Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2687/2022 02.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Hüseynova İradə Vəkil qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə ilk iddiası, Cavabdeh İddiaçı qarşı uşağın atanın himayəsindən alınaraq ananın himayəsinə verilməsi və aliment tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, alimentin tutulmasının 02 sentyabr 2015-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı uşağın atanın himayəsindən alınaraq ananın himayəsinə verilməsi və aliment tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 31 dekabr 2012-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi, İddiaçı həmin uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2009-cu ildə faktiki nikaha daxil olaraq nikahlarını 19 may 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 adında iki uşaqları doğulmuşdur. Yardımlı Rayon Məhkəməsinin 2(038)-308/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 19 may 2012-ci il tarixdə 562 nömrəsi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 14 avqust 2009-cu il tarixdə doğulmuş X2 və 31 dekabr 2012-ci il tarixdə doğulmuş X3 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Həmin vaxtdan cavabdeh uşaqların onun himayəsinə verilməsinə hər hansı etirazının olmadığını bildirmiş və uşaqlar onun himayəsində saxlanılmışdır. Uşaqlar onun himayəsinə veriləndə cavabdeh uşaqların saxlanması üçün maddi köməklik göstərəcəyini bildirmişdir. Lakin bugünədək cavabdeh uşaqların saxlanması üçün hər hansı maddi yardım göstərməmişdir. O, hazırda ailəli olmaqla ikinci nikahından da bir uşağı vardır. İşləsə də, maddi olaraq böyük çətinlik çəkir. Hesab edir ki, cavabdeh bir ana kimi uşaqların saxlanmasında maddi cəhətdən iştirak etməli və aliment ödəməlidir, cavabdeh bir müddət müğənni kimi işləmiş, maddi imkanı yaxşı olmuşdur. Qarşılıqlı iddia isə tam əsassızdır, Murad ümumiyyələ cavabdehi tanımır, uşağın cavabdehə verilməsi mümkünsüzdür. Qeyd olunanlara əsasən, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Hüseynova İradə Vəkil qızı izahat verərək bildirdi ki, cavabdeh onun qızıdır. Yardımlı Rayon Məhkəməsinin 2(038)- 308/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsində 19 may 2012-ci il tarixdə 562 nömrəsi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 14 avqust 2009-cu il tarixdə doğulmuş X4 və 31 dekabr 2012-ci il tarixdə doğulmuş X3 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Həmin vaxt iddiaçı cavabdeh və ailə üzvlərinə hədə-qorxu gəlməklə uşaqların onun yanında qalmasına razılıq verməsə cavabdehi öldürəcəyini bildirmişdir. Bu səbəbdən həmin vaxt uşaqların atalarının himayəsində qalmasına cavabdeh etiraz etməmişdir. Lakin tərəflər arasında olan digər razılaşmaya əsasən iddiaçı uşaqlarla ünsiyyət üçün şərait yaratmalı idi. İddiaçı bununla razılaşsa da, sonradan cavabdehlə uşaqların ünsiyyətinə süni maneələr yaratmış, daha sonra cavabdeh uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)- 742/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 14 avqust 2009-cu il təvəllüdlü X4 və 31 dekabr 2012-ci il təvəllüdlü X8 ilə hər ayın ikinci və dördüncü həftəsinin şənbə günü saat 10:00dan saat 17:00-a qədər Yardımlı şəhərində ünsiyyətdə olması üçün görüşün verilməsi qət edilmişdir. Lakin qətnamə icra edilməmiş, bunun da nəticəsində cavabdeh uşaqları ilə ünsiyyətdə olmaq imkanından məhrum olunmuşdur. Ona görə də indi Murad cavabdehi ana kimi tanımadığını bildirir. Hazırda cavabdeh uşaqlarından xx.xx.2012-ci il təvəllüdlü X3 iddiaçıdan alınaraq onun himayəsinə verilməsini tələb edir. Eyni zamanda bildirir ki, cavabdeh hazırda işləsə də, 300 manat əmək haqqı alır, onun 100 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Düzdür, cavabdeh bir müddət müğənni kimi işləmiş, maddi imkanı yaxşı olmuşdur, avtomobili vardır, lakin qardaşı İİ Qarabağ müharibəsində şəhid olduqdan sonra müğənni kimi fəaliyyətini dayandırmışdır. Qeyd olunanlara əsasən, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə dinlənilən 31 dekabr 2012-ci il təvəllüdlü X8 bildirdi ki, atasının yanında qalmaq istəyir, Cavabdeh tanımır. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Komissiyanın rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını, doqquz yaşı tamam olmuş uşağın fikrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı, 020941 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Sərhəngli Muradın anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarında olan AZ-İİ seriyalı, 433260 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. Sərhəngli Canpoladın anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 2(038)-308/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsində 19 may 2012-ci il tarixdə 562 nömrəsi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 14 avqust 2009-cu il tarixdə doğulmuş X2 və 31 dekabr 2012-ci il tarixdə doğulmuş X3 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 219835 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikahın ləğv edilməsi 03 noyabr 2015-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 716 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, yaşayır və aşağıdakı ailə tərkibi vardır: həyat yoldaşı X11, oğlu X4, oğlu X8 və oğlu X7. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 2(038)-742/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 14 avqust 2009-cu il təvəllüdlü X4 və 31 dekabr 2012-ci il təvəllüdlü X8 ilə hər ayın ikinci və dördüncü həftəsinin şənbə günü saat 10:00-dan saat 17:00-a qədər Yardımlı şəhərində ünsiyyətdə olması üçün görüşün verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X17 Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən “X18” MMC-də Suraxanı rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üçün köməkçi vəzifəsində çalışır, aylıq əmək haqqısı 300 manatdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh barəsində çıxarışdan görünür ki, HYUNDAİ TUCSON minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının 22 noyabr 2022-ci il tarixli 4/169 saylı rəyindən görünür ki, araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı Cavabdeh ilə ayrı yaşayır. Azyaşlılar 14 avqust 2009-cu il təvəllüdlü X4 və 31 dekabr 2012-ci il təvəllüdlü X8 ataları İddiaçı himayəsindədirlər. İddiaçı oğla ünvan 2 ünvanında həyat yoldaşı və üç azyaşlı övladı ilə birgə yaşayır. Mənzil İddiaçı məxsusdur. Ümumi sahəsi 38.5 kv.m olan mənzil orta təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. İddiaçının şifahi məlumatına əsasən, o, hal-hazırda Binə Ticarət Mərkəzində satıcı işləyir. İddiaçı X13 ilə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. İddiaçı işdə olduğu vaxtlarda azyaşlı X3 qayğısı və tərbiyəsi ilə iddiaçının ikinci həyat yoldaşı X13 məşğul olur. Azyaşlı 31 dekabr 2012-ci il təvəllüdlü X1 qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbdə təhsil alır. Cavabdeh ünvan 3 ünvanında anası ilə birgə yaşayır. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Cavabdeh “X18” MMC-də Suraxanı rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, Komissiya üzvlərinin iştirakı ilə xx.xx.2012-ci il təvəllüdlü X8 ilə ayrıca söhbət aparılmış, onlardan valideynlərindən kimin yanında qalması barədə fikri öyrənilmişdir. Söhbət zamanı azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X8 atası İddiaçı daha çox bağlı olduğunu və onunla qalmaq istədiyin bildirmişdir. Komissiya təqdim olunmuş sənədlərlə tanış olaraq, yerində aparılan araşdırma və söhbətlərin nəticəsində əldə olunmuş məlumatı, azyaşlının mənafeyini, psixoloji durumunu, azyaşlının dəfələrlə ifadə etdiyi istəyini və digər zəruri halları nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2, 52 və 63-cü maddələrinin tələblərinə uyğun olaraq, 31 dekabr 2012-ci il təvəllüdlü X3 atası İddiaçı yanında və himayəsində saxlanılmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 (iki) uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 7.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.5-ci bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Beləliklə, məhkəmə, izahatları, doqquz yaşı tamam olmuş uşağın fikrini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi, yaşı, doqquz yaşına çatmış uşağın fikri, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, Cavabdeh aylıq əmək haqqının məbləği, əmlak vəziyyəti, İddiaçı əmək qabiliyyətli olması, cavabdehin aylıq qazancının 1/3 hissəsinin uşaqların maddi təminatı baxımından azlığı və uşaqlar üçün yaşayış minimumu həddinin təmin edilməsi zərurəti nəzərə alınaraq, ilk iddia qismən təmin edilməli, 05 sentyabr 2022-ci il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, yuxarıda qeyd olunanlar, o cümlədən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, uşağın fikri və hazırda cavabdehi tanımadığı nəzərə alınaraq, qarşılıqlı iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia qismən təmin edilsin. 05 sentyabr 2022-ci il tarixindən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2687/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2687/2022
02.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver