Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2350/2021 18.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, birinci qrup əlil olduğu üçün hər ay 175 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, xx.xx.2003-cü il tarixdə Cavabdeh ilə Qənbərova (Rzayeva) Xəyalə Bəhlul qızının birgə nikahından doğulmuşdur. Ondan başqa 06.09.2005-ci il təvəllüdlü X5, 24.08.2006-cı il təvəllüdlü X12 və 16.10.2019-cu il təvəllüdlü X13 adında üç qardaşı vardır. Özü xərçəng xəstəsidir, faktiki gözləri görmür, əlil olduğundan əmək qabiliyyəti yoxdur, faktiki anasının himayəsində digər qardaşları ilə birgə yaşayır. Anası ilə atası arasında nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29.01.2020ci il tarixli qətnaməsi ilə pozulmuş, özü də daxil olmaqla dörd uşağa cavabdehin aylıq qazancının yarısı və hər uşağa əlavə 50 manat aliment təyin edilmişdir. Onlar aylıq 400 manat aliment almışlar, lakin onun 03.06.2021-ci il tarixdə on səkkiz yaşı tamam olmuş, ona verilən aliment kəsilmişdir, cavabdehin digər uşaqlara ödədiyi aliment 350 manatdır, özü isə maddi təminatdan məhrum olmuşdur. Hazırda maddi vəziyyəti ağırdır, 18 yaşa kimi xəstəliyinə görə aylıq 150 manat müavinət almışdır, indi isə birinci qrup əlil kimi sənədləşmə ilə məşğuldur. Cavabdeh isə usta kimi işləyir və kifayət qədər qazanca malikdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, aylıq cəmi 400 manat əmək haqqı alır. Hazırda digər uşaqlara 350 manat məbləğində aliment ödəyir. Oğlu İddiaçı yetkinlik yaşına çatmışdır. İddiaçının qeyd etdiyi məbləği ödəməyə maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 saylı, 052000 saylı arayışdan görünür ki, xx.xx.2003cü il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyəti uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması müyarlarının 4.11-ci bəndinə uyğundur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-109/2021 saylı, 29.01.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması, uşağın onun yanında qalması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Füzuli rayon VVADQ şöbəsində Cavabdeh ilə X6 arasında 17 fevral 2003-cü il tarixdə 68 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, birgə nikahdan olan xx xxxx 2003-cü il təvəllüdlü İddiaçı, 06 sentyabr 2005-ci il təvəllüdlü X3, 24 avqust 2006-cı il təvəllüdlü X7 və 16 oktyabr 2019-cu il təvəllüdlü X8 X2 yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.07.2020-ci il tarixdən başlayaraq, Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ No 389511 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikahın pozulması 02 iyun 2021-ci il tarixində qeydə alınmışdır. İş materialarında olan Qaradağ r-nu Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1700 saylı, 16.07.2021-ci il tarixli arayışdan görünür ki, X1 rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində bina 18, mənzil 62-də İddiaçı, X10, X12 və X13 ilə birlikdə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan fərdi sahibkar X11 tərəfindən verilmiş 26.07.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh həqiqətən 15.07.2020-ci ildən fiziki şəxs X11 ilə tikintidə qəlibçi usta vəzifəsində işləyir. İşçi ilə işəmuzd əmək müqaviləsi bağlanmışdır və aylıq maaşı 400 (dörd yüz) manat təşkil edir. İşçi gündəlik olmaqla gördüyü işin həcminə uyğun əmək haqqı alır, aylar üzrə iş günlərinin sayına uyğun olaraq əmək haqqı fərqli məbləğlərdə olur, işçiyə ay ərzində hesablanmış əmək haqqı nağd şəkildə ödənilir. Beləliklə, məhkəmə iclasında izahatlara və mülki iş üzrə yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı yetkinlik yaşına çatmışdır, lakin xərçəng xəstəsi olmaqla sağlamlıq imkanı məhdud olduğundan və əmək qabiliyyəti olmadığından, maddi yardıma ehtiyacı vardır. Məhkəmə, tərəflərin izahatlarını, cavabdehin əmək qabiliyyətli olmaqla peşəsini və aylıq qazancının məbləğini, əvvəl təyin edilmiş alimentin mübahisələndirilmədiyini, cavabdeh tərəfin əvvəl uşaqlara görə aylıq 400 manat, hazırda 350 manat aliment ödədiyini, iddiaçının əvvəlki təminatının səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən, 50 manat həddində əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23.07.2021-ci il tarixindən başlayaraq İddiaçı əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2350/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2350/2021
18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver