Məhkəmə qərarları › İş №2(002)-2370/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2370/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2370/2022 15.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, lakin onun vəkili Vəkil elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəmək istəmədiyini, iddia tələbini qəbul edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki. aşağıdakılara əsasən iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 22 yanvar 2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatında barışıq sazişi imzalanmışdır. Həmin Barışıq sazişinə əsasən Cavabdeh birgə nikahdan olan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ay qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında İddiaçı sonuncu tərəfindən təqdim ediləcək bank kartı hesabına aliment ödəyəcək. Lakin tərəflər arasında barışıq sazişi imzalansa da könüllü qaydada icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, İddiaçı 22 yanvar 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında müraciət etmək əvəzinə o Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən cavabdeh məhkəmə iclasındakı çıxışında da barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəmək istəmədiyini bildirmiş, bunula da məhkəməyə ərizə verilərkən müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.1-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar