Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2294/2021 05.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(002)-109/2021-ci il saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək İddiaçı 06 sentyabr 2005-ci il təvəllüdlü X2, 24 avqust 2006-cı il təvəllüdlü X3 və 16 oktyabr 2019-cu il təvəllüdlü X1 üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, 03 iyun 2003-cü il təvəllüdlü X5 barəsində təyin olunmuş alimentin hesablanmasına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-109/2021 saylı, 29.01.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Füzuli rayon VVADQ şöbəsində İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2003-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 03 iyun 2003-cü il təvəllüdlü X5, 06 sentyabr 2005-ci il təvəllüdlü X2, 24 avqust 2006-cı il təvəllüdlü X3 və 16 oktyabr 2019-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalmaları, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.07.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən müəyyən müddət keçmişdir, hazırda uşaqlardan 03 iyun 2003-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatmışdır. Hesab edir ki, ona münasibətdə təyin edilmiş alimentə xitam verilməli, həmçinin qalan üç uşağa görə təyin edilmiş aliment azaldılmalıdır. Qeyd etməyi zəruri hesab edir ki, usta işləyir, kirayədə qalır, maddi imkanı zəifdir. Aylıq əmək haqqı orta hesabla 400 manat təşkil edir, həmin məbləğ faktiki olaraq cavabdehə ödənilir, Əşrəfdən sonra isə 350 manat ödəməyə məcbur olacaqdır. Əmək haqqından başqa 60 manat çörək pulu, 80 manat veteran olduğuna görə müavinət alır ki, həmin məbləğlər ona kifayət etmir. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qəti etiraz edir. Belə ki, tərəflər arasında nikah pozulduqdan sonra 4 (dörd) uşaq onun himayəsində qalmışdır, uşaqlardan ikisində ağır dəri xərçəngi xəstəliyi vardır, biri isə azyaşlı olduğundan özü işləyə bilmir. Əşrəfin 18 yaşı tamam olmuşdur, qalan üç uşağa görə ödənilən 350 manatın azaldılması tamamilə qanunsuzdur, həmin məbləğə üç uşağı saxlamaq qeyri-mümkündür. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 815801 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 24 avqust 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Rzayev Xəyalın atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İV seriyalı, 363061 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16 oktyabr 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Rzayev Yusifin atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İ seriyalı, 376353 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03 iyun 2003-cü il tarixdə Füzuli rayonunda anadan olmuşdur. Rzayev Əşrəfin atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İ seriyalı, 662932 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 sentyabr 2005-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur. Rzayev Bayandurun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan 1642 saylı, 08.07.2021-ci il tarixli arayışdan görünür ki, Rzayev X10 rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində bina 18 mənzil 62-də müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan 1643 saylı, 08.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində bina 18 mənzil 62-də müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-109/2021 saylı, 29.01.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Füzuli rayon VVADQ şöbəsində İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2003cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 03 iyun 2003-cü il təvəllüdlü X5, 06 sentyabr 2005-ci il təvəllüdlü X2, 24 avqust 2006-cı il təvəllüdlü X3 və 16 oktyabr 2019-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalmaları, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.07.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan fərdi sahibkar X8 tərəfindən verilmiş 26.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 15.07.2020-ci ildən fiziki şəxs X8 ilə tikintidə qəlibçi usta vəzifəsində işləyir. İşçi ilə işəmuzd əmək müqaviləsi bağlanmışdır və aylıq maaşı 400 (dörd yüz) manat təşkil edir. İşçi gündəlik olmaqla gördüyü işin həcminə uyğun əmək haqqı alır, aylar üzrə iş günlərinin sayına uyğun olaraq əmək haqqı fərqli məbləğlərdə olur, işçiyə ay ərzində hesablanmış əmək haqqı nağd şəkildə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. 3 (üç) və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 113.2.1-ci maddəsinə əsasən, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci bəndinə əsasən, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən müəyyən edildi ki, uşaqlardan X9 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin hesablanmasına onun yetkinlik yaşına çatdığı 03.06.2021-ci il tarixdən xitam verilməsi tələbi əsaslı hesab olunmalıdır. Lakin qalan üç uşağa həmin qətnamə ilə təyin edilmiş alimentin azaldılması üçün hazırda qanuni əsas yoxdur. Belə ki, hazırda cavabdehin himayəsində olan üç azyaşlı uşağın mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ və əvvəlki təminatının səviyyəsi, üç uşağa görə təyin edilməli alimentin miqdarı barədə qanunda nəzərdə tutulan tələblər, himayəsində azyaşlı uşağı olduğundan cavabdehin işləyə bilməməsi, iddiaçının peşəsi, onun orta aylıq əmək haqqının məbləği və dəyişkən qazanca malik olması barədə arayışda qeyd olunanlar, habelə həmin qətnamə üzrə üç uşağa görə faktiki ödənilməli alimentin miqdarı nəzərə alınmaqla, qeyd olunan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və yuxarıda sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin 03 iyun 2003-cü il təvəllüdlü X9 münasibətdə hesablanmasına 03 iyun 2021-ci il tarixdən xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2294/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2294/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver