Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2738/2025 25.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-428/2023 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 50 manat olmaqla, dörd uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin vaxt cavabdeh uşaqların saxlanması üçün ona əlavə olaraq köməklik edəcəyini bildirmişdir. Ona görə də, o, dörd uşağa cəmi 200 manat ödəməsinə razılaşmış, lakin cavabdeh uşaqların saxlanması üçün əlavə heç bir yardım etməmiş, yalnız qətnamə ilə müəyyən edilmiş alimenti ödəmişdir. Ona görə də, alimentin məbləğini hazırki yaşayış minimumuna uyğun tutulmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin uşaqlara ödəməyi təklif etdiyi 400 manat aliment məbləği ilər razı deyil, hər uşağa görə 150 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasına razıdır. Qeyd olunanların nəzərə alınmasını və müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, hal-hazırda günmuzd olaraq 10-15 manat civarında zəhmət haqqı müqabilində daş karxanasında işləyir. Hər ay hər uşağa görə 100 manat olmaqla, dörd uşağa görə cəmi 400 manat aliment ödəməyə imkanı çatr. Maddi durumu ilə bağlı qeyd etdiklərinin nəzərə alınmasını və ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-428/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən edilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək sxlanması üçün məhkəməyə müraciət olunan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 50 manat olmaqla dörd uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-265/2025 saylı qərardadından görünür ki, tələbkar İddiaçı qətnamə üzrə tutulan alimentin indeksasiya edilməsinə dair ərizəsi qismən təmin edilmiş, 22 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı dörd uşaqları var. xx.xx.2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 283 saylı akt qeydi aparılmışdır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00362 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 15:30-a təyin edilmiş mediasiya prosesində iştirak etmiş, Cavabdeh isə məlumatı olmasına baxmayaraq mediasiya prosesinə gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinıə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsindən, eləcə də iddiaçının izahatından görünür ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xeyrinə aliment tutulan İddiaçı tələbi alimentin məbləğinin yetərli olmaması ilə bağlıdır və o, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə 23 iyun 2025-ci il tarixdə verildiyindən məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Göründüyü kimi, yuxarıda istinad edilən məhkəmə aktları qəbul edilsə də, məhkəmə tərəfindən hər ay hər uşağa görə təyin edilmiş, minimum əmək haqqının 0,15 misli həddində aliment birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün kifayət etmir, aliment məbləği günün tələblərinə, uşaqların tələbatına uyğun deyil. İddiaçı maddi durumunun ağırlığı səbəbindən aliment tələbi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, işin diqqətəlayiq faktiki hallarını, uşaqların mənafeyi və tərəflərin maddi durumunu nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə bir uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,37 misli (150 manat / 400 manat = 0,37 misli) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində (150 manat / 400 manat = 0.37 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair qətnamə dərhal icra edilməlidir. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 92 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, cavabdeh günəmuzd əmək fəaliyyəti ilə məşğul olur, gəliri sabit deyil, qeyrimüntəzəmdir, iddiaçı tərəfindən hər uşaq üçün tələb edilən alimentin məbləğini ödəməyə obyektiv olaraq maddi imkanı yoxdur. Bu səbəbdən, aliment məbləğinin hər uşaq üçün 150 manat həddində müəyyən edilməsi ədalətli və işin faktiki hallarına uyğundur. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehin daha artıq miqdarda aliment ödəmək iqtidarında olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində (150 manat / 400 manat = 0.37 misli) sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 92 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2738/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2738/2025
25.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver