Məhkəmə qərarları › İş №2(002)-2220/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2220/2021

03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2220/2021 03.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X10 etibarnamə üzrə nümayəndəsi Mürşüdov Məhərrəm Mürşüd oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı X10 Cavabdeh qarşı «aliment miqdarının azaldılması» tələbinə dair ilk iddiası; Cavabdeh X1rşı «aliment miqdarının artırılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 Cavabdeh qarşı «aliment miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21.02.2020-ci il tarixli 2(002)-627/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 25.10.2008-ci il təvəllüdlü X11 və 10.09.2010-cu il təvəllüdlü X3 üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2rşı «aliment miqdarının artırılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.10.2008-ci il təvəllüdlü X11 və 10.09.2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X7 tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X14 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 dekabr 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan doğulmuş 25.10.2008-ci il təvəllüdlü X15 və 10.09.2010-cu il təvəllüdlü X17 adlı iki uşaqları var. Cavabdehlə aralarında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuş və hər uşağa 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21.02.2020-ci il tarixli 2(002)-627/2020 saylı qətnaməsi ilə hər uşağa 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutulması qət edilmişdir. O, 2012-ci ildə Mürşüdova Juletta adlı qadınla ailə qurmuşdur. 29 yanvar 2019-cu il tarixdə Munayət və 27 mart 2020-ci il tarixdə Said adlı iki uşaqları doğulmuşdur. Həmin uşaqları da saxlamaq onun borcudur. O, Rusiya vətəndaşı olmaqla, hal-hazırda heç bir yerdə işləmir. O, üçüncü qrup əlildir, ürəkdən cərrahiyyə əməliyyatı keçirmişdir, işləmək imkanları məhduddur. Arvadı isə ikinci qrup əlildir, onkoloji xəstədir. Hazırda cavabdehin tələb etdiyi məbləğdə alimentin tutulması onun və uşaqlarının yaşayış səviyyəsinin pisləşməsinə gətirib çıxara bilər. İndiyə kimi atası öz pensiyasından güc bəla ilə aliment borcunu ödəyirdi. Lakin hazırda maddi durumu ilə bağlı atasının da alimenti ödəməyə imkanı yoxdur. Ona görə də, məhkəmənin qət etdiyi məbləğdə deyil, hər uşağa 100 manat məbləğində aliment ödəyə bilər. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01 dekabr 2007-ci il tarixdə X9 nikaha daxil olmuşdur. Birgə nikahdan doğulmuş 25.10.2008-ci il təvəllüdlü X15 və 10.09.2010-cu il təvəllüdlü X17 adlı iki uşaqları var. X9 ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Qeyd etmək istəyir ki, birgə nikahdan olan uşaqların qayğıya ehtiyacı vardır. Uşaqların saxlanılması üçün pul tələb olunur. X5i qüvvəyə minmiş qətnamə əsasında hər ay hər uşaqlara görə 340 manat aliment ödəyir. Hazırda qeyd olunan məbləğ uşaqların saxlanılması üçün yetərli deyil. İddiaçı X10 etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddia tələbini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21.02.2020-ci il tarixli, 2(002)-627/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh X1rşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilmiş, 23.01.2020-ci il tarixdən başlayaraq 25.10.2008-ci il təvəllüdlü X11 və 10.09.2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X7 hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, 2 uşaqlarının olması, uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən (nikah və doğum haqqında şəhadətnamələrdən) görünür ki, iddiaçının ikinci ailəsi, övladları var. İddiaçının birinci nikahdan iki, ikinci nikahdan iki, cəmi 4 övladı var. İddiaçının obyektiv olaraq daha artıq aliment ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. İlk iddia tələbi də təmin edilə bilməz. Çünki, ilk iddia üzrə iddiaçıdan ilk iddia üzrə cavabdehin xeyrinə tutulan aliment məbləğinin azaldılması birinci nikahdan olan uşaqların maddi təminatına çox mənfi təsir edə bilər. Bu isə yolverilməzdir. İddiaçının cavabdehlə ailə münasibətlərindən doğulmuş övladları böyüyür və qayğıları gedərək artır. Bu təbii proses olmaqla, nə iddiaçıdan, nə cavabdehdən asılı hal deyil. Hər keçən il ərzində böyüyən uşaqların maddi təminatlarını azaltmaq uşaqların mənafeyi baxımından qənaətbəxş deyil. Əgər iddiaçıdan tutulan aliment məbləği kifayət qədər yüksək həddə olsa idi, aliiment məbləği azaldıla bilərdi. Lakin indi tutulan aliment məbləği elə həddədir ki, cüzi şəkildə belə azaldılacağı təqdirdə bu, uşaqların təminatına ciddi şəkildə təsir etmiş olacaq. Hazırkı iş üzrə tutulan aliment məbləğinin nə azaldılması, nə də artırılmasına əsas verən diqqətəlayiq hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X10 Cavabdeh qarşı «aliment miqdarının azaldılması» tələbinə dair ilk iddiası; Cavabdeh X1rşı «aliment miqdarının artırılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X10 Cavabdeh qarşı «aliment miqdarının azaldılması» tələbinə dair ilk iddiası; Cavabdeh X1rşı «aliment miqdarının artırılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar