243 manat təşkil edir.243 manatdan əlavə də ondan 160 manat alimentin tutulacağı halda bu məbləğ 403 manat təşkil edəcəkdir.Onun nə vaxt işə düzələcəyi isə qeyr-müəyyən olduğundan və hazırda heç bir yerdə işləmədiyindən ondan bu şəkildə aliment hesablanacağı təqdirdə o, həmin məbləği ödəyə bilməyəcəyək. Həmçinin uşaqlara baxmaq hər iki valideynin borcudur. Cavabdeh özüdə işləyə bilər. Uşaqların saxlanılması üçün bütün məbləğin ondan tələb edilməsi düzgün deyildir. Cavabdehin ona xəyanət etməsi səbəbindən ailə münasibətləri pozulmuşdur. Onların gələcəkdə barışmağı mümkün deyildir. O, isə ailə qurmağa hazırlaşır. Məhkəmənin qət etdiyi məbləğdə alimentın ödənilməsı onun gələcəkdə ailə qurmağına böyük təsir edəcəkdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq iddia ərizəsinə dəqiqləşmə ərizəsi təqdim etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək, iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh 12.07.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı bütün vasitələrlə alimentin azaldılmasına çalışır, belə ki, tez-tez iş yerlərini və aylıq gəlirlərini dəyişir, o uşaqları deyil, öz mənafeyini düşünür.İddiaçı hər dəfə öz gəlirlərini gizlədir və özünə sərf edən miqdar da göstərir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)-1555/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqların anaların himayəsində saxlanılması, onun həy ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinə xitam verilməsi haqda portal çıxarışından görünür ki, iddiaçı 11.08.2021-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ saylı 878903 nömrəli və AZ-İİİ saylı 690531 nömrəli şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan 24 noyabr 2011-ci il təvəllüdlü X3 və 31 dekabr 2015-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən,cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı hazırda işsizdir, müntəzəm qazancı yoxdur. Bu səbəbdən alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyildir.Məhkəmə qeyd edir ki, qeyd edilən hallar nəzərə alınmaqla, iddia təmin edilməli, alimentin miqdarı azaldılmaqla, uşaqlar üçün Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün müəyyən edilmiş yaşayış minimumu həddində təyin edilməlidir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)- 1555/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı şəhəri Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)-1555/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 24 noyabr 2011-ci il təvəllüdlü X3 və 31 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 175(yüz yetmiş beş)manat olmaqla, ümumilikdə 350(üç yüz əlli) manat məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2162/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2162/2021
16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver