Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2673/2023 04.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazanc və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2012-ci il tarixdə Hökümə adlı övladladları dünyaya gəlmişdir. Hazırda cavabdeh ailəsinə maddi köməklik göstərmir və övladına biganə yanaşır. O uşağı təkbaşına saxlamaq məcburiyyətindədir. Bu isə onun üçün çox çətindir. Hesab edir ki, övladının saxlanılması üçün cavabdeh də, maddi cəhətdən köməklik göstərməlidir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, izahatında bildirdi ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu səbəbdən məhkəmədən iş üzrə icrata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4835/2016 saylı, 31 avqust 2016-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilərək, X3 və Cavabdeh arasında 08 iyun 2007-ci il tarixdə bağlanmış və Səadət Sarayında 1410 nömrə ilə qeyd edilmiş nikahın pozulması, həmin nikahdan olan X2 anası Hacıyeva (Rzayeva) Nahidə Əhmədxan qızının yanında qalmasının müəyyən edilməsi, 04 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 iyul 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq Hacıyeva (Rzayeva) Nahidə Əhmədxan qızına verilməsi qət edilmişdir. Bu səbəbdən iddiaçının həmin cavabdehə qarşı yenidən iddia ərizəsi ilə məhkəmədə iddia qaldırması yolverilməzdir. Bu ondan irəli gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2673/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2673/2023
04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver