Məhkəmə qərarları › İş №2(002)-2260/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2260/2020

21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2260/2020 21.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh X3 iştirakı ilə, İddiaçı LPO «xxxx» ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) cavabdeh X4 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO «xxxx» ASC cavabdeh X4 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə «xxxx» ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 100 ABŞ dolları əsas borc, 26 ABŞ dolları 90 sent faiz, 50 ABŞ dolları 80 sent cərimə, 10 ABŞ dolları 84 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 188 ABŞ dolları 57 sent məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 iddiaçı LPO «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO «xxxx» ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5266 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 % ödənilmək şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borc alan bankdan aldığı krediti və ona hesablanmış faizi ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh X1 müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu 100 ABŞ dolları əsas borc, 26 ABŞ dolları 90 sent faiz, 50 ABŞ dolları 80 sent cərimə, 10 ABŞ dolları 84 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 188 ABŞ dolları 57 sent təşkil edir. Cavabdeh X5 Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşüb. Bununla bağlı cavabdehə bildiriş göndərilmişdir. Lakin bu vaxta qədər cavabdehlə bank arasında yeni müqavilə imzalanmayıb. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Çünki, onun iddiaçıya hər hansı borcu yoxdur. Bu barədə bankın xx xxxxxxxx 2020-ci il tarixli borc öhdəliyinin olmaması barədə məktubu var. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 5266 saylı saylı kredit müqaviləsindən görünür ki, LPO «xxxx» ASC X4 illik 22 % ödənilməsi şərti ilə 24 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı qeyd olunan müqaviləyə istinad edərək, cavabdehdən 100 ABŞ dolları əsas borc, 26 ABŞ dolları 90 sent faiz, 50 ABŞ dolları 80 sent cərimə, 10 ABŞ dolları 84 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 188 ABŞ dolları 57 sent məbləğində kredit borcunun tutulmasını xahiş etmişdir. Lakin LPO «xxxx» ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli **********242 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə cavabdeh X3 bank qarşısında borc öhdəliyi mövcud deyildir. Göründüyü kimi, cavabdehin iddiaçıya qeyd olunan müqavilə üzrə hər hansı borcu yoxdur, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO «xxxx» ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) cavabdeh X4 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO «xxxx» ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) cavabdeh X4 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar