Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2665/2024 18.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə aliment tutulmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 31 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2011-ci təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 iki övladları var. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-125/2019 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuş və hər iki övladı ananın himayəsinə verilmişdir. Həmin vaxtdan da iki uşağın saxlanılması üçün aliment tələbi qoyulmuş və məhkəmənin qətnaməsi ilə 320 manat aliment təyin olunmuşdur. Boşandıqları gündən övladı – xx.xx.2011-ci təvəllüdlü X7 onunla birgə yaşayır. Buna baxmayaraq, o, hər iki övladının alimentini ödəmişdir. Cəfərov Yusif onunla birlikdə yaşamağı istəmiş və bununla bağlı Qaradağ rayon Məhkəməsinə Y.Cəfərovun onun himayəsinə verilməsi barədə müraciət etmişdir. Y.Cəfərovun azyaşlı olması nəzərə alınaraq iddiası təmin edilməmişdir. Lakin oğlu 2024-cü il də daxil olmaqla, onunla birlikdə yaşadığı halda anasına aliment ödəmişdir. X1 himayəsini öz üzərinə götürmək üçün iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir və işə tam, hərtərəfli və obyektiv baxaraq hakim Günay Həşimova xx.xx.2024-cü il tarixli 2(002)-171/2024 saylı iş üzrə onun iddiası təmin edilmiş, oğlu Yusif Cəfərovun onun himayəçiliyinə verilməsini qət etmişdir. Odur ki, yuxarıda qeyd etdiyi xüsusatları, oğlunun onun himayəsində, qızının isə anasında qalmasını nəzərə alaraq, Cavabdeh aliment tələb edir. Maaşı az olduğu üçün Cəfərov Yusifin də tələbatları çox olduğu üçün tam ödəyə bilmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-171/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «uşaq» tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X7 İddiaçı himayəsinə verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-125/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və uşaqların atada qalması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X6 arasında 31 may 2010-cu il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində 233 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2011-ci təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları X2 yanında saxlanılmışlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)- 1669/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2011-ci təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyun 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat, xx.xx.2017-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək 30 manat sabit pul məbləğində alimentin İddiaçı X2 xeyrinə tutulması, İddiaçı 30 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda sadalanan məhkəmə aktları ilə müəyyən edilmiş hallar aşkar olmaqla, onların hazırda mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bakı 14 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/14/2024-00378 saylı arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci, 10 manat kargüzarlıq xidmətlərinə dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İşin faktiki hallarından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 İddiaçı himayəsində yaşayır. İddiaçı əmək haqqı az olduğundan onun himayəsinə verilmiş övladının saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirir və övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Məhkəmə vurğulayır ki, valideynlər uşaqlarına baxmağa, maddi və mənəvi qayğılarını qarşılamağa borcludurlar. Uşaqların qayğılarının həll edilməsi yükünün yalnız bir valideynin çiyinlərinə qoyulması qanuni və ədalətli deyil. Məhkəmə hesab edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsi verməkdə haqlı olsa da, alimentin 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu əsas götürülməklə tutulmasını tələb etməsi əsaslı deyil. Yuxarıda vurğulandığı kimi, hər iki valideyn uşaqlarına baxmağa, maddi və mənəvi qayğılarını qarşılamağa borcludurlar. Aliment təyin edilərkən, məhkəmə uşaqların mənafeyini ilə yanaşı, cavabdehin maddi vəziyyətini də nəzərə almalıdır. Digər tərəfdən, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Belə olan halda, tərəflərin qanun qarşısında bərabərliyi, onların maddi vəziyyəti və ədalət prinsipi nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə 1 uşağa görə eyni miqdarda, yəni hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 39 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Tələb edilmədiyindən ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 39 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2665/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2665/2024
18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver