Məhkəmə qərarları › İş №2(002)-2260/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2260/2022

19.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2260/2022 19.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdeh “«X2» MMC-yə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə kompensasiyanın tutulmasına dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X2» MMC-yə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə kompensasiyanın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu təsbit olunmuşdur: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Belə ki, cavabdeh təşkilatın adı iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə “X2” MMC kimi göstərilsə də, Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (e-taxes.gov.az) mövcud olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, VÖEN ********** və hüquqi ünvanı ünvan 1n adı “X1” MMC-dir. Beləliklə, iddiaçı cavabdeh qismində qeyd etdiyi şəxsin eyniləşdirmə və əlaqə məlumatlarını düzgün qeyd etməmişdir. İddiaçının qeyd etdiyi VÖEN ilə AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində başqa şəxs çıxdığına görə hal-hazırkı vəziyyətdə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və ərizədə cavabdehə dair olan bu qeyri-müəyyən məlumatlar barəsində nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırkı iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi (ərizə) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149, 150-ci maddələrində təsbit olunan qaydalara əməl edilməmişdir. İddia ərizəsi (ərizə) prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən sözü gedən nöqsanlar aradan qaldırılması üçün iddia ərizəsi (ərizə) və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh «X2» MMC-yə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə kompensasiyanın tutulmasına dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar