Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2688/2022 02.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı «bağışlamadan imtina edilməklə bağışlanma müqaviləsinin ləğv edilməsi,mənzilə verilmiş çıxarışın ləğv edilməsi,mənzilin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı «bağışlamadan imtina edilməklə bağışlanma müqaviləsinin ləğv edilməsi,mənzilə verilmiş çıxarışın ləğv edilməsi,mənzilin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh arasında Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,B.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən ümumi sahəsi 180.67 kv.m olan yaşayış sahəsi,71.7 kv.m yardımçı sahəsi,108.97 kv.m olan 4 otaqlı fərdi yaşayış evə dair Bakı şəhəir 45 saylı Notariat ofisində bağlanmış 18 oktyabr 2021-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh adına Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,B.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən ümumi sahəsi 180.67 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və evin əvvəlki vəziyyətinə qaytarılması (bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi);o İddiaçı2 ilə Cavabdeh arasında ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 47.4 kv.m olan yaşayış sahəsi,27.7 kv.m yardımçı sahəsi,19.7 kv.m olan 1 otaqlı mənzilə dair Bakı şəhəri 45 saylı Notariat ofisində bağlanmış 14 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh ümumi sahəsi 47.4 kv.m olan yaşayış sahəsi,27.7 kv.m yardımçı sahəsi,19.7 kv.m olan 1 otaqlı evə verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi,ev29ünvandayerləşənümumisahəsi 180,67 kv.m olan yaşayış sahəsi, 71,7 kv.m yardımçı sahəsi, 108,97 kv.molan4otaqlıfərdiyaşayış evi mülkiyyət hüququ əsasında o-İddiaçı1 məxsus olmuşdur. Həmin əmlakı həyat yoldaşı İddiaçı2 ilə birgə nikah dövründə əldə etmişdir. ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 47,4 kv.m olan yaşayış sahəsi, 27.7 kv.m yardımçı sahəsi, 19,7 kv.m olan 1 otaqlı mənzili mülkiyyət hüququ əsasında o- İddiaçı2 məxsus olmuşdur. Həmin əmlakı həyat yoldaşı İddiaçı1 ilə birgə nikah dövründə əldə etmişdir. Cavabdeh onlarınoğludur.Onlarınikioğluvardır.Cavabdeh onların böyük oğlu, X2isəkiçikoğludur və onlardan başqa övladı yoxdur. O-İddiaçı1 2017-ci ildən ağır formada xəstədir və“yarımkürələrədəqiqləşdirilməmiş beyindaxili qansızma, beyin qan dövranının sağ beyin yarımkürəsindəkəskinhemmoragik insult tipli pozğunluğu, soltərəfli hemiplegiya, sensor bə motor afaziya dissirkulyatorensefalopatiya İİ mərhələ, essinsial (birincili) hipertenziya, İİİ dərəcə diaqnozu ilə müddətsiz Birici dərəcəli əlildir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır və bu Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsində də öz əksini tapmışdır. O özü sərbəst surətdə hərəkət edəbilmədiyindən ailə üzvlərinin köməkliyi ilə hərəkət edirə. Cavabdeh olan oğlu Cavabdeh Şahmalı oğlu da onlara bundan sonra yaxşı baxacağını bildirdiyindən, eləcə də özü ağır formada xəstə olduğundan, həyat yoldaşı da yaşlı və xəstə olduğundan həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi, lakin çıxarışa əsasən ona məxsus olan mülkiyyətində olan əmlakı Cavabdeh bağışlamaq qərarına gəldilər. O bir ana olaraq cavabdehə inanıb 18 oktyabr 2021-ci il tarixdə öz mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi,B.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən ümumi sahəsi 180.67 kv.m olan yaşayış sahəsi,71.7 kv.m yardımçı sahəsi 180.97 kv.m olan 4 otaqlı fərdi yaşayış evi notariat qaydasında oğluna bağışlamışdır.Bundan sonra cavabdeh xx.xx.2021ci il tarixdə həmin mənzilə dair öz adına çıxarış almış, onun mülkiyyətində olan mənzil cavabdehin mülkiyyətinə keçmişdir. O birinci qrup əlil olduğundan və kənar şəxsin qulluğuna ehtiyacı olduğundan oğlu Cavabdeh ona baxıcı təyin olunmuş və buna görə də dövlət tərəfindən ona əlavə müavinət ödənildiyindən bağışlama müqaviləsində əlavə şərt kimi onlara baxmaq vəzifəsi qeyd edilməmişdir. Lakin mənzil cavabdehin mülkiyyətinə keçəndən bir az sonra oğlu bir valideyn kimi ona və atasına baxmamış, onlara qarşı münasibəti dəyişmişdir. O birinci qrup əlildir və daima olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bundan istifadə edən cavabdeh qəsdən müddəti uzadaraq gələcəkdə onun iddia qaldırmaq üçün müddətin keçməsini gözləyir. O dəfələrlə cavabdehə müraciət edərək onlar valideynlərinə qayğı göstərməsini tələb etmiş, əks təqdirdə isə bağışladığı mənzili ona qaytarmasını bildirmişdir. Cavabdeh isə onun dediklərinə məhəl qoymayaraq onlar valideynlərinə baxmamış və evi qaytarmaqdan da imtina etmişdir. Oğlu mənzili öz adma rəsmiləşdirəndən sonra onlar valideynlərinə baxmamışdır. Mənzili bağışlayarkən cavabdehin ona qarşı bir övlad kimi münasibətinin yaxşı olmasını güman etsə də, əksinə əmlakı ona bağışladıqdan sonra oğlu onlara qarşı münasibəti dəyişmiş, öz hərəkətləri ilə onun daha da ağır vəziyyətə düşməyimə şərait yaradır. Bundan başqa oğlu mənzil bağışlanarkən bildirmişdir ki, o mənzilə olan istifadə hüququndan tam istifadə edərək həmin mənzildə yaşamağı üçün bütün şəraitini təmin edəcəkdir. Lakin oğlum bu vədinə də əməl etməyərək nəinki onun yaşamağı üçün şəraiti təmin etməmiş, hətta onu evdən çıxartmaq və evi satmaq istəyir. Cavabdeh ona baxmalı olduğuna görə dövlət tərfındən ona hətta pul (müavinat) da ödənilir. O onun pensiya kartından istifadə edərək onun pensiyasını özü götürür. O- İddiaçı2 yaşlı və xəstədir. Həyat yoldaşı İddiaçı1 2017-ci ildən ağır formada xəstədir və “yarımkürələrə dəqiqləşdirilməmiş beyindaxili qansızma, beyin qan dövranının sağ beyin yarımkürəsində kəskin hemmoragik insult tipli pozğunluğu, soltərəfli hemiplegiya, sensor bə motor afaziya dissirkulyator ensefalopatiya İİ mərhələ, essinsial (birincili) hipertenziya, İİİ dərəcə diaqnozu ilə müddətsiz Birici dərəcəli əlildir. Həyat yoldaşının kənar şəxsin qulluğuna ehtiyacı vardır və bu Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsində də öz əksini tapmışdır. O özü sərbəst surətdə hərəkət edə bilmədiyindən ailə üzvlərinin köməkliyi ilə hərəkət edir.O özü də xəstə olmağına baxmayaraq çox çətinliklə öz həyat yoldaşına baxır. Hazırkı səhhəti həyat yoldaşına həddindən artıq həm fiziki həm də mənəvi əziyyət verir. Ona görə də bəzən çox pis vəziyyətdə olur,,qəbul etdiyi qərarların mahiyyətini tam dərk edə bilmir. Qərarlarına etiraz etdikdə isə emossional vəziyyəti kəskinləşir. Buna görə də o onlara məxsus əmlakın övladına bağışlamasına etiraz edə bilməd. Cavabdeh olan oğlu Cavabdeh da onlara bundan sonra yaxşı baxacağını bildirdi. O bir valideyn olaraq cavabdehə inanıb eləcə də həyat yoldaşına etiraz edə bilmədiyindən 14 oktyabr 2021-ci il tarixdə öz mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 47,4 kv.m olan yaşayış sahəsi, 27.7 kv.m yardımçı sahəsi, 19,7 kv.m olan 1 otaqlı mənzili notariat qaydasında oğluna bağışlamışdır. Bundan sonra cavabdeh xx.xx.2021-ci il tarixdə həmin mənzilə dair öz adınaa çıxarış almış,onun mülkiyyətində olan mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Lakin mənzil cavabdehin mülkiyyətinə keçəndən bir az sonra oğlum bir valideyn kimi ona və anasına baxmamışdır. O özü yaşlı və xəstədir. Həmçinin həyat yoldaşı birinci qrup əlildir və daima olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bundan istifadə edən cavabdeh qəsdən müddəti uzadaraq gələcəkdə onun iddia qaldırmaq üçün müddətin keçməsini gözləyir. O dəfələrlə cavabdehə müraciət edərək onlar valideynlərinə qayğı göstərməsini tələb etmiş, əks təqdirdə isə bağışladığı mənzili ona qaytarmasını bildirmişdir. Cavabdeh isə onun dediklərinə məhəl qoymayaraq valideynlərinə baxmamış və evi qaytarmaqdan da imtina etmişdir. Oğlu mənzili öz adına rəsmiləşdirəndən sonra onlar valideynlərinə baxmamışdır. Mənzili bağışlayarkən cavabdehin ona qarşı bir övlad kimi münasibətinin gələcəkdə də yaxşı olmasını güman etsə də, əksinə əmlakı ona bağışladıqdan sonra oğlu onlara qarşı münasibəti dəyişmiş, öz hərəkətləri ilə onlara daha da ağır vəziyyətə düşməyimə şərait yaradır. Bundan başqa oğlu mənzil bağışlanarkən bildirmişdir ki, o mənzilə olan istifadə hüququndan tam istifadə edərək həmin mənzildə yaşamağı üçün bütün şəraitini təmin edəcəkdir. Lakin oğlu bu vədinə də əməl etməyərək nəinki onun yaşamağı üçün şəraiti təmin etməmiş,hətta onu mənzildən çıxartmaq və mənzili satmaq niyyətindədir. Cavabdeh ona, anasına və qardaşına bildirir ki, tezliklə mənzili satacaqdır. Cavabdeh anasına baxmalı olduğuna görə dövlət tərfındən ona hətta pul (müavinat) da ödənilir. O kartı da özündə saxlayaraq pulu alsa da bir övlad kimi mənəvi borcunu da yerinə yetirmir. O artıq başa düşürəm ki, daima kənar şəxsin qulluğuna ehtiyacı olan anasının qayğısına qalmayan, onun necə yaşaması, hətta necə hərəkət etməsini düşünməyən bir insan gələcəkdə ona da baxmayacaqdır. O özü də xəstə olsa da həyat yoldaşının vəziyyəti daha ağırdır. Ona da o digər övladı ilə birlikdə baxır. Cavabdeh onlar valideynlərinə qayğı göstərməli, ona həvalə edilmiş vəzifələri yerinə yetirməli olduğu halda ümumiyyətlə onunla birlikdə yaşamır. Yay fəsli boyunca Azərbaycanın müxtəlif rayonlarında, eləcə də ölkə hüdudlarından kənarda istirahətdə olmuşdur. Onun mənə baxması üçün dövlət tərəfindən ona müavinət də verilir. Həmin müavinətin ləğv edilməsi üçün o artıq müvafiq orqanlara müraciət etmişdir. Bu sözü işlətmək onlar üçün nə qədər ağır olsa da sanki Cavabdeh öz hərəkətəri ilə onların tezliklə vəfat etməyini və bütün əmlakı öz istədiyi kimi istifadə etməyi arzulayır. O İddiaçı1 birinci qrup əlildir, ağır formada xəstəydir, sərbəst hərəkət edə bilmir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Onlar iddiaçılar mübahisəli evi və mənzili cavabdeh olan oğluna ona görə bağışlamışdılar ki, sonuncu onlara yaxşı baxacağına, qayğısına qalacağına və əsla onlara hər hansı bir problem yaratmacayacağını vəd vermişdir. Ona görə də ümid edirlər ki, cavabdeh müqavilə bağlandıqdan sonra da onlara qarşı daim diqqətli və qayğıkeş olacaqdır. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh onların ümid etdiklərinin əksinə hərəkət etməyə başlamışdır. O İddiaçı1 özü sərbəst hərəkət edə bilmədiyinə görə kənar şəxsin qulluğuna ehtiyacı olduğu halda bunları etmiş, onlar valideynlərinə bağmağı mənəvi borcu, həmçinin dövlət tərəfindən üzərinə qoyulmuş vəzifə olmasına baxmayaraq öz vəzifələrini yerinə yetirməmiş, uzun müddət həmin evdə yaşamamış, öz şəxsi istirahətini üstün tutmuşdur. Bu hallardan böyük sarsıntı keçirdiyim üçün 1-ci qrup xəstəyə baxdığı üçün Cavabdeh ödənilən təqaüdün dayandırılması üçün Əmək və X6 Nazirliyinə müraciət etmişlər. Həmçinin keçirdiyi sarsıntılar nəticəsində dəfələrlə həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan onlara (anasına və atasına) qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür. Hətta buna görə dövlət tərəfindən ona pul (müavinət) ödənilmişdir. Lakin bağışlama müqaviləsi bağlandıqdan və ev xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamış, valideynlərinə qarşı münasibəti dəyişmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına bağışlanması, hədiyyə alan şəxsin gələcəkdə ona problemlər yaradacağı halda bunun mümkünsüz olduğunu labüd edir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçını zəngilləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini və üzərinə qoyulmuş vəzifəsini də yetirməlidir. Bunun yerinə yetirilməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra eməlidir.Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,öz izahatında cavabdehin anası xəstə olduğundan, daimi kənar şəxsin qulluğuna ehtiyacının olduğunu, bununla bağlı müvafiq qurumun rəyində də qeyd edildiyini, ona görə də oğlu və yoldaşı daimi ona baxdıqlarını, daha sonra onlara məxsus evləri oğlunun adına keçirdiblər ki, daimi anasıatasının yanında qalsınlar, lakin oğlu isə evi onun adına rəsmiləşdirdikdən sonra isə başqa xarici ölkələrə getmiş, anasına ümumiyyətlə baxmamış, anası nəzarətsiz qalmış, oğlunu tapa bilməmiş, başqa şəxslə ancaq xarici ölkələri gəzdiyini, ata-anası da bundan narahat olduğunu,onun həmin evləri də başqa şəxslərə sata biləcəyindən, başqa şəxslərə verə biləcəklərindən narahat olduqlarını, buna görə də məhkəməyə müraciət etmək qərarına gəldiklərini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə məlumat verərək, hər iki mülkün onun adına rəsmiləşdirilməsinin səbəbinin qardaşının boşanma səbəbindən qaynaqlandığını, mülklərin qardaşının boşanması zamanı bölünməsindən qorxaraq, onun həyat yoldaşı və uşaqlarına yaşama hüququ verilməsindən qorxaraq təcili surətdə onun adına keçirildiyini, qaldırılan əsas dəlil və sübutu olmayaniddia hüquqi müstəvidə obyektiv qərar verilməsini xahiş edərək, mal-mülk üzərində düşmənçilik, nifaq salmağına obyektiv yanaşıb, bir övlad olaraq xəstə birinci qrup əlil anasına baxdığını, buna görə də o ayda 80 manat təqaüd aldığını, özü 35 yaşı keçdiyini, həyatını anasına sərf etdiyini, ailə qurmadığını, atasının ailədə övladları arasında ayrı-seçkilik mülk pul hərisliyi bir çəkişməyə gətirib çıxardığını, iddia tələbinin əsassız olduğunu,narkoman, içki aulədiçisi, cinayətkar olmadığı halda bir valideynin övladını bu cür biabır etməsi istəyini nəzərə alınmasını, bir övlad kimi onun hüquqlarının qorunmasının nəzərə alınmasını, mülklərin onun adına keçməsindən bir ilə az qaldığını bildirərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və müstəqil tələ irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, öz ifadəsində iddiaçıları və cavabdehi tanıdğını, cavabdehin qardaşının dostu olduğunu, Şahinin özünü də tanıdğını, onlardan eşitmişəm ki, atasıanasına baxmır, xarici ölkələrə gedir, evə gəlmir, anası daimi qulluğa ehtiyacı vardır, aralarnda olan bağışlama məsələsi barədə məlumatlı olmadığını, onların özündən eşitdiyini, dostunun boşanmadığını, hazırda da bir ailə kimi yaşadıqlarını, anasına-atasına hazırda Həsən baxdığını bildirdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki,İddiaçı2 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 180,67 kv.m olan yaşayış sahəsi, 71,7 kv.m yardımçı sahəsi, 108,97 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən 180.67 kv.m sahəni İddiaçı2 Şahin oğluna hədiyyə etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki,İddiaçı1 Bəhram qızı ünvan 7 ünvanında yetrləşən,ümumi sahəsi 47.4 kv.m yaşayış sahəsi 27.7 kv.m,yardımçı sahəsi 19.7 kv.m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən 47.4 kv.m sahəni İddiaçı2 Şahin oğluna hədiyyə etmişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli mürcaiətinin məzmunundan görünür ki, vətəndaş 1-ci qrup əlilliyiyə görə təqaüd ödənişinin Cavabdeh adından dayandırılması üçün mürcaiət edir, qeyd səbəb baxmadığı üçün dayandırır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli imtina haqqında bilrişin məzmunundan görünür ki, İddiaçı1 və Cavabdeh tərəfindən Cavabdeh imtina haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinə məlumatından görünür ki, İddiaçı1 birinci dərəcə əlillik olmaqla, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Cavabdeh İddiaçı1 qıızna qulluq etdiyinə görə xx.xx.2019-cu il tarixdən müvafiq Prezident təqaüdü təyin olunmuş, ödənişi xx.xx.2022ci il tarixədək davam etdirilmişdir, İddiaçı1 xx.xx.2022-ci il tarixli ərizəsi əsasında İddiaçı2 ona qulluq etdiyinə görə təyin edilmiş Prezident təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır, hazırda 80 manat olmaqla ödəniş davam etdirilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 saylı mənzil xüsusi mülkiyyət formasında Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 saylı mənzil xüsusi mülkiyyət formasında Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.1.-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə “MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.” İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan əmlaklar barəsində tərəflər arasında bağışlama müqavilələri bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçılar öz mülkiyyətində olan əmlakları övladları cavabdehə hədiyyə etmiş, cavabdeh tərəfindən hədiyyə qəbul edilmişdir. İddiaçılar müvafiq əmlakları cavadehə xəstə olan və kənar şəxsin qulluğuna ehtiyacı olana anası iddiaçıya qulluq etmək, övlad borcunun, öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağışlamaq qərarına gəldiklərini, buna görə bağışladıqlarını, cavabdeh isə həmin əmlaklar bağışlanan qədər anası-atasına qulluq etsə də, həmin evlər bağışlandıqdan sonra, bu öhdəliklərini yerinə yetirməmiş, daimi kənar şəxsin qulluğuna ehtiyacı olan anasını evdə təkbaşına qoyaraq, onu yalnız buraxdığını əsas gətirərək, belə bir tələb irəli sürmüşlər. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı (hədiyyə verən şəxs) daimi kənar şəxsin qulluğuna ehtiyacı vardır, buna görə onu barəsində təqaüd təyin edilmişdir. Həmçinin, qeyd edilən təqaüd cavabdeh tərəfindən təhvil alınmış, yalnız xx.xx.2022-ci il tarixdən iddiaçının müraciəti əsasında dayandırılmış, həmin müraciətin səbəb isə oğlunun ona baxmaması əsası qeyd edilmişdir.Cavabdeh idida tələbinə etiraz etsə də, etirazın əsaslarına dair heç bir dəlilə istinad etməmiş, habelə həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, cavabdehin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halların müəyyən eidlməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş şahid ifadəsi və digər sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən daimi kənar şəxsin qulluğuna ehtiyacı olan valideyni anası iddiaçı ilə bağlı ailə hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə düşən vəzifələrini yerinə yetirməməsi, bu vəzifənin kobudcasına pozulması halı, habelə bunun nəticəsində kənar şəxsin qulluğa ehtiyacı olan valideyni anası və digər valideyni atasını pis vəziyyətə salması halının real olması müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə MM-nin 673.12-ci maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli, tərəflər arasında bağlanılmış bağışlama müqavilələri ləğv edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq edilmiş 18 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh adına ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 180,67 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə dair verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilməli, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 180,67 kv.m olan 4 otaqlı mənzil əvvəlki vəziyyətə qaytarılmaqla Cavabdeh tərəfindən İddiaçı1 təhvil verməli, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh adına ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 47,4 kv.m olan 1 otaqlı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilməli, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 47,4 kv.m olan 1 otaqlı mənzil əvvəlki vəziyyətə qaytarılmaqlaCavabdeh tərəfindən İddiaçı2 təhvil verməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq edilmiş 18 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ləğv edilsin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh adına ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 180,67 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə dair verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilsin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 180,67 kv.m olan 4 otaqlı mənzil əvvəlki vəziyyətə qaytarılmaqla Cavabdeh tərəfindən İddiaçı1 təhvil verilsin. İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilsin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh adına ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 47,4 kv.m olan 1 otaqlı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilsin, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 47,4 kv.m olan 1 otaqlı mənzil əvvəlki vəziyyətə qaytarılmaqla, Cavabdeh tərəfindən İddiaçı2 təhvil verilsin. Ödənilmiş100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2688/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2688/2022
02.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver