Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2478/2020 11.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nünayəndəsi və vəkili X1, Cavabdeh X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X10, xx xxxxxx 2009-cu il təvəllüdlü X11 və xx xxxx 2012-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə evli olduqları ilk vaxtlarda münasibətləri normal olsada lakin sonradan cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Bütün bunlara son qoymaq üçün o qohumlarını işə qarışdırmaq məcburiyyətində qalmışdır. O, ərinin xasiyyətində ciddi dəyişikliklərin olduğunu müşahidə etməyə başlamış, bu səbəbdən yay aylarında boşanmaq qərarına gəlmişdir. Lakin ərinə bunu dedikdə valideynləri onu tənbeh etmiş, ondan bir daha şans verməsini xahiş etmişlər. Həmin vaxt cavabdeh dəyişəcəyinə, ailəsinə baxacağına söz vermişdir. Cavabdeh faktiki işləsə də evin və ailənin bütün dolanışacağını o və qohumları təmin edir. Cavabdeh uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün heç bir yardım göstərmir. Onun üçün də uşaqlarının saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, onun təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan AZ-І seriyalı, 277841 nömrəli, xx xxxxxx 2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında xx xxxxxx 2007-ci il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-І seriyalı, 998711 nömrəli, xx xxxxxxx 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materialında olan Azərbaycan Respublikası Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 014188 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli doğum haqqında şəhadətnamənnin notariusda təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2009-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materialında olan Azərbaycan Respublikası Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-ІІ seriyalı, 886739 nömrəli, xx xxx 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materialında olan “X16 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli, 32 nömrəli arayışdan görünür ki, Cavabdeh xx xxxx 2006-cı il tarixdən etibarən “X16 Kompani S.A” şirkətində 1 saylı neft və qazçıxatma sexində neft və qazçıxarma üzrə operator vəzifəsində çalışır və orta aylıq əmək haqqı 881 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası xx xxxx 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X5 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1 və 76.1.3-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X10, xx xxxxxx 2009-cu il təvəllüdlü X11 və xx xxxx 2012-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur, hazırda həmin uşaqlar iddiaçının yanında olmaqla, cavabdeh uşağın saxlanılması ilə bağlı iddiaçıya könüllü olaraq maddi yardım göstərmir. Bu səbəbdən iddiaçı uşaqlarını maddi cəhətdən saxlamaqda çətinlik çəkir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq, Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilsin. xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq, Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2478/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2478/2020
11.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver