Məhkəmə qərarları › İş №2(002)-218/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-218/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-218/2023 10.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızına qarşı «alimentin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızına qarşı «alimentin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)- 170/2016 saylı qətnaməsi ilə təyin edilmiş və 24 aprel 2018-ci il tarixli 2(002)- 1446/2018 saylı qətnaməsi ilə iddianın dəyişdirilməmiş saxlanılmış hər ay İddiaçı tutulan 150 manat alimentin tutulmasının bundan sonra ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il atrixli 2(002)-170/2016 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızma qarşı nikah ın pozulması tələbinə dair iddiası təmin edilmiş, 19 oktyabr 2012-ci il tarixdə Qəradağ Rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur. Onların birgə nikah dan olan 12 iyul 2013-cü il tarixdə doğulmuş uşaqları X2 iş üzrə cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızının yanında saxlanılması və hər ay onun xeyrinə 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan 15 dekabr 2017-ci il tarixdə İddiaçı, X6 arasında nikah bağlanmış evlənmişdirlər. Onların birgə nikah mdan xx.xx.2017-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Mövcud ailə vəziyyəti dəyişdiyinə görə İddiaçı Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, aliment tələbinin azaldılması barədə iddia qaldırmışdır. Qaradağ Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(002)- 1446/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh X4 isə iddiaçı ilə birlikdə nikah da olduğu dövrdə doğulmuş, uşaqları olan X1 rayonunun Müşfıqabad qəsəbəsində yerləşən 274 N-li orta məktəbdən çıxarıb Yasamal rayonu 286 JV2-İİ məktəbə 3 D sinfinə qoymuşdur. İş üzrə cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızının da rəsmi və ya qeyri-rəsmi formada ailə vəziyyəti dəyişmiş, ailə həyatı qurmuşdur. Bu səbəblərə görə hesab edirəm ki, İddiaçı Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-170/2016 saylı qətnaməsi ilə təyin edilmiş 150 manat sabit pul məbləğində tutulan aliment ləğv edilməlidir.Hal-hazırda iddiaçı ilə cavabdeh arasında olan mövcud vəziyyət kəskin olaraq dəyişmiş, İddiaçı 2-ci uşağı xx.xx.2019-cu il tarixdə Asiya adlı qızı doğulmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızının vəkili və nümayəndəsi Nümayəndə iddiaçının tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızına qarşı alimentin ləğv edilməsinə dair iddia tələbi irəli sürmüşdür. Sözügedən iş hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatındadır. Hesab edir ki, İddiaçı bu iddiası tamamilə əsassızdır. Belə ki, iddiaçını aliment ödəməkdən azad etmək üçün hər hansı bir əsas mövcud deyildir. İddiaçının sağlamlığında ciddi bir problemi yoxdur, tamamilə əmək qabiliyyətlidir və ya onun valideynlik vəzifəsini həyata keçirməyə maneə törədəcək digər üzrlü səbəb mövcud deyildir. Cavabdeh Abdullayeva (Əhmədova) Aygün İlqar qızının hazırda aldığı əmək haqqı övladının tələbatlarını (qidalanma, geyim, təhsil xərcləri və s.) ödəmək üçün kifayət deyil. Odur ki, iddiaçı tərəfindən aliment ödənişinin həyata keçirilməsi zəruridir. Cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızının vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəmənin ünvanına ərizə göndərərək, məhkəmə baxış iclasıının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatnı dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-1446/2018 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(002)-170/2016 saylı qətnaməsi ilə müəyyən edilən 150 manat alimentin azaldılması tələbinin rədd edilməsi qət edilmişdir. Tərəflərin bir övladlarının olması və azyaşlı uşağın cavabdehin yanında qalması, həmçinin onların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). İşin müəyyən edilmiş həqiqi hallarına əsasən bir azyaşlı uşağın saxlanması üçün hazırda iddiaçı tərəfindən bir uşağa görə hər ay ödənilən 150 manat aliment miqdarı hazırda uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. İddiaçı isə həmin məbləği ödəməkdən boyun qaçırmaq istəyir və heç bir səbəb əsas olmadan alimentin ləğvini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113. maddəsində nəzərdə tutulan əsaslar(aliment öhdəliyinə xitam verilmə əsasları) olmadığından iddia tələbi əsassız və qanunsuz hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızına qarşı «alimentin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh Abdullayeva(Əhmədova) Aygün İlqar qızına qarşı «alimentin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimGünay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar