Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2422/2023 28.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqının tələbi»-nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri Hissə: İddiaçılar İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqının tələbi»-nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul (20 gün) ayları üçün 2360 manat+520.30AZN məzuniyyət pulu=2880.30 manat olmaqla ödənilməmiş əmək haqlarının, eləcə də 49 manat məhkəmə rüsumunun ödənilməsinə dair iddia tələbimin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə qədər Cavabdeh-ndə davamlı olaraq gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Əmək kitabçasının surətləri əlavə olunur.Şirkətdə onun rəsmi əmək haqqı 600 manat təşkil ediridi. Bu barədə Əmək və Əhalinin sosial müdafiə nazirliyinin alt sistemindən əldə etdiyi sosial arayışdan da aydın şəkildə bilmək olur. Həmin sosial arayışın surəti əlavə olunur. Əmək haqqından tutulan vergi ? digər ödənişlərdən sonra o, 550 manat məbləğində pulu əmək haqqı şəklində alırdı, lakin buna baxmayaarq, o, şirkətdə işlədiyi 2022-ci ilin 6 ayı ərzində şirkət ona rəsmi qaydada əmək haqqı ödəmirdi və büdcə ödənişlərindən yayınırdı. Bundan əlavə, işlədiyi dövrlər ərzində şirkət tərəfindən ona maaş hissə-hissə, yəni 300 manat, 250 manat olmaqla öz şəxsi kartıa və ya nağd şəkildə verilirdi. Mülahizələrinin təsdiqi üçün bir qeyd edir ki, əmək haqqı kartının istifadə müddəti 2022-ci ilin fevral ayında bitəndən sonra şirkət tərəfindən ona yeni əmək haqqı kartı verilmədi. O, isə şirkətin rəhbərliyində çalışan Ramin Səfərovdan xahiş etdi ki, ona yeni əmək haqqı kartı verilsin. O, kartla təmin olunmağına söz versə də, ona hətta iyul ayına kimi yeni əmək haqqı kartı verilmədi və məhz buna görə də maaşını az-az şəkildə qeyri-rəsmi formada verməyə başladılar. Misal üçün qeyd edim ki, 6 iyun 2022-ci ildə şirkət mənə ödəyəcək 5511 manat əmək haqqından onun şəxsi kartına özlərinə məxsus UNİ Bank hesabından 5-0 manat pul yüklədi. Bu faktı təsdiq edən şəxsi bank kartımın bank çıxarışı əlavə olunur.Şirkətin mühasibi Günay İmaməliyeva (051 206 7434) 8 iyul 2022ci ildə ona vatsapla yazaraq bildirdi ki, maaşının bir qismini vermək istəyir, buna görə də şəxsi kartının şəklini istədi. O,da göndərdi. Həmin dövrdə, yəni 14 iyul 2022-c ildə əmək haqqının yarısını özlərinə məxsus UNİ Bank hesabından 300 manat olmaqla şəxsi kartına pul yüklədilər. Bu faktı təsdiq edən şəxsi bank kartımın bank çıxarışı əlavə olunur.Telefon danışıqları zamanı mühasib Günay xanım ona mühasibatlıq hesabatını itirdiyini və şirkətin əmək haqqından ona nə qədər pul ödəməli olduğunu bilmədiyini dedi və qeyd etdi ki, tezliklə bu məsələni araşdıracaq.Növbəti günlərdə mühasib Günay xanım ona vatsapla bildirdi ki, mühasibatlıq hesabatını tapıb və orada iki ayın maaşının göstərildiyini bildirdi. Şirkət 14 iyul 2022-c ildə 300 manat pulu ona ödədikdən sonra, iyun ayı da daxil olmaqla əmək haqqımdan daha nə qədər pul məbləğinin ona ödənilməsini ondan soruşdu. O vatsapda ona yazdı ki, 2022-ci ilin yanvarından iyul ayına qədər bu məbləğ 1350 manat təşkil edir. Bu yazışmadan 12 gün sonra, yəni xx.xx.2022-ci ildə o, işdən öz ərizəmlə azad edildi. 26 iyııl tarixində, yəni işdən azad ediləndən sonra Günay xanımla yenidən telefonla əlaqə saxladı və ondan ona ödəniləsi son haqq hesabın nə qədər olduğunu soruşdu. O vatsapla cavabında şirkət tərəfindən ona ödəniləcək məbləğin 1350+300.58 manat oluğunu bildirdi (vatsap yazışması əlavə olunur). O, isə cavabında hətta iki il ərzində məzuniyyətə çıxarılmadığını və buna görə də həmin ödənişləri də tələb etdi. O vatsapla yazdı ki, əvvəlki məbləğ 1350 manat, üstəgəl məzuniyyət pulu ilə birlikdə 820.28 manat olmaqla şirkət tərəfdən ona ödəniləcək məbləğ təşkil edir. Yəni o, bu məbləğin cəmi 2170 manat olduğunu təsdiq etdi. Vatsap yazışmaları iş materiallarına əlavə edilir.Lakin şirkətin mühasibatlığı əmək haqqını rəsmi qaydada hesablamadığı üçün cəmi məbləğin hesablamasında səhvə yol vermişdir. Belə ki, hər ay üçün ona ödəniləcək əmək 550 manat təşkil etdiyindən şirkət ona fevral, mart, aprel və may ayları üçün 550x4=2220-300 (fevralda qüvvədə olan əmək haqqı kartına 300 karta yüklədilər, kartından çıxarış əlavə olunur)=1900 manat pul ödəməli idi. Yuxarıda qeyd etdiyi 2022-ci ilin iyun və iyul ayları üçün şirkət ona qeyri-rəsmi olaraq cəmi 640 manat ödədiyindən bu iki ay üzrə ona əmək haqqı üzrə 460 manat borclu qaldı.Yəni şirkət mənə cəmi 1900+460=2360 manat məbləğində pul ödəməli idi. Bu barədə Kapital Bankdan aldığı şəxsi debit kartının çıxarışından da aydın şəkildə görmək olur. Həmin çıxarışın surəti də əlavə olunur.Deməli, 2022-ci ilin 6 ayı üçün şirkət əmək haqqı şəklində ona cəmi 2360 manat pul ödəməli idi. Bundan başqa, 2022-ci ilin 6 ayı üçün şirkət ona məzuniyyət pulu da hesablayıb ödəməli idi. Ona görə də şirkət tərəfindən ona ödəniləcək cəmi məbləğ 2360+520.30 azn məzuniyyət pulu şəklində əmək haqqı təşkil edir. Şirkət isə bu pulu ona bu günə qədər ödəməmişdir və müxtəlif bəhanələr gətirərək ödəməkdən də boyun qaçırır. Şirkət onu aldatdığı kimi, dövlət qurumlarını, o cümlədən Dövlət Vergi Xidmətini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini də aldatmış, büdcəyə ödəniləcək məcburi ödənişləri ödəməmişdir. Bununla da şirkət tərəfdən Vergi Məcəlləsinin 83.7-ci, 24.15-1 maddələrinin və Cinayət Məcəlləsinin 213-cü maddəsinin müddəalarının pozulmasında əsaslı şübhələr vardır.Şirkətin VÖEN-i üzrə əldə etdiyi məlumata görə şirkətin VÖEN-i açıqdır, yəni şirkət rəhbərliyi şirkətin müflis elan olunması barədə bildirsə də, VÖEN aktivdir və bu günə şirkətin dövlət büdcəsinə olan vergi borcu: 92161.31 manat təşkil edir. O, şirkətin ona qarşı qanunsuzluq etdiyini görərək, xx.xx.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayət etdi. Müfəttişlik müvafiq araşdırma aparmış və şirkət tərəfdən ona qarşı yol verilmiş qanun pozuntuları, xüsusən də Əmək Məcəlləsinin 83.2-ci maddəsinin müddəalarının pozulduğu aşkarlanmışdır. Müəyyən edilmişdir ki, şirkət əmək haqqı bank hesabına köçürməmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X4 barəsində İXM-nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixi: MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq inzibati tərimə tətbiq olunmuşdur. Müfəttişliyin məktubu əlavə olunur. Daha soma şirkət əmək haqqlarımı mənə ödəmədiyinə görə atam X6 x m telefon vasitəsilə əlaqə saxlamış və aparılmış telefon danışıqlarında Sabir Əliyev tərəfdən ona ödənilməmiş əmək haqlarının olmasını təsdiq etmiş və bunun tezlikə ödənilməsini bildirmişdir. Bu telefon danışıqlarının səs yazısı olan disk iş materiallarına əlavə edilir. İyun ayının 8-də 8 saylı Medasiya Təşkilatı tərəfindən mediasiya sessiyası təşkil olunsa da, Cavabdeh-nin qanuni təmsilçisi X5 ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş və sessiyaya gəlməmişdir. Belə ki, X2 davamlı və təkidli çağırışlarına baxmayaraq Əliyev Sabir ilkin mediasiya sessiyasında iştirak etməməkdə qətiyyətli olmuşdur. Lakin bununla belə Sabir Əliyev mediatorla telefonda danışarkən ona onu təhdid etməkdən də çəkinməmişdir. İddiaçılar-İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər.Əlavə olaraq qeyd edir ki ,2022-ci il üzrə bir neçə ayın əmək haqlarını və işlədiyi dövrlər üzrə məzuniyyət pulunu verməmişdir, ümumiyətlə demək olar ki. Cavabdeh onunla son haqq hesabını aparmamışdır. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heçbir məlumat verməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heçbir məlumat verməmişdir Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə Əlayif oğlu xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, hazırki tələblə bağlı şirkətdə pozuntu aşkar olunub, iddiaçının əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində AR Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci bəndinin hissəsinin tələbləri pozulduğundan cavabdeh Murphy Shipping and Commercial Services Azerbaijan» MMC-nin rəhbəri X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə müvafiq olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN-1496406 nömrəli qərara qəbul edilmiş və son haqq hesabın yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi barədə göstəriş xarakterli məktub ünvanlanmışdır. Müəsisə bu məsələ ilə bağlı bildirirk ki, maddi cəhətdən vəziyyətlri pis olduğundan əmək haqları ödəyə bilmir, həmçnin müəssisə özünü müflisləşməsnin elanı ilə bağlı məhkməyə müraciıt etmişdir .Hesab edir ki hazırki iddia tələbi haqlıdır. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Murphy Shipping and Commercial Services Azerbaijan» MMC-də gömrük rəsmiləşdirilməsi xidmətləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin vətəndaş İddiaçı ərizəsinə cavab olaraq ünvanlanmış **********8 nömrəli xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, 'Murphy Shipping and commercial Services Azerbaijan” MMC-də(bundan sonra- cəmiyyət) əməK hüquqlarınızın pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığınız müraciətə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır.Araşdırma zamanı, cəmiyyətin rəhbərliyinə **********5 saylı 14.11,2022-ci il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin, tələb olunan sənədlərin təqdim olunması cəmiyyət tərəfindən təmin edilməmişdir.Bildiririk ki, Bakı şəhər idarəsinə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli izahatdan və əlavə edilmiş əmək haqqı bank hesabında çıxarışdan son haqq hesabınızın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi pozularaq cəmiyyətin rəhbərliyi tərəfindən əmək haqqı bank hesabınıza köçürülmədiyi müəyyən edilmişdir. Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək və məşğulluq alt sistemi”-nə baxış keçirilən zaman Sizinlə rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən : birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən edilmişdir. Bununla da, Cavabdeh MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunaraq inzibati tənbeh növü olan inzibati cərimə tətbiq olunmuşdur.Müraciətinizdə qeyd edilmiş məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti tərəfindən sorğuya cavab olaraq göndərilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN-129263 nömrəli qərara əsasən İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan Cavabdeh MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə barəsində 1000 manat cərimə inzibati tənbeh vermə növü tətbiq edilmişdir. İş materialarında olan xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməsinə dair arayışdan görünür ki, iddiaçı tərəfindən qarşı tərəflə onun arasında əmək mübahisəsinin həlli üçün mediasiya şurasına müraciət edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasında əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 9-cu maddəsində nəzərdə tutulmuş işçinin malik olduğu hüquqlardan biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ qeyd edilmişdir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində göstərilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin139.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Həmin Məcəllənin 172 1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələri də daxildir. Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında ” Azərbaycan Respubikası 9.1.14-cü maddəsinə əsasən bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatda əmək müqaviləsi əsasında 2019-2022-ci illərdə işləmiş və əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verilmişdir. İddiaçı hazırki iddia tələbi ilə cavabdeh tərəfindən ona 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul (20 gün) ayları üçün əmək haqlarının və işlədiyi dövr üçün məzuniyyət pullarının düzgün hesablanıb ödənilmədiyini bildirərək, cavabdehdən cəmi 2880.30 manat məbləğində əmək haqqı tələb etmişdir. Cavabdeh tərəf isə məhkəmə iclasının vaxtı və yeri barəsində bildirişlərin göndərilməsinə baxmayaraq heç bir məhkəmə iclasına gəlməmiş və iddia tələbinə etiraz etməmişdir Həmçinin, məhkəmədə tədqiq edilmiş X1 müvafiq məktubu və nümayəndəsinin izahatı, iddiaçının izahatı və digər mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, işəgötürən qismində cavabdeh işçi qismində iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə öz öhdəliklərini lazimi qaydada icra etməmiş, işçilərə son haqq hesab əmək haqqı məbləği lazimi qaydada ödənilməmiş, habelə işçi ilə son iş günü haqq-hesab edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı işəgötürən qismində çıxış edən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9,83,87, 144,156,172,173-cü maddələrinin tələbləri pozulması halı müəyyən edilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər (X3 tərəfindən hesablanmış son haqq-hesab sənədləri) əsasında müəyyən edilmişdir ki, işəgötürən qismində çıxış edən cavabdehin işçi qismində çıxış edən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu, lakin ödənilməyən və beləliklə son haqq-hesab üzrə Əmək Məcəlləsinin normalarını kobudcasına pozduğuna görə- Murphy Shipping and commercial Services Azerbaijan” MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə barəsində 1000 manat cərimə inzibati tənbeh vermə növü tətbiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, qismən təmin edilməlidir.Belə ki, iddiaçı hazırki iş üzrə iddia tələbi üzrə ona ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun cəmi 2880.30 manat məbləğində olmasını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir, lakin işəgötürən tərəfindən iddiaçının son haqq-hesabı üzrə Əmək Məcəlləsinin normalarının kobudcasına pozulduğu İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN-129263 nömrəli qərar ilə təsdiqini tapdığından məhkəmə hesab edir ki, hazırki iddia qismən təmin edilərək, Cavabdeh MMC tərəfindən İddiaçı xeyrinə ödənilməyən son haqqhesab ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, əmək haqqının və son haqq-hesabının ödənilib-ödənilməməsi ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Çünki əmək haqqının və son haqqhesabının ödənilib-ödənilməməsi faktı barədə işçinin sübut etməsi onun imkanı xaricindədir. Əmək münasibətlərində müvafiq faktlarla bağlı sənədlər işəgötürən tərəfindən rəsmiləşdirildiyi üçün bütün sübutlar işəgötürəndə olur. Lakin məhkəmə araşdırması zamanı cavabdehdən iddiaçıın tələblərinə dair sübutların təmin edilməsi ilə bağlı dəfələrlə bildirişlər göndərilsə də, hətta telefon vasitəsi ilə əlaqə saxlanılsa da, bununla bağlı zəruri sənədlər məhkəməyə təqdim olunmamış, habelə məhkəməyə gəlməməklə iddiaçıların tələbinə cavabdeh tərəfindən hər hansı etiraz bildirilməmiş və əmək haqqının və son haqqhesabının ödənilib-ödənilməməsi barədə heç bir dəlil təqdim edilməmişdir. Beləliklə işin sadalanan hallarından, Əmək Müfəttişliyi tərəfindən cavabdeh barəsində tərtib olunmuş inzibati xəta barəsində protokoldan və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyükimi işəgötürən Cavabdeh MMC tərəfindən iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri açıq-aşkar pozulmuşdur. Bu səbəbdən də məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən-təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməyən əmək haqqı və son haqq-hesabı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməyən son haqq-hesab ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2422/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2422/2023
28.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver