Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2493/2020 11.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(002)-629/2014 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 və X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarının hər uşağa görə 150 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X9 izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlayaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü X10 və X6 adında iki əkiz uşaqları doğulmuşdur. Sonradan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(002)-629/2014 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, uşaqların ananın yanında qalması və xx.xx.2016-cı il təvəllüdlü əkiz uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçının aylıq qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan qeyd olunan uşaqlar üçün iddiaçı hər ay öz əmək haqqından 615 manat məbləğində cavabdehin xeyrinə aliment ödəyir. Lakin iddiaçı xx.xx.2016-cı il tarixdə ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü Mehdizadə Ömər Əvəz oğlu adında bir uşağı doğulmuşdur. Həmçinin iddiaçı Bakı şəhərində məcburi köçkündür, yeni ailəsi ilə birlikdə kirayədə yaşayır. Bundan əlavə, iddiaçının valideynləri yaşlı və xəstədir, iddiaçı onlara da köməklik göstərir. Bu səbəbdən maddi vəziyyətində çətinlik yaranmışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qəti etiraz edir. Belə ki, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X10 və X6 adında iki əkiz uşaqları onun himayəsindədir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(002)-629/2014 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçının aylıq qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh qət edilmiş alimentdən başqa uşaqların təhsil xərclərində və saxlanılmasında iştirak etməmişdir. Həmin vaxtdan altı ildən artıq vaxt keçmiş, uşaqların ehtiyacları və xərcləri daha da artmışdır. Uşaqların hər biri hazırda yeddinci sinifdə oxuyur. Hər ikisi də üç fənndən əlavə məşğələyə gedir və məşğələnin hər biri 50 manat qiymətindədir. Eyni zamanda uşaqlar musiqi məktəbində də təhsil alırlar. Onun müəllimə kimi aylıq gəliri uşaqların tələbatlarını təmin etməyə imkan vermir. İddiaçı isə boşanmadan əvvəl işlədiyi “Azfen” şirkətində işləməyə hazırda da davam edir, bu illərdə onun vəzifəsi və əmək haqqı artmışdır. Onun iş yerində heç bir dəyişiklik yoxdur, aylıq qazancı isə azalmamış, əksinə artmışdır, iki uşağa görə aylıq qazancın 1/3 hissəsində təyin edilmiş aliment həmin uşaqların qanuni payıdır. Ona görə də alimentin azaldılması tələbi tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 082595 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 814297 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mehdizadə Ömər Əvəz oğlu xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mehdizadə Ömərin atası İddiaçı, anası X2r. İş materiallarında olan X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X11 icarəçi İddiaçı X5 məxsus Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 42b, 45 saylı mənzili icarəyə vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, icarəyə verilən sahə üçün icarəçi hər ay 200 manat icarə haqqı ödəyir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(002)-629/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X10 və X6 adlı uşaqların Cavabdeh yanında qalmaları, xx.xx.2006-cı il təəvllüdlü X4 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2014cü il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 365088 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mehdizadə Fidanın atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİ seriyalı, 365089 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mehdizadə Xuramanın atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhər Mədəniyyət Baş İdarəsi 5 Nömrəli X14 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 118 saylı arayışdan görünür ki, X6 5 Nömrəli X8 fortepiano ixtisası üzrə 5-ci sinif şagirdidir. İş materiallarında olan Bakı şəhər Mədəniyyət Baş İdarəsi 5 Nömrəli X14 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 119 saylı arayışdan görünür ki, X10 5 Nömrəli X8 kamança ixtisası üzrə 5-ci sinif şagirdidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 (iki) uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi. 76.1.3. 3 (üç) və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(002)-629/2014 saylı qətnaməsi ilə iki uşağa görə iddiaçının aylıq qazancının 1/3 hissəsi miqdarında təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün hazırda qanuni əsas yoxdur. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan hal-hazıradək iddiaçı əmək fəaliyyətini davam etdirməklə aylıq qazanca malikdir, həmçinin ikinci nikahdan olan uşaq da nəzərə alınmaqla Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2 və 76.1.3-cü maddələrinə əsasən aliment baxımından aylıq qazancın iki uşağa görə hesablanmalı hissəsi də dəyişmir (yəni 3 uşağa görə aliment təyin olunsaydı aylıq qazancın ½ hissəsi əsas götürülməli idi ki, bu halda hər uşağın payı 1/2:3=1/6 olacaqdı, iki uşağın payı isə yenə 1/6+1/6=2/6=1/3 olaraq qalacaqdı). Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin mötəbərliyi isə müqavilədə qeyd olunan mənzilin icarəyə verənə deyil, başqa şəxsə məxsus olmasının qeyd olunması, habelə iddia ərizəsində iddiaçının yaşayış ünvanının fərqli göstərilməsi səbəbindən şübhə doğurur. Bundan əlavə, qanuni nisbətdə təyin edilmiş alimentin miqdarının altı il sonra azaldılması azyaşlı uşaqların mənafeyinə və qanunvericiliklə (o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı ilə) müəyyən edilmiş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə ziddir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(002)-2493/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2493/2020
11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver