Məhkəmə qərarları › İş №2(002)-2727/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2727/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2727/2023 21.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə fakitiki nikaha daxil olaraq ailə qurmuşlar, onların faktiki nikahdan bir uşaqları doğulmuşdur. xx.xx.2021-ci il təvəllüdlü X3.Cavabdeh könüllü olaraq atalığı qəbul etmişdir. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da altı aydan artıq müddətdir ki, ayrılmışlar. Hazırda uşaq onun yanındadır. Cavabdeh isə uşağına könüllü olaraq heç bir maddi yardım göstərmir. Uşağı körpə olduğuna görə o heç bir yerdə işləyə bilmir. Uşağı tək saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi qaydada işləməklə müəyyən gəlirə malikdir. Məhkəmə iclasında iştirak edən iddiaşı İddiaçı iddianı qismən müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh bir uşağın saxlanılması üçün hər ay yaşayış minimumuna uyğun olaraq 220 manat sabit pul məbləğində aliment tələb etsə də, hazırda cavabdehin maddi vəziyyətini nəzərə alıb ondan bir uşağa görə 200 manat sabit pul məbləğində aliment tələb edir. Ona görə də məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, rəsmi olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi vəzifəsində işləyir və orta aylıq əmək haqqı 350.0 manat təşkil edir. Lakin rəsmi iş yerinin olmasına baxmayaraq alimentin ondan sabit pul məbləğində tutulmasına etiraz etmir. Bununla yanaşı qeyd edir ki, iddiaçının tələb etdiyi məbləğdə alimenti maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməyəcək. Ona görə də faktiki nikahdan olan uşağın saxlanılması üçün ondan hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV № 784918 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhərində X3 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ № 443597 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 11 iyul 2021-ci ildə İddiaçı olan X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 02 sentyabr 2022-ci il tarixdə 474 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01421 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İstinad edilən maddi normalara görə tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı aliment Cavabdeh qazancından deyil, iddiaçının tələb etdiyi qayda ilə, yəni sabit pul məbləğində tutulmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh alimentin ondan sabit pul məbləğində tutulmasına etiraz etmədiyini, lakin 150 manatdan artıq aliment ödəməyə maddi imkanın olmadığını bildirmişdir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə vurğulayır ki, uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə deyil, onun alimentlə bağlı iddianı müdafiə etdiyi həddə, yəni hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsə də, tərəflərin maddi vəziyyəti və cavabdehin ödəmə qabiliyyəti nəzərə alınmaıdır. Məhkəmə, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment xx.xx.2023-cü il tarixdən etibarən tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində pul ödənilmiş, lakin iddiaçı həmin məbləği tələb etmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsini və MPM-in 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar